Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Şəxsi maraqlara xidmət etmək üçün dəyişdirilən Nizamnamə

-də paylaşıldı

Hər sahədə islahatların aparılması, inkişafın təmin olunması, buna uyğun qanunların qəbul edilməsi mütləqdir. Niyyətlər yerində olsa, işbirliyi qurulsa, futbolda islahatçı peşəkarlar, düşünən beyinlər çoxluq təşkil etsə, vətən, millət sevgisi ilə birgə qısa vaxtda irəliləyişə, çox işə nail olmaq olar…

 

Cəmiyyətdə, azarkeşlər arasında Azərbaycan futbolunun durumundan narazılıq səngimir. İnam itib/itirilib, çünki uzun illərdir eyni insanlar ölkə futbolunun strategiyasını öz bildikləri kimi cızır, taleyi ilə oynayırlar. Bu azmış kimi, meydanda hücum futbolu oynaya bilməyən AFFA, kənarda özündən başqa hamını günahkar bilir, əks-hücuma keçir. Belə davranış futbol ictimaiyyətinin, fanatların hiddətinə səbəb olur.

 

AFFA ideoloqları futbolu bilməsələr də, qarayaxmada, araqatmada, “donos”larda dünya, Avropa çempionlarına dərs keçərlər. 14 ildir olmazın şərait qarşılığında özləri futboldan getmirlərsə, onlara qarşı ölçü götürülmürsə, ən azından mənəvi tellərə bel bağlamaq sadəlövhlükdən başqa bir şey deyil. Federasiya mənsublarına yaradılan şərait, verilən dəstəklə Azərbaycan futbolu çoxdan qitə və dünya çempionatlarının finallarında olmalıydı…

 

Bunlar haqqında illərdi deyilir, tənqid edilir, xeyri yoxdur. Futbola cavabdeh insanlar heç vaxt futbolu düşünməyiblər, kabinetlərdə futbol hissləri ilə oynayıblar. Millət adına olmasa da, özləri üçün nəticə qazanmaq istəməyiblər? İstəyiblər! Bunun üçün futbol bacarığı, xalqa, dövlətə, dövlətçiliyə olan sevgi, niyyət saflığı gərəkdir. Ölkə futbolunun çöküş səbəbləri tam, detallı araşdırılmadan ciddi dönüşün yaradılması utopik xəyaldır. Ən yaxşı halda, bir dəstə gedib, digəri gələcək…

 

Emosiyalar, haqlı iradlar öz yerində. Nə görülürsə görülsün, sonda hər bir iş qanunlara söykənir. Bunların xalqa çatdırılması azarkeşin vəzifəsi deyil, ilk öncə futbol adamlarının görə biləcəyi və görməli olduqları işdir.

 

Azərbaycan 1994-cü ildən FİFA, UEFA-nın tamhüquqlu üzvüdür və Avropada İngiltərə, Almaniyadan Lüksemburqa, Qazaxıstana kimi, dünyada Braziliya, Yaponiyadan tutmuş Avstraliyaya, Mozambikə qədər eyni statusa, bir səsə malikdir. Təbii ki, ali qurumların üzvü olursansa, onların Nizamnamə və qaydalarının qəbulu, öhdəçiliyi birmənalıdır. Bu, tək futbola aid deyil, bütün sahələrdə belədir. Dünya çapında nə qədər qalmaqallar baş versə də, FİFA, UEFA çox nüfuzlu təşkilatlardır.

 

Futbol emosiyaları yaşıl meydanlarda qalmalıdır. Futbol qanunları adına cəmiyyət maarifləndirilmədən,  atılacaq addımlar bilinmədən haqlı etiraz səsləri belə sonda etiraz kimi də qalır. Cavabdehlərdən yuxarılara saxta məlumatlar da ötürülür – qalmaqalçılar, narazılar dəstəsi…

 

Təəssüf ki, futbol yaradıcılığı, potensialın göstərilməsi, futbol nəticələrinin qazanılması qalır kənarda, belə məsələlərin müzakirəsi vacib amilə çevrilir. Bunun da tək günahkarı AFFA-nın özüdür. İstənilən halda, tənqidlər quruculuğa, pozitivliyə meylli olmalı, çıxış yolları göstərilməlidir…

 

***

 

Birliyin təmin ediləcəyi halda, indiki dövrdə məsələlərin həlli çox asandır. Futbol dağıdıcılığı ilə məşğul olan cavabdehlərin nə qədər pulları, havadarları olsa da, futbolun digər parametrlərində çox zəifdirlər, zəiflər arasında “güclü” görünürlər.

