Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Uşaq-gənclər futbolunun inkişafı üçün “Sabah” modeli

-də paylaşıldı

Ölkədə uşaq-gənclər futbolunun inkişafı üçün çalışan azsaylı klublardan biri “Sabah”dı. Gənc paytaxt təmsilçisi Premyer Liqada mübarizə aparan əsas komandası kimi uşaq komandalarına da diqqət yetirir.

 

“Sabah” 2018-ci ildə Premyer Liqaya vəsiqə qazanarkə lisenziya şərtlərindən birinin həlli üçün vacib addım atdı. Futbol akademiyasının mövcudluğu ilə bağlı məsələnin həllində klubun “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlığı böyük rol oynadı. Hazırda akademiyada 10 yaş qrupu üzrə komanda fəaliyyət göstərir (U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19).

 

“Vətən” Futbol Məktəbi uşaq futbolunda özünəməxsus yerə malikdi. Hər il Azərbaycanda uşaqlar arasında keçirilən müxtəlif çempionat və turnirlərin mükafatçıları arasında mütəmadi olaraq bu məktəbinin komandalarına təsadüf olunur. “Sabah” Futbol Akademiyası məhz bu məktəbin bünövrəsi əsasında quruldu. Yeni akademiya da “Vətən” in uğurlu yolunu davam etdirdi və qısa müddətdə uşaq futbolunda öz yerini tutdu.

 

2018/19 mövsümündə “Sabah” akademiyasının komandaları AFFA-nın bayrağı altında keçirilən liqalarda 6 medal qazandı – 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş (U-11, U-16) və 1 bürünc (U-15). Bu, ölkədə ən yüksək nəticə idi. Bundan əlavə, akademiyanın futbolçuları fərdi mükafatlara da layiq görüldülər. Tariel Fərzəli (U-11), Nicat Məmmədov (U-14) və Vüsal Qəmbərov (U-17) ən yaxşı oyunçu, Akif Allahverdiyev (U-10), Emin Həbibov (U-14) və Kamran Şabıyev (U-16) ən yaxşı qapıçı, İslam Həsənov (U-11) isə feyr-pley mükafatına sahib çıxdı. COVİD-19 pandemiyası ilə əlaqədar erkən dayandırılan 2019/20 mövsümündə isə “Sabah” Futbol Akademiyasının komandaları 1 qızıl (U-17) və 1 gümüş (U-19) medal qazandılar. Daha kiçik yaş qruplarında yarışların nəticələri ümumiyyətlə ləğv olunduğundan, “Sabah” 2019/20 mövsümünü 2 medalla başa vurmalı oldu. Burda diqqət çəkən məqamlardan biri “Sabah”ın U-19 komandasının çempionat dayandırılarkən lider “Qəbələ”dən cüzi fərqlə geridə qalması idi.

 

Təəssüf ki, pandemiya 2020/21 mövsümündə uşaq futboluna daha böyük ziyan vurdu. Belə ki, bu mövsümdə yalnız iki yaş qrupu üzrə yarışlara icazə verildi ki, o da liqa yox, məhz kubok şəklində keçirildi. “Sabah”ın U-17 komandası yarışın  1/4 finalında mübarizəni dayandırdı, U-19 isə yalnız finalda uduzdu. Bundan əlavə, “Sabah”ın təmsilçisi olan komandalar son illərdə ölkədaxili müxtəlif turnirləri dəfələrlə medallarla başa vurdular.

 

Azərbaycanda uşaq futbolunun əsas problemlərindən biri azyaşlıların beynəlxalq təcrübə baxımından əziyyət çəkməsidi. Belə ki, ölkədə fəaliyyət göstərən futbol akademiyalarının komandaları beynəlxalq turnirlərdə ya iştirak etmədiyindən, ya da çox az iştirak etdiklərindən azyaşlılar bu istiqamətdə “axsayırlar”. Kiçik yaşlarında kifayət qədər beynəlxalq oyun təcrübəsi qazanmayan azyaşlılar, yaşa dolduqdan sonra çıxdıqları beynəlxalq oyunlarda bunun əziyyətini çəkir. Əvvəllər bu istiqamətdə bir neçə futbol akademiyası fəallıq göstərsə də, maliyyə problemləri prosesin mütəmadiliyinin qarşısını aldı.

