(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Renat Dadaşov: “Ora gedənə qədər xarakterimdə bəzi problemlər var idi”

Renat Dadaşov: “Ora gedənə qədər xarakterimdə bəzi problemlər var idi”

“Leyptsiq”də üç mövsüm keçirmişəm. Ora 15 yaşlı yeniyetmə kimi getmişdim. 18 yaşımda isə "Ayntraxt"a transfer oldum".

Futbolinfo.az xəbər verir ki, bu sözləri milli komandamız və "Vulverhempton"un hücumçusu Renat Dadaşov Portuqaliya mətbuatına açıqlamasında deyib. Hazırda icarə əsasında yerli "Pakuş Ferreyra" klubunda çıxış edən 20 yaşlı forvard əvvəlcə futbola başlamasından və "Leyptsiq"dəki günlərindən danışıb:

"Leyptsiq"də inanılmaz şərait var idi. Mənim bir vaxtlar yaşadığım baza dünyada ən yaxşılardan biridir. Burada söhbət 8 təbii örtüklü meydança, fantastik otel və yeməkxanadan gedir. Bu klubda peşəkar futbolçu üçün lazım olan hər şərait yaradılıb.

Klubun əsası 2009-cu ildə qoyulub. İlk vaxtlar azarkeşi çox az idi. Cəmi 10 ildən sonra "Leyptsiq" brendə çevrildi. Artıq hər oyunda stadion ağzına kimi dolur. Bu isə o deməkdir ki, komanda şəhər əhalisinin qəlbini fəth edə bilib. Almaniyanın ən güclüsü olmaq üçün bu klubun hər şeyi var. Cari mövsüm Çempionlar Liqasında da ciddi uğur qazana bilərlər.

Qürur hiss ilə deyirəm ki, mən bu komandada daha yaxşı insan oldum. Halbuki ora gedənə qədər xarakterimdə bəzi problemlər var idi. "Leyptsiq"dən ayrılarkən pis olmadım. Sadəcə, getdim. Bilirdim ki, yollarımız nə vaxtsa ayrılmalıdır".

Dadaşov 2018-ci ildə "Ayntraxt"ı "Eştoril"ə dəyişməsinin səbəbini də açıqlayıb: "İki il öncə karyeramda eniş yaşandı. Bəzi səhvlər etdim və buna görə alman futbolundan getməli oldum. Eştorildə yaşamaq və şəhərin komandasında çıxış etmək xoşuma gəlirdi. Bu klub yenidən yaxşı səviyyədə futbol oynamağıma imkan yaratdı. Nəticədə "Vulverhempton"la 4 illik müqavilə imzaladım. Daha sonra "Pakuş"a icarəyə verildim. Hazırda Portu yaxınlığında yaşayıram. Məqsədim bu komandada maksimum təcrübə qazanmaqdır. Səbirsizliklə daha çox oynayacağım və özümü göstərəcəyim vaxtı gözləyirəm".


 
tarix: 03-12-2019 14:32


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az