 

Hazırda AFFA-yla dövlət qurumları arasında heç bir qarşıdurma yoxdur. Əksinə, dövlət təkan verir, şərait yaradır, başbilənlər bunu şəxsi mənfəətə çevirirlər. Zamanında belə deyildi. Bir tərəfdən futbolun tənəzzülü, şəraitsizliyi, digər tərəfdən qarşıdurma AFFA-yla hakimiyyət arasında münasibətləri çıxılmaz həddə gətirmişdi. Böyük əziyyətlər çəkildi. Nəhayət, FİFA, UEFA-nın iştirakı, Gənclər, İdman və Turizm Nazirliyinin, AFFA-nın, Ədliyyə Nazirliyinin, futbolda sözünü deyən futbol ictimaiyyətinin nümayəndələri ilə İsveçrədə Sürix müqaviləsi imzalandı.

 

Beynəlxalq futbol qurumları ilə birgə fəaliyyət nəticəsində AFFA-nın yeni Nizamnaməsi hazırlandı. 29 dekabr 2003-cü il tarixində hesabat-seçki konfransı keçirildi, Nizamnamə qəbul edildi və AFFA-nın yeni rəhbər orqanı seçildi. Azərbaycan futbolunda yeni mərhələ başlanırdı…

 

Ölkədə futbola inam qayıtmışdı. Nəinki bölgələrdə tribunalar dolurdu, paytaxtda, mərkəzi stadionda çempionat oyunlarını 20-25 min azarkeş izləyirdi. Dövlət qayğısı, imkanlı sponsorların gəlişi ilə futbola 100 milyonlarla vəsait yatırılırdı…

 

2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının qəbulundan sonra stadionların, bazaların inşaası sürətləndi. Ən önəmlisi bu işlərin 90%-nin bölgələrdə görülməsiydi. AFFA-nın özü də kirayədə qalırdı. 2007-ci ildə Nobel prospektindəki ofis binası futbol ailəsinin ixtiyarına verildi.

 

Futbol bumu, maliyyə axını, iddialı, imkanlı klubların çoxalması, çempionatda səviyyənin, rəqabətin artması ilə federasiyadakılar ayaqlaşa bilmirdilər. Bir tərəfdən futbolda mübarizə aparmış aparıcı qüvvə bilərəkdən kənarda saxlanılmışdı, digər tərəfdən AFFA-da keçmişdən qalma idarəçi səlahiyyətlilər günün, inkişaf yolunun tələbləri ilə uyğunlaşmırdılar, köhnə təfəkkürlə yeniliklərdən uzaq gəzilirdi. Qısa vaxtdan sonra fürsətçilər bundan istifadə edəcəkdi…

 

Nə qədər çətin olsa da, klublar inkişaf edir, müasir infrastruktur yaradılırdı. 2007-ci ildə AFFA-da baş katib dəyişikliyi oldu. Bir gün də futbolda fəaliyyət təcrübəsi olmayan gənc Elxan Məmmədov tapşırıqla AFFA-ya gətirildi.

 

Zəruri qeyd: Baş katiblik federasiyada daimi idarəçi, tənzimləyiçi, əlaqələndirici orqandır və futbol fəlsəfəsinin dərinliyinin bilinməsi mütləqdir. Ona görə AFFA-nın ilk baş katibi dahi Tofiq Bəhramov olub. Futbol ruhunu bilmədən, bu sahə tam olaraq əlaqələndirilə bilməz.

 

Bu təyinatdan bir qədər sonra federasiya prezidenti Ramiz Mirzəyev dünyasını dəyişdi. Növbəti seçkilərə kimi prezident səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə edildi.

