(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”nin Qisməti: “Kubokda qalib olmaq istəyirik”

“Qəbələ”nin Qisməti: “Kubokda qalib olmaq istəyirik”

“Qəbələ”nin yarımmüdafiəçisi Qismət Alıyevin futbolinfo.az-a müsahibəsi
 
- Son turda “Zirə” üzərində böyükhesablı qələbə yəqin sizin üçün də gözlənilməz oldu...
- Mən bunu gözlənilməz adlandırmazdım. Düzdü, çətin qalibiyyət oldu, çünki rəqibin heyətində yaxşı futbolçular var, təcrübəli oyunçulara malikdirlər. Əziyyət çəkdik, lakin 3 xala köklənmişdik. Bu, bizim üçün motivasiya idi və qalib gəldik. Bundan əvvəl “Səbail” üzərində də belə qələbə əldə etmişdik. İnanırıq və hər matça qələbə üçün çıxırıq.
 
- Komandanın qeyri-sabit çıxışı diqqət çəkir. Sanki son oyunlarda evdə daha yaxşı çıxış edirsiz, səfərdə zəif təsir bağışlayırsınız...
- Elə düşünmürəm ki, biz ancaq evdə yaxşı oynayırıq. Çempionatda ilk qələbəmizi səfərdə əldə etmişik. Qarşıda “Sumqayıt”la matç var. Evdəki kimi oynamağa, belə qələbə qazanmağa çalışacağıq. Çox danışmaq olmaz bu mövzuda, çünki məşqçilər daha yaxşı analiz edirlər. Çempionatın son oyununda azarkeşlərimizi sevindirmək istəyirik.
 
- Son zamanlar uğurlu çıxışın xüsusi diqqət çəkir. Öz çıxışından razısan?
- Bu dəqiqə mənim bu barədə danışmağım düz çıxmaz, məşqçilər dəyər versələr, yaxşıdır. Mən əlimdən gələni edirəm.
 
- Sənan Qurbanov son zamanlar sanki sənə güvənmirdi.
- Hər məşqçinin öz baxışı var. Yəni bir məşqçi hansısa futbolçunu bəyənər, digər bəyənməz. Bu, normaldır. Sənan Qurbanovun vaxtında da çempionatın əvvəlində demək olar ki, bütün oyunları oynamışdım, yalnız bir matçda meydana çıxmamışdım. Sonra isə məşqçinin qərarına hörmət etməli idim. Mən komandam üçün oynayıram. Meydana çıxsam, bütün gücümü qoyacam.
 
- “Qarabağ”a bu mövsüm vurduğun qol çox müzakirə olundu...
- İnanın ki, elə ciddi müzakirə olunduğundan xəbərim yoxdur. Gözəl qol oldu və ya olmadı - fərq etmir. Qolun əhəmiyyəti onda idi ki, liderdən xal aldıq. Başqa futbolçu da vura bilərdi, xal qazanardıq. Elə olar ki, vurduğum gözəl qol heç işə yaramazdı, uduzardıq. Əhəmiyyəti gözəlliyində yox, xal qazandırdığı üçün ola bilər.
 
- Qarşınıza hədəf qoyulub, yoxsa elə nə bacardınız ona çalışırsız?
- Əslində, bizim hədəfimiz yuxarı pillələrə qalxmaqdır. Yəni daha yaxşı oyunlar keçirməliyik. Yaxşı yerlərdə olmaq üçün qalibiyyətlər əldə etməliyik.
 
- “Qəbələ”nin ətrafındakı söz-söhbətlər klubun yetirməsi kimi sənə təsir edir? Komanda əvvəlki qədər iddialı deyil...
- Aşağı pillələrdə olduğumuz üçün kənardan elə görünür ki, burda hər şey bərbaddır. Klubda maddi cəhətdən hər şey yaxşıdır. Problemimiz yoxdur, maaşlarımızı alırıq. Yuxarı yerlərə qalxmaq lazımdır, onun üçün də əlimizdən gələni edirik. Düşünmürəm ki, gələcəkdə də pis nəsə olacaq. Futbolçu kimi öz işimizi görsək, hər şey daha yaxşı olacaq.
 
- Ötən il kubokda sürpriz edə bildiniz və tarix yazdınız. Eyni uğuru təkrarlamaq mümkün görünür?
- Hər şey mümkündür. Ümid edirəm ki, oyunlarımız daha yaxşı alınacaq və biz uğur qazana biləcəyik. Əlbəttə, istəyərdik ki, təkrar qalib olaq.
 
CAVAD

 
tarix: 05-12-2019 09:00


 
Xəbər lenti
12.12.2019

20:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

20:41   Çempionlar Liqasında yeni rekord

19:19   “Bavariya” ÇL-də ilkə imza atdı

18:33   İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16   ÇL-də son turun rəmzi komandası - FOTO

17:53   Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37   “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15   “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03   Millimizin sabiq futbolçusu həbs edildi

16:19   Buffon ÇL-də 2-ci oldu

16:05   Messidən “el klasiko” açıqlaması

15:41   ÇL-in favoritləri açıqlandı

15:17   İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02   ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43   Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38   “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21   “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44   “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25   “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48   Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24   “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00   “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21   AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00   “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40   Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21   Bundesliqa klubunda yeni müqavilə

10:00   “İnter”in 12 milyon avroluq itkisi

09:41   “Atalanta”dan tarixi uğur

09:20   Klublararası dünya çempionatı başladı

09:00   İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az