(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AÇ-2020-nin biletləri satışa çıxarıldı

AÇ-2020-nin biletləri satışa çıxarıldı

AÇ-2020 oyunları üçün biletlər bu gündən etibarən artıq satışdadı.

Futbolinfo.az xəbər verir ki, bilet satışının 2-ci mərhələsinin bu tarixdə başlanması 30 noyabrda keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının bəlli olması ilə əlaqədardı.

Azarkeşlər bu gündn etibarən 18 dekabr, saat 17:00-a qədər yalnız www.euro2020.com/tickets saytı vasitəsilə AÇ-2020 oyunlarına biletlər üçün müraciət edə biləcəklər. 

Hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereya qalibləri onlara email bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletlərini əldə edəcəklər. Əgər loterayada iştirak edən müraciətçilərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvar ayından etibarən birbaşa satışa çıxarılacaq.

Müraciətçilər özü də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 70 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Qeyd edək ki, çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibiliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

UEFA AÇ-2020 rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality linkinə keçid edə bilərsiniz.

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

Bakıda keçiriləcək oyunların təqvimi belədi:

13 iyun
17:00. Uels - İsveçrə

17 iyun
20:00. Türkiyə - Uels

21 iyun
20:00. İsveçrə - Türkiyə

4 iyul
20:00. 1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya millisi bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.


 
tarix: 04-12-2019 20:38


 
Xəbər lenti
09.12.2019

10:01   Roxas “Sabah”da qalacağına ümid edir

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az