 

Elxan Məmmədov sahəni bilməsə də, futboldankənar idarəçilik qabiliyyətində problemi yoxdur. Niyyətləri yerində olsaydı, ümumi futbol birliyini də təmin etmək olardı. Nə yazıq ki, məqsədləri fərqli idi.

 

Dövlət Proqramının müddəalarını həyata keçirmək, davam etdirmək əvəzinə, həvəskar idarəçi beyinlər topçiləmə festivallarına start verdi. “Janqlyorluq” bununla bitmədi. Fürsət düşmüşdü, prezident seçkilərinə hazırlıqla yanaşı, bugünə kimi davam edən, şəxsi maraqlara yönələn məkrli planın ilk mərhələsinə, hissə-hissə Nizamnamə dəyişikliyinə start verildi. Necə ola bilərdi ki, FİFA, UEFA-nın səlahiyyətli nümayəndələri, Ədliyyə Nazirliyinin yüksək çinli məmurları, geniş futbol ictimaiyyətinin iştirakı ilə hazırlanmış Nizamnamə qısa vaxtda “köhnəlsin”?

 

AFFA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası deməkdir. Federasiyalar AFFA-nı yaradıb.Yeni Nizamnamə gələcəyə hesablanmışdı. Futbol xəritəsi yolu çəkilmiş, bütün bölgələri əhatə edən federasiyalar futbolun dirçəlişinə təkan verməli idilər.

1. Bakı Futbol Federasiyası

2. Naxçıvan Futbol Federasiyası

3. Cənub Regional Futbol Federasiyası

4. Qarabağ Regıonal Futbol Federasiyası

5. Şimal Regional Futbol federasiyası

6. Qərb Regıonal Futbol Federasiyası

7. Mərkəz Regıonal Futbol Federasiyası

8. Şimal-Qərb Regional Futbol Federasiyası

Hər bir federasiyanın tərkibinə daxil olan şəhər və rayonlar müəyyənləşdirilmiş, qanunlaşdırılmışdı. Federasiya ərazisinə aid klub/komanda yerli təşkilatda qeydiyyatda olmalı idi. AFFA-ya təqdim ediləcək sənədlər, sifariş ərizələri ilk olaraq yerli federasiyada yoxlanılıb imzalı, möhürlü təsdiq edilməli idi, əks halda, AFFA klubu geri qaytarırdı. Bu da federasiyaların nüfuzu, yerlərdə klublarla işbirliyi, bölgələrdə tədricən futbolun ayağa qalxmasına şərait yaradırdı. Bölgələrdə klublar, sistem, işlək mexanizm olmadan ölkədə futbol olmaz!

 

Necə ki, UEFA klublardan sənəd qəbulunu milli federasiyalar xətti ilə həyata keçirir, hətta avrokuboklarda klublara çatacaq vəsait belə AFFA hesabına göçürülür, sonradan komandalara ödənilir. Bununla ali qurum milli federasiyaların təsir qüvvəsini, nüfuzunu qoruyur. Federasiya öz üzvlərinə belə yanaşmalıdır…

 

***

 

2008-ci il Konfransında nə baş verdi? Heç bir lüzum olmadan AFFA-nı yaradan federasiyalar birbaşa üzvlükdən çıxarılaraq dolayısı üzv kimi qeydiyyata alındı. Azərbaycan futbolunun qanuni məhv edilmə planının ilk cücərtiləri əkildi və günümüzə kimi davam etməkdədir.

