Connect with us

Ölkə futbolu

Evrika!

O ki var güldüm ha. İsraillə səfərdə heç-he&cced…

-də paylaşıldı

O ki var güldüm ha. İsraillə səfərdə heç-heçə edib, AFFA-dan bir eşşək yükü qədər pul alan milli üzvlərindən sonra verilən pulun 12 min manatının geri alındığını eşidəndə qəşş edənə qədər güldüm. Elə bu cümlələri də yazanda gülməkdən özümü saxlaya bilmirəm. İntəhası, komputer texnologiyası o qədər inkişaf etməyib ki, necə güldüyümü göstərə bilim. Amma sizə təsəvvür yaratmaq üçün ipucu verə bilərəm. PFL-in prezidenti Ramin Musayev hər dəfə mətbuat konfranslarında jurnalistlərin suallarına cavab verəndə əlini-əlinə vurub, ürəkdən gülür ha, bax, o fason gülürəm: içdən, gözlərim yaşarana qədər.

Ay Allah evinizi tiksin (elə Allah tiksə yaxşıdı, bizim şirkətlər yöndəmli ev tikə bilmirlər), bu puluverməyiniz nə idi, sonra «12 minini düş bəri» deməyiniz nə idi? Əvvəldən o pulub başından 12 min manat kəsib verə bilməzdizmi? Bundan sonra milli formanı əyninə geyinib, vətən, millət uğrunda yaşıl meydanda canını fəda edən hansı futbolçu sizə inanar? Kim zəmanət verə bilər ki, bundan sonra verəcəyiniz pul mükafatlarını da sonradan zəng edib geri istəməyəcəksiz? Heç olmasa pulun bir qismini geri tələb etməyinizin səbəblərini deyərdiz də. Bizim futbolçular çox anlayışlı, ürəyiaçıq, genişqəlblidilər, sizi başa düşərdilər.

Axı niyə çıxıb açıqlama vermirsiz ki, milli komandanın üzvlərindən sonradan geri alınan pulların bir qismi uşaq evlərindən birinə bağışlanıb?

Niyə AFFA-nın baş katibi Elxan Məmmədov çıxıb demir ki, futbolçuların qapazlayıb əllərindən aldıqları pulun bir qismini də kimsəsiz qocalar evinin balansına köçürüblər?

O sizin əlinizdən alınan pul var ha, futbolçu qardaşlar, o pulun bir hissəsi də qan çatışmazlığından əziyyət çəkən xəstələrə verilib.

Yerdə bir az pul qalıbmış. Elxan Məmmədovla şəxsi mətbuat katibi Mikayıl Nərimanoğlu oturub baş sındırırmışlar ki, ey ilahi, ey pərvərdigar, bu pulu kimə verək, hansı kimsəsizin, əlacsızın könlünü xoş edək ki, sənə xoş getsin. Elə bu vaxt Nərimanoğlu stulu kənara itələyib, yerindən hoppanıb və qışqırıb: «Evrika!». Təbii, Ramin Musayev olsa, Nərimanoğluna tərs-tərs baxıb, «əə, bajoğlu, adam dilində danış görək nə demək istəyirsən» deyərdi. Ancaq baş katibin intellektual səviyyəsi futbolumuzun səviyyəsi ilə bir olduğundan, çətinlik çəkmədən başa düşüb ki, «evrika» nə deməkdi. Ona görə də sakitcə deyib «Maykl, ürəyimizi üzmə, de görək bu pulu nə edək?». Nərimanoğlu da qımışıb, qımışıb, qımışıb… Və deyib:  «Elxan məllim, gəlin bu pulu da xərçəng xəstəliyindən əziyyət çəkən insanlara bəxş edək». Baş katib yerindən qalxıb və «halal olsun,Maykl» deyib.

Bax, hal-qəziyyə belə olub. AFFA rəhbərliyinin səhvi ondadı ki, futbolçuların əllərindən aldıqları pulu hansı istiqamətlərə yönəltdiklərini ictimaiyyətə açıqlamırlar. Azərbaycan insanın düşüncələri də dəvəsini itirən ərəbin düşüncələri kimi olur belə məsələlərdə: ağlına min cürə fikir gəlir.

«Tak çto», qardaşlar, yoldaşlar, çıxın meydana, futbolunuzu oynayın, qələbənizi qazanın, pulu düşünməyin. Əmin olun ki, AFFA sizi qapazlayıb əlinizdən aldığı o pulları pis-pis işlərə xərcləmir, konkret kimlərinsə cibinə getmir o pullar. Xalqın ac, kimsəsiz kəsiminə xərclənir. Axı siz də xalqı düşünürsüz, vətən uğunda mübarizə aparırsız futbol meydanlarında, elə deyil?

İntəhası, işdi-şayəd, millimiz yenə kimisə udsa, bu dəfə futbolçulara verilən pul mükafatlarını onların əlindən almaq lazım deyil daha. Bu yazıdan sonra onlar özləri «atışıb» kimsəsizlərə, xəstələrə, uşaq evlərinə yardım edəcəklər.

