(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

İK-nın iclasında klubların hesabatı müzakirə olunacaq

İK-nın iclasında klubların hesabatı müzakirə olunacaq

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında klubların maliyyə hesabatları ilə bağlı məsələ də müzakirə olunacaq. Bunu futbolinfo.az saytına açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.
 
İK-nın 2019-cu ilin yekun iclasının vaxtı dəqiqləşməyib. Firuz bəyin dediyinə görə, tədbir gələn həftə baş tutmalıdı. Lakin bu həftənin cümə günü də iclas reallaşa bilər. Komitə üzvləri həm də müxtəlif vəzifələrdə çalışdığından vaxt onların qrafiki nəzərə alınaraq dəqiqləşəcək.
 
İK-da konkret olaraq klubların onlara uşaq futboluna görə ayrılan vəsaitin necə xərcləməsi barədə hesabatları müzakirə ediləcək. Belə ki, 2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinin hesabına 507 579.57 avro köçürülmüşdü.
 
Bu vəsait yalnız uşaq futbolunun inkişaf etdirilməsi məqsədi ilə xərclənə bilərdi. Lakin klublarımızda uşaq futbolunun hazırkı durumunu nəzərə alsaq, maliyyənin fərqli istiqamətlərə yönəldildiyi, təyinatı üzrə xərclənmədiyi gün kimi aydındı. Kimisi transferlərə, kimisi digər məqsədlərə pul dağıdıb.
 
Təbii ki, AFFA bununla bağlı klublardan izahat istəyib. Məhz onların təqdim etdiyi hesabat İK-da müzakirə olunacaq. Şəffaflığa necə əməl edildiyini bilmirik, amma Firuz bəy AFFA-nın baş katibi Elxan Məmmədovun bununla bağlı fikirlərini bizim üçün öyrəndi. Məlum oldu ki, İK-dakı müzakirələrdən sonra hesabatlar barədə mətbuata detallı bilgi veriləcək.
 
UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Neftçi”, “Kəpəz” və “Qəbələ” bu yardıma sevinmişdi. “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazandığından və bu maliyyənin gəlməsinə səbəbkar olduğundan kənarda qalmışdı. Ağdamlıların hesabına köçən vəsait ayrı idi.
 
“Sabah”a debütant olduğu üçün yardımdan pay düşməmişdisə, artıq elitanı tərk edən “Kəpəz”ə ayrılan pulun hara sərf olunduğu maraq doğurur. Çünki gəncəlilər birinci diviziona düşdükdən sonra klubun ümumi büdcəsi 300 min manata qədər azaldıldı. Belədə UEFA-dan gələn 1 milyon manat civarında pulun bu klubun uşaq futboluna sərf ediləcəyi inandırıcı görünmür. AFFA-nın rəsmi açıqlamasında qeyd olunmuşdu: “Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək”.
 
Əslində, AFFA özü bu məqamda vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmir. Gəncə klubunu assosiasiya maliyyələşdirirsə, sözügedən pul cari xərclərin ödənməsinə sərf edilməməlidi. Ümid edirik, İK-nın iclasında bunun açıqlaması da veriləcək.
 
FƏRİD

 
tarix: 04-12-2019 09:00


 
Xəbər lenti
08.12.2019

15:32   Zirə və Sumqayıtda 2-ci qol - YENİLƏNİR

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az