 

Nizamnaməyə salaraq region federasiyalarını, bölgə futbolunu AFFA-dan “mədəni” uzaqlaşdıraraq 4 yeni qurum yaradıldı və birbaşa üzv edildi:

1. Regional Futbol Federasiyaları

2. Xüsusi/Sahə Futbol Federasiyaları

3. İctimai Futbol Təşkilatları

4. Azərbaycan/Peşəkar Futbol Liqası

Ayrı-ayrılıqda region federasiyaları olduğu halda, balaca bir ölkədə yenidən orta bir üst qurum, əlavə region təşkilatına nə ehtiyac vardı? Regionun region federasiyaları, müşavirin müşaviri məsələsi…

 

O vaxt çılğınlığı ilə seçilən, hətta AFFA prezidentliyinə iddiası gündəmdə olan İsgəndər Cavadova yeni region federasiyası həvalə edidi və AFFA-dan kirayə ofisə “sürgün” edilib neytrallaşdırıldı, razılaşdırıldı…

 

Futbolu düşünmək əvəzinə, AFFA özünü əziyyətə salmadı, özü yeni federasiyaları yaratdı.

 

Maddə – 9

2. Regional Futbol Federasiyaları AFFA tərəfindən yaradılan, öz fəaliyyətini AFFA-nın nəzarəti altında keçirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan hüquqi şəxsdir.

Maddə 10,11-də eyni qayda ilə Sahə FF, İctimai Futbol Təşkilatı yaradılıb.

 

Muxtar Respublika statusunu daşıyan Naxçıvan Futbol Federasiyası, paytaxt Bakı Regional Futbol Federasiyalarına niyə aid olmalıdır və AFFA-nın dolayısı üzvünə çevrilməlidir? Məkrli Nizamnamə dəyişikliyi ilə AFFA hələ 15 il öncə bölgələrə ögey münasibətini göstərərək özündən kənar saxladı. Özləri isə fenomenal strateji xətt üzrə Berlində futbol akademiyası açmaq, mənasız milliləşdirilən əcnəbilərin arxasınca düşərək dövlətin, xalqın milyonlarını havaya sovurdu. O milyonlar ki, futbolun inkişafı naminə bölgələrdəki federasiyalara, uşaq-gənclər futboluna, istedadlar yetişdirən klublara, məşqçilərə, onların xaricdə daha da püxtələşməsinə ayrılmalı idi.

 

Təsəvvür edin, FİFA və UEFA hansısa federasiyalar, təşkilatlar yaradır, Azərbaycan daxil regionları, uzaq bölgələri özündən uzaqlaşdırır, dolayısı üzv edir. Belə yanaşma beynəlxalq futbol qurumlarının Nizamnaməsində yoxdur, ola da bilməz. UEFA-da xırdalı-böyüklü 50-dən, FİFA-da isə 200-dən çox ölkə beynəlxalq futbol qurumlarının tam hüquqlu üzvləridirlər.

 

***

 

İllərdi FİFA, UEFA pərdəsi altında AFFA Nizamnaməsi məqsədli olaraq dəyişdirilir. Son belə hal ötən qış, pandemiyanın tüğyan etdiyi dövrə təsadüf edir. Klublar dağıdıldı, ələ alındı, sonuncu Nizamnamə dəyişikliyi ilə AFFA monopolistləri tam olaraq istəklərinə çatdılar. Günü-gündən futbol çökdürüldükcə, AFFA-da vitse-prezidentlərin sayı çoxalır. 50-dən çox ölkəyə rəhbərlik edən, minlərlə klubu əhatə edən UEFA-nın da 4 vitse-prezidenti var, AFFA-nın da. 8 komandalı çempionatda hər iki kluba bir müavin düşür.

 

FİFA-da vitse-prezidentləri ümumiyyətlə, kvota üzrə konfederasiyalar müəyyənləşdirir. Nə FİFA, nə də UEFA Nizamnamələrində icraçı vitse-prezident adlı bir anlayış yoxdur. Bu, AFFA ideoloqlarının öz “tapıntılarıdır”. Ali futbol təşkilatlarında heç bir vitse-prezidentə/baş katibə qeyri-şərtsiz imza törəni də “hədiyyə” edilmir.

