(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tərlan Əhmədov: “Az qala sürprizlə qarşılaşacaqdıq”

Tərlan Əhmədov: “Az qala sürprizlə qarşılaşacaqdıq”

“Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. I divizionda belə klubun olması məni sevindirdi".

Futbolinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz" üzərində 3:1 hesablı qələbə qazanan paytaxt təmsiçisi adını növbəti mərhələyə yazdırıb. Əhmədov qarşılaşmadan sonra "CBC Sport" telekanalına fikirlərini bildirib.

O, ikinci hissədəki əvəzləmənin komandasını qələbəyə daşıdığını düşünür: "Belə kubok oyunları həmişə çətin olur. I divizion amili futbolçuların motivasiyası baxımından asan olmur. Gördüyünüz kimi, bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik, Kamaranı meydana buraxdıq, bununla da oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin alınır. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq".

Çalışdırıcı ilk hissənin sonlarında qırmızı vərəqə alan Franko Floreslə bu barədə söhbət etmədiyini də əlavə edib: "İsti başla futbolçularla heç nəyi müzakirə etmirəm. Bunun zamanı var. Futbolda vərəqə hər zaman olur. Mən Sezar Meza Kollinin "Zirə" ilə oyundakı qırmızı vərəqə almasına sərt reaksiya göstərmişdim. Çünki dirsəklə zərbəyə görə cəzalanmışdı. Mübarizə zamanı olan vərəqənin cəriməsini hətta klub da ödəyər. Buna görə, futbolçunu qınamaq olmaz. Ancaq azarkeşə, rəqibə haqsızlığı bağışlamıram. Flores isə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Miyuşko Boyoviç də "Sumqayıt"la matçda zədələndi, ili tamamladı. Qarşıdakı kubok matçında hər ikisi bizə kömək edə bilməyəcək. İndi müdafiənin mərkəzində kimi oynacağımız sual altındadı".

Qeyd edək ki, "Keşlə" 1/4 finalda "Qarabağ"la qarşılaşacaq.


 
tarix: 03-12-2019 17:31


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az