 

“Sabah” Futbol Akademiyası fəaliyyətə başladığı müddətdən indiyə kimi bu istiqamətdə müəyyən addımlar atıb. Fəaliyyətə başladığı il “Sabah”ın U-12 komandası Xorvatiyada təşkil olunan və bir neçə ölkə təmsilçisinin qatıldığı “Dalmatinko” kubokunda, bundan 1 il sonra isə U-14 komandası Gürcüstanın Tiflis şəhərində keçirilən “Audi Cup”da iştirak etdi. Tiflisdə “Sabah”ın azyaşlıları İtaliyanın “Verona”, İspaniyanın “Levante” kimi klublarından olan həmyaşıdları ilə qarşılaşdılar.

 

2019-cu ilin yayında isə “Sabah” Azərbaycan futbolu üçün böyük maraq doğuran əməkdaşlığa start verdi. Belə ki, “Sabah” Futbol Akademiyası nəinki Xorvatiyanın, Balkan ölkələrinin ən böyük futbol akademiyalarından birinə malik “Dinamo” Zaqreb Futbol Akademiyası ilə əməkdaşlıq müqaviləsi bağladı. Bu cür məşhur futbol akademiyası ilə əməkdaşlıq “Sabah”a böyük perspektivlər vəd edir.

 

Əməkdaşlıq müqaviləsinin detallarına əsasən, Bakı təmsilçisinin futbol akademiyası Zaqreb klubunun akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq “Sabah”a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək. Klublar arasında imzalanmış müqaviləyə əsasən, “Sabah” FA-nın və “Vətən” FM-nin sistemini “Dinamo” FA müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər akademiyada yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

 

“Sabah” və “Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edir. 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdu:

– “Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç “Sabah” Futbol Akademiyasının koordinatoru olacaq. O, yeni sistemin akademiyaya tətbiq edilməsinə birbaşa nəzarət edəcək.

– Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə müqavilə bağlanacaq. Hər 3 mütəxəssis ölkəmizdə yaşayaraq, akademiyada daimi fəaliyyət göstərəcəklər.

– Əməkdaşlıq çərçivəsində “Dinamo” FA-nın məşqçilərinin akademiyada çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.

– Akademiyanın uşaqları “Dinamo” FA-da təcrübə keçmək fürsəti qazanacaqlar.

– “Sabah”ın aşağı yaş qrupları “Dinamo”nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər. “Dinamo” FA-nın sistemi tədricən “Sabah” FA və “Vətən” FM-a  tətbiq ediləcək.

 

Əməkdaşlıq imzalandıqdan sonra müqavilədə qeyd olunduğu kimi, “Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç “Sabah” Futbol Akademiyasında baş koordinator kimi fəaliyyətə başladı. Bundan əlavə, müqavilədə vurğulandığı kimi, fiziki hazırlıq üzrə mütəxəssis və məşqçi (Mario Vudanoviç və İva Vudanoviç) akademiyaya cəlb edildi. Əməkdaşlıq çərçivəsində ilkin addımlar atıldıqdan sonra, bütün dünyada COVİD-19 pandemiyasının yayılması bu istiqamətdə işlərin davam etdirilməsinə mane oldu. Xüsusilə, “Sabah” FA-nın futbolçu və məşqçi heyətinin “Dinamo”da təcrübə keçməsi və komandaların bu ölkədəki turnirlərdə iştirakı müvəqqəti olaraq təxirə salındı.

 

Lakin hər iki akademiyanın əməkdaşlığında COVİD-19-la bağlı yaranmış durğunluqdan sonra bu il növbəti addımlar atıldı. Mövcud vəziyyətlə bağlı yaranmış imkanlar çərçivəsində əməkdaşlıq müqaviləsində yer almış müddəalar davam etdirilməkdədir. Digər 2 mütəxəssisdən fərqli olaraq, Adino Mustedanaqiç hazırda da akademiyanın baş koordinatoru olaraq öz işini davam etdirir.