 

Federasiyanın beynəlxalq qurumlarla Nizamnamə “uyğunlaşdırılması” aşağıdakı kimidir:

 

AFFA

Maddə 42

3. Prezident yerində olmadıqda və ya hər hansı bir səbəbdən İcraiyyə Komitəsinin iclaslarında iştirak edə bilmədikdə, onu icraçı vitse-prezident əvəz edir

4. Prezident vaxtından əvvəl vəzifəsindən getdikdə, istefa verdikdə və ya hər hansı səbəbdən öz səlahiyyətlərini icra icra etməsi mümkün olmadıqda, növbəti Konfransadək prezidentin bütün səlahiyyətlərini icraçı vitse-prezident icra edir. Bu müddət ərzində prezidentin səlahiyyətlərini icra edən icraçı vitse-prezident istefa verdikdə və ya hər hansı səbəbdən bu səlahiyyətləri icra etməsi mümkün olmadıqda, digər vitse-prezidentlərdən ən uzunmüddətli vitse-prezident səlahiyyətlərini icra etmiş vitse-prezident prezidentin səlahiyyətlərini icra edir.

 

Maddə 43

Təmsilçilik və imza

1. AFFA-nın prezidenti, icraçı vitse-prezidenti və baş katibi ayrı-ayrılıqda AFFA-nın adından vəkalətnaməsiz fəaliyyət göstərməklə dövlət hakimiyyət orqanları, yerli və xarici hüquqi şəxslər, idarə və təşkilatlar, eyni zamanda beynəlxalq təşkilatlarla və bununla məhdudlaşan istənilən üçüncü şəxslə münasibətdə AFFA-nı təmsil etmək və sənədlər imzalamaq hüququna malikdirlər.

 

UEFA

Maddə 5

1…. hər hansı səbəbdən prezident olmadıqda, onu ən stajlı vitse-prezident əvəz edir.

Maddə 6

2. Əgər prezident hər hansı səbəbdən yoxdursa və ya istefa veribsə, onu müddətinə görə ən stajlı vitse-prezident əvəz edir

 

FİFA

Maddə 21

4. Prezident olmadıqda və ya hər hansı səbəbdən iştirak edə bilmədikdə, onun səlahiyyətlərini ən yaşlı (təcrübəli, müddətli) vitse-prezident icra edir.

 

Milləti aldadıb FİFA, UEFA-ya uyğun Nizamnamənin dəyişdirildiyini deyən AFFA başbilənlərinin məqsədi, məramı nədir? Təbii ki, futbolun inkişafı deyil.

 

15 il öncə AFFA Nizamnaməsi beynəlxalq futbol qurumlarına uyğun idi. İndi məkrli planlara xidmət edən icraçı vitse-prezident vəzifəsi prezidentlə stajlı vitse-prezident arasına pərçim edilib. Ehtiyac olsaydı, ali qurumların özləri bütün səlahiyyətlərə malik icraçı vitse-prezident vəzifəsini yaradardılar.

 

***

 

AFFA ideoloqları vəzifə hərisliyindən doymurlar. “Şəffaflıq” telləri federasiyaya o qədər sirayət edib ki, baş katib vəzifəsi də əldən buraxılmır. AFFA şəxsi şirkət kimi idarə olunur.

 

AFFA

Baş katiblik

Maddə 55

6. Baş katib üçüncü tərəflər qarşısında AFFA-nın adından sənədləri imzalamaqla öhdəlik qəbul edə bilər.

 

UEFA

Maddə 12

1. Baş katib Icraiyyə Komitəsi tərəfindən təyin edilir və onunla əmək müqaviləsi bağlamaqla aylıq məvacibi müəyyənləşdirilir.

 

FİFA

Maddə 42

2. Baş katibliyə administrativ, izahedici, texniki işlər həvalə edilə bilər.

Maddə 43

2. Baş katib fərdi olaraq hüquqi anlaşma əsasında təyin edilir.

 

FİFA, UEFA, AFFA Nizamnaməsi baş katibliyin/baş katibin rəhbərliyi ilə Konqres/Konfransların, İcraiyyə Komitəsinin hazırlığı, protokollaşdırılmasından tutmuş mühasibatlığa, komitələrin və s. işlərin əlaqələndirilməsinə, görülməsinə kimi ümumi müddəalar mövcuddur. Baş katiblərinə xüsusi imza səlahiyyətinin verilməsi FİFA, UEFA Nizamnamələrində “yaddan” çıxarılıb. AFFA təcili ali qurumlara təklif göndərməli, bu “boşluğu” aradan qaldırmalıdır. Belə “uyğunlaşdırma” olmur.

