(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Hakimləri söyən məşqçilərə sərt cəzalar

Hakimləri söyən məşqçilərə sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasının “Göyəzən” – “Şəki” matçının 34-cü dəqiqəsində “Şəki”nin futbolçusu Elçin Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 71-ci dəqiqəsində “Göyəzən”nin futbolçusu Fərid Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Oğuz” – “Energetik” matçının 90+2-ci dəqiqəsində “Energetik”in futbolçusu Ruslan Voronsov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+2-ci dəqiqəsində “Oğuz”un futbolçusu Elnur Qafarov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Region Liqasının “İmişli” – “Şamaxı” matçının 80-cı dəqiqəsində “İmişli”nin məşqçisi Samid Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

Region Liqasının “Neftçala” – “Ərkivan” matçı başa çatdıqdan sonra “Ərkivan”ın məşqçisi Bəhrəm Məmmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Arpaçay”(Şərur) – NDU matçının 43-cü dəqiqəsində “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

U-17 Liqasının “Neftçi” – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Həsən Seyfullayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

U-14 Liqasının “Azəri TİM” – “Turan Tovuz” matçının 30-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Tahir Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 42-ci dəqiqəsində “Azəri TİM” klubunun futbolçusu Şəmsəddin İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Azəri TİM” klubunun məşqçisi Orxan Verdiyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə və hakimlərə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.

U-12 Liqasının “Laçın” (Pirəkəşkül) – “Veqa” matçında “Laçın” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Leon” FK – “Zirə” matçında “Zirə”nin baş məşqçisi Manaf Kələntərli texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-10 Liqasının “Kəpəz” – “Çinar UGFHK” matçının 20-ci dəqiqəsində “Çinar UGFHK” klubunun baş məşqçisi Elçin Quziryani hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-13 Qızlar Liqasının “Mələklər” (Lənkəran) – UGİM (Göyçay) matçında UGİM komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının “Balxurma” (Balakən) – “Daşqın” matçında “Daşqın” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Uğur” – “Marxal” matçının 63-cü dəqiqəsində “Uğur”un futbolçusu Kamilla Məmmədova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın NTD – “Emin Spor” matçında “Emin Spor” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Baku Hughes” – “Bibi Heybət” matçında “Baku Hughes” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Advokat” – “Hövsan” matçının 1-ci dəqiqəsində “Advokat”ın futzalçısı Ceyhun Şirinli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Standard” matçının 24-cü dəqiqəsində “Standart”ın futzalçısı Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 24-cü dəqiqəsində “Standard”ın inzibatçısı İlkin Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə üzrə Birinci Liqanın “Baku Fans” – U-19 matçında “Baku Fans” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə üzrə Birinci Liqanın “Zirvə Bakı” – “Baku Fire 2” matçının 13-cü dəqiqəsində “Zirvə Bakı”nın futzalçısı Murad İsmayılov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə üzrə Birinci Liqanın AZMİU – “Metropoliten” matçının 20-cı dəqiqəsində AZMİU klubunun futzalçısı Adil Məmmədzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın EKOL – “Xızı Futzal” matçının 29-cu dəqiqəsində “Xızı Futzal”ın futzalçısı Morteza Cahandoust ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 34-cü dəqiqəsində EKOL-un futbolçusu Samir Həmzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “Bakı” TFK matçının 35-ci dəqiqəsində “Bakı” TFK klubunun futzalçısı Vüsal Buludov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


 
tarix: 04-12-2019 14:16


 
Xəbər lenti
08.12.2019

20:12   Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07   “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58   “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46   “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20   Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13   “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57   “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20   “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09   Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27   Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16   Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12   Qvardioladan antirekord

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az