 

Xorvat mütəxəssis “Dinamo” ilə təcrübə proqramının gələcəkdə də davam etdirləcəyini bildirir: “Dinamo” ilə “Sabah” arasında olan əməkdaşlığı çox müsbət dəyərləndirirəm. “Sabah” FA-nın 2 futbolçusu Həmzəalı Mikayılov və Xəyal Əliyev bir müddət öncə Zaqrebə, “Dinamo” Futbol Akademiyasına təcrübə proqramı çərçivəsində yollandılar. Bu, “Dinamo” ilə əməkdaşlıq müqaviləsinin bir parçasıdır. Futbolçular orda olduqları müddətdə “Dinamo” FA-nın müvafiq komandalarında məşq keçdilər, oyunlara çıxdılar. Fikrimcə, bu, həmin futbolçuların karyerasında əvəzsiz təcrübə oldu. Gələcəkdə başqa futbolçuların da bu cür təcrübə məqsədilə Zaqrebə yola salınması nəzərdə tutulub”.

 

“Sabah” ölkə daxilində seleksiya işlərinə də ciddi önəm verir. 2019-cu ilin sonlarında akademiyanın məşqçilər heyəti Azərbaycanın Saatlı, İmişli və Salyan rayonlarında seleksiya xarakterli məşqlər keçdilər. Klub rəsmi səhifələri vasitəsilə seleksiya məşqləri ilə bağlı əvvəlcədən məlumat da yaymışdı. Böyük marağa səbəb olan seleksiya xarakterli məşqlərin ardından bir neçə azyaşlı Bakıya, “Sabah”ın Futbol Akademiyasının məşqlərinə cəlb edilmişdi. Lakin “Dinamo” ilə əməkdaşlıqda olduğu kimi, bu istiqamətdə də COVİD-19-la yaratdığı məhdudiyyətlərə görə müvəqqəti fasilə yarandı.

 

Hazırda “Sabah” FA-nın komandalarından U-8, U-9, U-10, U-11 komandaları “Vətən” FM-nin bazasında, U-12, U-13, U-14 komandaları keçmiş “Neftçi” bazada, U-15, U-16, U-17 komandaları Bakı Olimpiya Stadionunun ehtiyat meydançalarında, U-19 komandası isə Binə qəsəbə stadionunda məşq keçirlər.

 

AĞA

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Digər2021-10-19 18:48

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-10-19 17:13

“Qarabağ”la “Neftçi”dən qələbə

Dünya futbolu2021-10-19 16:51

“Atletiko”nun oyun üslubunu çox da bəyənmirəm” – Klopp

Müsahibə2021-10-19 16:38

“Qarabağ” güclü olsa da, xal almağa çalışacağıq”

Milli komanda2021-10-19 16:11

Millimizin tanış rəqiblərlə əvvəlki oyunlarının statistikası

Dünya futbolu2021-10-19 15:58

40 yaşında La Liqada rekord qırdı

Dünya futbolu2021-10-19 15:15

“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satıldı

Dünya futbolu2021-10-19 14:54

“DÇ-nin iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır” – İnfantino

Ölkə futbolu2021-10-19 14:36

“Kayrat”ın braziliyalı forvardı “Qarabağ”la oyunu buraxacaq

Ölkə futbolu2021-10-19 14:18

“Ehtiyat edirdim ki, Prezident məni tanımaz” – Qara Qarayev

Dünya futbolu2021-10-19 13:55

Gürcüstan futbol tarixinin rəmzi heyəti açıqlandı

Milli komanda2021-10-19 13:38

“Təcrübəmizdən faydalanmalı, yaxşı hazırlaşmalıyıq”

Ölkə futbolu2021-10-19 13:01

Vaqner Lav: “Qarabağ”la oyun çox çətin keçəcək”

