Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Sponsorları qaçaq salan Elxan Məmmədov – “Bakcell”in milyonları havaya sovruldu

-də paylaşıldı

Sponsorlar futbola yatırım qoymur, iş adamları bu sahədən uzaq qaçırlar – bu, AFFA rəsmilərinin bəhanəsidi. Premyer Liqada klub sayının artmamasından söz düşən kimi assosiasiya rəsmiləri qalxanı əlnə götürüb, özünü müdafiə etməyə çalışır.

Əslində isə hər şeyin səbəbkarı məhz AFFA-dı. Mənasız, perspektivi olmayan layihələri ilə sponsorları bezdirən, qaçaq salan bu qurumun “Bakcell”in başına açdığı oyun nümunə götürmək üçün kifayətdi.

AFFA və “Bakcell” arasındakı Elit Məşq layihəsi 2017-ci ilin əvvəlində dayandırıldı. 3 il ərzində sponsorun milyonlarını havaya sovuran qurum qarşı tərəfi perspektivə inandıra bilmədi və anlaşma uzadılmadı. İki qurum arasında bağlanan müqavilə əsasında fəaliyyəti təmin olunan “Mançester Yunayted” məktəbi isə 2018-ci ilin avqustunda ləğv edilmişdi. 4 il ərzində mobil operatorun top oyununa sərf etdiyi milyonlar küləyə verildi, heç bir nəticə əldə olunmadı.

“Mançester Yunayted” məktəbinin heç bir perspektiv vəd etmədiyi öncədən bəlli idi. AFFA İngiltərə nəhənginin adından istifadə etdi, guya bu layihənin ölkədə futbolun kütləviləşməsinə xidmət edəcəyini, yeni istedadların üzə çıxacağını deyərək “Bakcell”i aldatdı, şirkət isə 4 ildən sonra ayıldı, boş yerə pul dağıtdıqlarını gördülər və layihədən çəkildilər. AFFA istedadları deyil, imkanlı adamların, hətta baş katib Elxan Məmmədov daxil olmaqla qurum rəsmilərinin, onların qohumlarının övladlarını bu məktəblərə yığdı, lüks şərait yaratdı, İngiltərəni gəzdirdi. Bu yanaşma ilə nəticənin olmayacağı aydın idi.

Səriştəsizlərin yarıtmaz idarəçiliyi üzündən 4 il ərzində süni şəkildə seçilən uşaqlardan heç biri bu gün futbolla məşğul olmur. İngiltərəyə aparılan onlarla uşağın adı mətbuatdan gizlədildi, adları açıqlananlardan isə heç biri üzdə deyil. Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev 2013-cü ilin avqust ayında Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanı qazandılar. Vəssalam, yalnız turistik səfər etdilər, sonra isə itib-batdılar.

O zaman guya Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəlmişdi. Bəs, o, indi haradadı, Premyer Liqa klublarımızın, millilərimizin heyətində niyə görünmür?

Siyahıda yalnız Turan Vəlizadə diqqətinizi çəkə bilər. Bu futbolçu hazırda “Keşlə”də çıxış edir. Əsas heyət üzvü olmasa da, karyerasını davam etdirir. Lakin o, AFFA-nın əlində bayraq ola bilməz. Çünki yarımmüdafiəçi Bakıdakı türk futbol məktəbinin yetirməsidi, 7 yaşından orada yetişib, “Fənərbaxça”nın aşağı yaş qruplarına kimi bir çox yerdə çıxış edib. Yəni, o, “Mançester Yunayted” məktəbinin yetirməsi deyil, sadəcə, yolu buradan düşüb və onu inkişaf etdirə bilmədiklərindən məktəbdən ayrılıb. “Sabahın Ulduzları”nda püxtələşən futbolçu bu gün ayaqdadısa, həmin yarışlara borcludu, “Mançester Yunayted” məktəbinə yox.

Vəssalam. 4 ilə 3 milyon manatdan çox vəsait xərcləyən “Bakcell” belə aldadıldı. Sponsorları səriştəsizliyi üzündən küsdürən icraçı vitse-prezident Elxan Məmmədov isə hər imkanda onları qınayır, futbola yatırım etməmələrindən şikayətlənir. Hansı ağıllı biznesmen pulunu bu bacarıqsızlıqlara etibar edər?

