(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Səhv diaqnoza görə futboldan uzaq qalan Elnur: “Bu legionerlər qapıdan içəri girə bilmirdi”

Səhv diaqnoza görə futboldan uzaq qalan Elnur: “Bu legionerlər qapıdan içəri girə bilmirdi”

Bir vaxtlar “Bakı”, “Xəzər Lənkəran”, “İnter” kimi klubların heyətində çıxış etmiş Elnur Abdullayev indi böyük futboldan uzaq qalıb. Bakı Futbol Liqası adlı mini çempionatda iştirak edən yarımmüdafiəçiyə heç bir komandadan təklif yoxdu. Futbolinfo.az-a üsahibəsində durumundan narazılıq edən Abdullayev hazırki çempionatda çox rahat oynaya biləcəyini deyir. 

- Bakı Futbol Liqasında oynayırsan. Vəziyyət necədir?
- Bir futbolçu üçün topsuz qalmaq çox çətindir. Mən də futboldan zövq alıram və buna öyrəşmişəm. Həmişə təlim-məşq toplanışları keçirməyə, kollektiv arasında olmağa alışmışdım. Ona görə də futboldan ayrı qala bilmədim. Dəvət etdilər və gedib “Baku FC”nin heyətində oynamağa başladım. BFL-də kimlər yoxdur ki? Hər kəs ordadır.

- Sonuncu dəfə Premyer Liqada “Sumqayıt”la çıxış etdin. Ondan sonra komandalardan təklif olmadı? Ən azından daim böyük komandaların heyətində oynamısan...
- Mən “Keşlə”nin heyətində zədələndim. Həkimlər isə səhv diaqnoz qoydular. MRT cavabına baxıb dedilər ki, problem yoxdur. Mən ağrıkəsici iynə ilə meydana çıxdım. Komandamı yarıyolda qoymaq istəmirdim. 6 ay belə oynadım. Sonra “Sumqayıt”dan təklif gəldi. Müalicə üçün cəmi 1 ay vaxt var idi. Yenə də səhv diaqnoz qoydular. Müalicəni yanlış apardılar və dedilər ki, məşq edə bilərsən. “Sumqayıt”da məşqlərə çıxdım və gördüm ki, ağrılar kəsmir. Nəhayət bir həkim ağrını tapdı. Demə başqa yerdə zədə var imiş. Müalicədən sonra son turlarda oynadım. Zədə çox vaxtımı aldı. “Sumqayıt”dan ayrıldıqdan sonra iki variant var idi. Onlar da dedi ki, zədən var. Baş açmıram necə düşüncədir. Futbolçunun zədəsi olar, sağalar, yenə oynayar. O variantlar da alınmadı.

- Təkliflər Azərbaycan klublarında idi?
- Hə, Azərbaycan klubu da var idi.

- Sənə səhv diaqnozu klubların həkimləri qoymuşdu?
- Yox, MRT olunan zaman ordakı həkimlər düzgün diaqnoz qoymalıdırlar. Amma bizdə belə həkimlər azdır. MRT-də yanlış diaqnoz qoydular. Bir şey deyim ki, “Keşlə”də transfer qadağası olanda mən meydana axsaya-axsaya çıxırdım ki, onları yarıyolda qoymayım. Belə bir oyunçu olmuşam.

- Hazırki çempionatda özünü hansı komandada görürsən? Ümumiyyətlə, Premyer Liqaya baxıb nə düşünürsən?
- Azərbaycan futboluna illərimi vermişəm. Amma heç zaman belə zəif Premyer Liqa görməmişəm. Yerli futbolçuları kənara qoyaq, legionerlərin səviyyəsi çox aşağıdır. Biz oynayan vaxtı qapıdan içəri buraxılmayan legionerlər indi komandalarda liderdilər.

- Yerli futbolçuların səviyyəsi necədir?
- Futbolumuzda cılızlaşma gedir. Ölkədə oyunçu yetişmir. Əgər futbolçu yetişmirsə, inkişafdan söhbət gedə bilməz. Bunun üçün akademiyalar açılmalıdır. Məşqçilər çalışmalıdır. Yoldan keçəni akademiyalara rəhbər qoyurlar.

- Ümumiyyətlə, son zamanlarda heç bir komanda sənə təklif göndərmədi?
- Yox, heç bir təklif olmadı. Köhnə komanda yoldaşlarımla da görüşürəm. Arada görürsən deyirlər ki, “yerin məlum, ay Elnur”. Çempionatda hər şeyi gözlə görürük də. Rahat oynamalı çempionatdır.

- Menecerlər də sənə klub tapa bilmədilər? Xarici hər hansı klubda çıxış edə bilərdin. Məsələn, Fuad Bayramov, Nicat Qurbanov Gürcüstana yollanıblar...
- Onlar daha cavandılar və ölkədə qalsaydılar, futbolu bitirmiş olacaqdılar. Başqalarına baxanda 18 il peşəkar futbol oynadığım üçün şükür edirəm. İddialı komandalarda oynamışam. İndi baxırsan ki, 21 yaşlı uşaqlar küçədə qalıblar, komanda yoxdur ki, oynasınlar. Ürəyim ağrıyır onlara, üzücü mənzərədir. Mənim 21 yaşım olanda 6 klubdan təklif almışdım. Bunlar isə klub tapmırlar. Belə olmaz. Klub sayını artırmaq lazımdır. Qoy uşaqlar həvəsə gəlsin, oynaya bilsinlər.

AĞA


 
tarix: 04-12-2019 14:03


 
Xəbər lenti
09.12.2019

10:01   Roxas “Sabah”da qalacağına ümid edir

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az