Ölkə futbolu2021-10-19 12:49

“Qarabağ”ın “Kayrat”la oyunu ukraynalı hakimlərə tapşırıldı

Dünya futbolu2021-10-19 12:36

“Barselona” “Real”la oyuna 3 ciddi itki ilə çıxacaq

Dünya futbolu2021-10-19 12:27

Avroliqa: “Ferentsvaroş” “Seltik”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-10-19 12:19

“Qəbələ” Niderland klubuna qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-10-19 12:05

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Ölkə futbolu2021-10-19 11:56

Dani Kintana: “Azərbaycanda səni heç kim izləmir”

Milli komanda2021-10-19 11:35

De Byazidən DÇ-nin iki ildən bir keçirilməsi ideyasına münasibət

Dünya futbolu2021-10-19 11:12

Venger FİFA-nın yeni ideyasını De Byazi ilə müzakirə edəcək

Dünya futbolu2021-10-19 10:53

Vüsal İsgəndərli baş məşqçisiz qaldı

Ölkə futbolu2021-10-19 10:34

“Aberdin”in prezidenti “Qarabağ”a məğlubiyyətləri yada saldı

Dünya futbolu2021-10-19 10:19

PSJ-də Neymar şoku – ÇL matçını buraxacaq

Dünya futbolu2021-10-19 10:11

“Beşiktaş” “Sportinq”ə, “Atletiko” “Liverpul”a qarşı – YENİLƏNİR

Dünya futbolu2021-10-19 10:01

Əliyev “Krasnodar”a qarşı 45 dəqiqə oynadı

Dünya futbolu2021-10-19 09:42

Ozan Can qol vurdu, “Telstar” qalib gəldi

Dünya futbolu2021-10-19 09:21

Abdullayevli “Etnikos” APOEL-lə bacarmadı

Müsahibə2021-10-19 09:00

“Rəşad Sadıqov məni futbola ikinci dəfə qaytardı”

Dünya futbolu2021-10-19 01:16

“Arsenal” doğma meydanda xal itirdi

Dünya futbolu2021-10-19 01:01

“Espanyol” evdə, “Betis” səfərdə sevindi

Dünya futbolu2021-10-19 00:44

“Fiorentina” “Venetsiya”ya məğlub oldu

Dünya futbolu2021-10-18 23:33

“Alanyaspor” 3 xalı 6 qolla qazandı

Dünya futbolu2021-10-18 22:55

UEFA-dan İngiltərə Futbol Assosiasiyasına cəza

I Divizion2021-10-18 22:17

Divizion oyunları üçün hakim təyinatları açıqlandı

Ölkə futbolu2021-10-18 22:02

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb

Milli komanda2021-10-18 21:25

“Normal qrupa düşmüşük, amma işimiz çətin olacaq” – Joze Alesio

Milli komanda2021-10-18 21:18

AÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

Milli komanda2021-10-18 20:46

Azərbaycan millisinin AÇ-2022-dəki rəqibləri bəlli oldu

Ölkə futbolu2021-10-18 20:04

UEFA-dan “Qarabağ”la bağlı növbəti paylaşım

AÇ-20202021-10-18 19:29

AÇ-2020-də ən yaxşı qola imza atan futbolçu mükafatına qovuşdu – VİDEO

Dünya futbolu2021-10-18 19:02

Millinin futbolçusunda xərçəng aşkarlandı

Digər2021-10-18 18:43

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-10-18 17:57

Nazarov mövsümün ən yaxşı futbolçusu seçildi

Ölkə futbolu2021-10-18 16:56

“Qarabağ” – “Kayrat” oyunu üçün biletlərin yarısı satılıb

Ölkə futbolu2021-10-18 16:18

Əvvəlcə Qurbanov, sonra Berdıyev

Dünya futbolu2021-10-18 15:56

“Mançester Yunayted”i “Barselona”ya dəyişir

Ölkə futbolu2021-10-18 15:31

Prezident: “Qurbana deyin ki, Qara gəlməyənə kimi oyunu başlamasınlar”

Dünya futbolu2021-10-18 15:15

“Vest Hem”in futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-18 14:53

“Barselona” Fatiylə razılığa gələ bilmir

Gündəm