 

AFFA çoxdan öz vəzifələrini unudub…

 

Maddə 2

AFFA-nın vəzifələri

1. AFFA qarşısına konkret olaraq aşağıdakı vəzifələri qoymuşdur:

a) Azərbaycan Respublikasının ərazisində futbolu kompleks şəkildə inkişaf etdirmək, yarışların təşkilinə nəzarət etmək və onları tənzimləmək;

ə) Azərbaycanda futbolu inkişaf etdirmək üçün perspektiv plan işləyib hazırlamaq…

 

Qeyd olunan biabırçılıqların aradan qaldırılması üçün futbolda düşünən beyinlər bir olmalı, vahid, ideoloji, tənzimləyici, istiqamətverici mərkəz formalaşdırılmalıdır. Üzdənyanaşma, pərakəndə addımlarla futbolda dönüş yaradıla bilməz.

 

TAHİR SÜLEYMANOV, mütəxəssis, beynəlxalq dərəcəli hakim

Xüsusi olaraq futbolinfo.az üçün

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-04 22:05

“Qalatasaray” “Altay”la ev oyunundan 1 xalla ayrıldı

Ölkə futbolu2021-12-04 22:04

AFFA-dan yubilyara təbrik

Premyer-liqa2021-12-04 21:10

“Qarabağ” 3 xalı 5 qolla qazandı – VİDEO

Premyer-liqa2021-12-04 20:50

“Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik”

Premyer-liqa2021-12-04 20:37

Murad Musayev: “Qarabağ” layiqli qələbə qazandı”

Premyer-liqa2021-12-04 20:06

“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi

Ölkə futbolu2021-12-04 19:51

“Qarabağ”da Kevin Medina şoku

Premyer-liqa2021-12-04 19:34

Sənan Qurbanov: “Sona 10 saniyə qalmış qol buraxmaq pis təsir edə bilər”

Premyer-liqa2021-12-04 19:14

“Qələbəyə bərabər heç-heçə əldə etdik”

Ölkə futbolu2021-12-04 18:56

Autsayderlərin duelində 4 qol – VİDEO

Dünya futbolu2021-12-04 17:35

“Beşiktaş”da daha bir ciddi itki – 3 ay oynamayacaq

Digər2021-12-04 16:51

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-04 16:17

UEFA 8 klubu cərimələdi, FİFA 1 kluba qadağa qoydu

Premyer-liqa2021-12-04 15:30

“Səbail” “Keşlə” ilə matça dörd itki ilə çıxacaq

Dünya futbolu2021-12-04 15:05

İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

Dünya futbolu2021-12-04 14:34

Premyer Liqa matçına itlərlə çıxdılar

Dünya futbolu2021-12-04 14:02

Serxio Ramos yenidən zədələndi

Premyer-liqa2021-12-04 13:27

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-12-04 12:56

Moldova milli komandasında yeni baş məşqçi

Dünya futbolu2021-12-04 11:36

“Mahirlə Pexartın yenə birlikdə oynamaq şansı var”

Dünya futbolu2021-12-04 10:57

Dadaşov “Şalke”nin əsas komandasına cəlb olundu

Dünya futbolu2021-12-04 09:58

Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Dünya futbolu2021-12-04 09:28

Nazarovlu “Ersgebirge” 4 qola üzüldü

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Dünya futbolu2021-12-03 13:33

Ələskərovun komandası Super Liqa təmsilçisinə rəqib oldu

Dünya futbolu2021-12-03 13:02

“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Dünya futbolu2021-12-03 12:53

“Milan”ın futbolçusu üçün mövsüm bitdi?

Ölkə futbolu2021-12-03 12:32

“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

Milli komanda2021-12-03 12:11

AFFA-nın gizlətdiyi təyinat: U-19 Velebitə tapşırılıb

Dünya futbolu2021-12-03 11:50

Çexiya klubu Mahir Emrelini istəyir

Gündəm