AĞA

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-12-02 10:35

Məğlubiyyətsiz “Sabah” 2-ci dövrənin ən yaxşısıdı

Milli komanda2021-12-02 10:17

Yığmamıza Rusiyadan 2 futbolçu çağırıldı

Dünya futbolu2021-12-02 10:00

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2021-12-02 09:29

“Beşiktaş”da daha bir ciddi itki

Müsahibə2021-12-02 09:15

Maksim Medvedev: “Qrup oyunları başlamamış bizə 2-ci yer verilsəydi, sevinərdik”

Dünya futbolu2021-12-02 09:00

“Barselona” ona 4 milyon avro təzminat ödəyəcək

Dünya futbolu2021-12-02 02:50

“Real”a qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-12-02 02:30

PSJ xal itirdi, Lion “Olimpik”i uduzdu

Dünya futbolu2021-12-02 02:16

“Liverpul”dan darmadağın, MS və “Çelsi”dən qələbə

Dünya futbolu2021-12-02 01:59

“Napoli” xal itirdi, “Milan”la “İnter” qalib gəldi

Dünya futbolu2021-12-02 01:39

Mahirli “Legiya” Polşa kubokunun 1/4 finalında

Dünya futbolu2021-12-02 00:41

Azarkeş infarkt keçirdi, Premyer Liqa matçı yarımçıq dayandırıldı

Ölkə futbolu2021-12-01 22:10

UEFA Mahiri “Qalatasaray”ın futbolçusu ilə müqayisə etdi

Dünya futbolu2021-12-01 21:31

Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Digər2021-12-01 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-01 19:00

Nuriyev üçün yeni baş məşqçi

Dünya futbolu2021-12-01 18:30

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Dünya futbolu2021-12-01 17:50

Millimizin üzvü noyabrın ən yaxşısı adına namizəd oldu

Dünya futbolu2021-12-01 17:23

Ələskərovun klubu qovduğu futbolçunu geri qaytardı

Dünya futbolu2021-12-01 16:45

Mahir Emreli yenə ayın ən zəif futbolçusu seçildi

Digər2021-12-01 16:24

1xBet La Liqa matçlarında reklam üçün media hüquqlarını 2024-cü ilə qədər uzadıb

I Divizion2021-12-01 16:04

“Kəpəz”in oyununda 4 qol, “Turan Tovuz” xal itirdi

Digər2021-12-01 15:44

Qayıbovun növbəti ayıbı

Dünya futbolu2021-12-01 15:27

“Arsenal”ın futbolçusu hücuma məruz qaldı

Dünya futbolu2021-12-01 14:57

Mahir Emrelinin klubunda yeni idman direktoru

Milli komanda2021-12-01 14:24

“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirə yola düşür

Ölkə futbolu2021-12-01 14:03

“Azərbaycan millisindən gələn təklifi qəbul etmədim”- “Qarabağ”ın sabiq legioneri

Dünya futbolu2021-12-01 13:46

Venesuela millisində 72 yaşlı baş məşqçi

Ölkə futbolu2021-12-01 13:31

Aleksey İsayevdən “Sabah”ın U-13 komandasına sürpriz – VİDEO

Ölkə futbolu2021-12-01 13:17

Yiyəsiz “Səbail”: “Neftçi”ylə oyuna son anda gələ biliblər

Digər2021-12-01 13:00

Gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri məlum oldu

Premyer-liqa2021-12-01 12:45

Premyer Liqanın 13-cü turu rəqəmlərin gözü ilə

Ölkə futbolu2021-12-01 12:31

Rusiya Futbol İttifaqının rəsmisi AFFA-da

Dünya futbolu2021-12-01 12:16

“Liverpul”un sabiq futbolçusu vəfat etdi

Dünya futbolu2021-12-01 12:00

“Qarabağ”la matç finala bərabər olacaq” – “Bazel”in prezidenti

Dünya futbolu2021-12-01 11:46

“Roma”nın üç futbolçusunun koronavirus testi pozitiv çıxdı

Müsahibə2021-12-01 11:34

Zenqa “Futbolinfo”ya danışdı: “Neftçi” barədə məlumatım var”

Dünya futbolu2021-12-01 11:17

İlin ən yaxşı klub baş məşqçisi bəlli oldu

Ölkə futbolu2021-12-01 11:00

Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı

Dünya futbolu2021-12-01 10:46

“Mançester Yunayted”i “Arsenal”la matça da Karrik çıxaracaq

Ölkə futbolu2021-12-01 10:31

Harramiz “Neftçi”dən gedir – oynamamasından narazıdı

Milli komanda2021-12-01 10:15

De Byazi ilə davam?!

Dünya futbolu2021-12-01 10:00

Messinin səhhətində problem yarandı, məşqə çıxmadı

Dünya futbolu2021-12-01 09:44

Liqa 1 klubunun baş məşqçisində koronavirus aşkarlandı

Dünya futbolu2021-12-01 09:30

“Traktor” səfərdən heç-heçə ilə döndü

Ölkə futbolu2021-12-01 09:15

Ülvi İsgəndərov: “Hakimin səhv etməsi normaldır”

Ölkə futbolu2021-12-01 09:00

Hər aya bir transfer: “Keşlə” indi də Reza Aliyarini gətirdi

Dünya futbolu2021-12-01 02:18

“Lids”ə bir qol bəs etdi

Dünya futbolu2021-12-01 01:53

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2021-11-30 23:32

Federasiyası prezidenti saxlanıldı, məsələyə UEFA qarışdı

Gündəm