Reklam

Arxiv

Dünya futbolu2021-12-01 02:18

“Lids”ə bir qol bəs etdi

Dünya futbolu2021-12-01 01:53

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2021-11-30 23:32

Federasiyası prezidenti saxlanıldı, məsələyə UEFA qarışdı

Milli komanda2021-11-30 21:19

“Azərbaycan millisi yaxşı müdafiə olundu”

Milli komanda2021-11-30 21:07

“Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək”

Milli komanda2021-11-30 20:52

Millimizdən BƏƏ ilə heç-heçə

Milli komanda2021-11-30 20:30

Yığmamız Monteneqroya qalib gəldi

Dünya futbolu2021-11-30 19:39

“Ümid edirəm ki, Mahir qarşıdakı matçlarda tilsimi qıracaq” – “Legiya”nın baş məşqçisi

Dünya futbolu2021-11-30 18:57

Namiq Ələsgərovun komandası Türkiyə Kubokunda mərhələ adladı

Dünya futbolu2021-11-30 18:02

“Neftçi”nin sabiq baş məşqçisi Moldova millisindən ayrıldı

Digər2021-11-30 17:32

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-11-30 17:19

Premyer Liqada 13-cü turun oyunları sükutla başlayacaq

Milli komanda2021-11-30 16:39

Millimizin dünya reytinqindəki mövqeyi açıqlandı

I Divizion2021-11-30 16:10

“Qarabağ” xal itirdi, “Sumqayıt” böyük hesabla uduzdu

Ölkə futbolu2021-11-30 15:38

“Sabah”ın qış hazırlıq planı bəlli oldu

Dünya futbolu2021-11-30 15:08

“Real” daha bir itki ilə üzləşdi

Dünya futbolu2021-11-30 14:31

PSJ-nin prezidentindən Zidan açıqlaması

Dünya futbolu2021-11-30 14:00

4 saat uçduğu üçün oynamaqdan imtina etdi

Milli komanda2021-11-30 13:46

İcraiyyə Komitəsinin qərar vaxtı: yerli, yoxsa əcnəbi?

Ölkə futbolu2021-11-30 13:25

“Qarabağ”la “Neftçi”nin qış toplanışı üçün hazırlıq planı bəlli oldu

Ölkə futbolu2021-11-30 13:01

Azərbaycanlı hakimlər Türkiyədə növbəti VAR seminarında

Dünya futbolu2021-11-30 12:43

A Seriyasında noyabrın ən yaxşı məşqçisi bəlli oldu

Dünya futbolu2021-11-30 12:22

Paytaxt klubunda ciddi itki

Müsahibə2021-11-30 12:00

“Zirə”nin legioneri: “Bununla kifayətlənmək olmaz”

Dünya futbolu2021-11-30 11:19

“Yuventus” yenə B Seriyasına göndərilə bilər

Dünya futbolu2021-11-30 11:00

“Qızıl top”: Messi və əsas rəqibləri nə qədər səs toplayıb?

Premyer-liqa2021-11-30 10:46

Ozobiç “Qarabağ”da 48-ci oldu

Ölkə futbolu2021-11-30 10:15

Frits Stuxlikin 69-u: Medina qovulmalıydı, amma…

Dünya futbolu2021-11-30 09:59

Mustafayevin komandası yenə məğlub oldu

Dünya futbolu2021-11-30 09:41

Quliyevli “Arsenal” “Lokomotiv” üzərində qələbəyə sevindi

Dünya futbolu2021-11-30 09:23

Əliyevli “Ufa”dan “Spartak”la heç-heçə

Ölkə futbolu2021-11-30 09:00

“Qəbələ” “Qarabağ”ın seriyasını qırdı, xal fərqini qorudu

Dünya futbolu2021-11-30 01:55

Turun son matçında heç-heçə

Dünya futbolu2021-11-30 01:00

Lionel Messi 7-ci dəfə “Qızıl top” mükafatına layiq görüldü

Dünya futbolu2021-11-29 23:00

“Fənərbaxça” səfərdən 1 xalla döndü

I Divizion2021-11-29 22:35

17 yaşında “Kəpəz”in tarixinə düşdü

Dünya futbolu2021-11-29 21:59

FİFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqladı

Dünya futbolu2021-11-29 20:51

Klublararası dünya çempionatının püşkü atıldı

Dünya futbolu2021-11-29 19:35

13 futbolçuda “Omikron” ştammı aşkarlandı

Premyer-liqa2021-11-29 18:53

“Qarabağ”la “Qəbələ”dən qolsuz “sülh” – VİDEO

Premyer-liqa2021-11-29 18:38

“Belə matça ilk dəfə təyinat alan hakimin göndərilməsi qəribə gəldi”

Premyer-liqa2021-11-29 18:22

“Qəbələ” liderlər sırasında yer almağa layiqdir” – Qurban Qurbanov

Premyer-liqa2021-11-29 17:50

“Qarabağ”la “Qəbələ”dən heç-heçə

Ölkə futbolu2021-11-29 17:09

AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Digər2021-11-29 16:57

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

I Divizion2021-11-29 16:24

10-cu turun hakim təyinatları açıqlandı

Dünya futbolu2021-11-29 15:51

“Mançester Yunayted” yeni baş məşqçisini rəsmən açıqladı

Dünya futbolu2021-11-29 15:29

İlin ən yaxşı pleymeykeri bəlli oldu

Dünya futbolu2021-11-29 14:53

Almaniya klubunda türk baş məşqçi

Müsahibə2021-11-29 14:39

“Komanda indi özünə daha çox inanır” – Xuan Kamara

Gündəm