Connect with us

Ölkə futbolu

Stuxlikin (V)Arsızlığı

-də paylaşıldı

Frits Stuxlik yenə VAR sisteminin olmaması ilə bağlı var-gəl edir. Bir az da uzağa gedib, patronlarının rəhbərlik etdiyi, çempionatın yayım hüququna malik olan kanala söz atıb. Çəkilişlərin günün tələblərinə uyğun olmadığını, sabah VAR sistemi olsa belə, epizodların  görüntülərlə ayırd edilməyəcəyini dilə gətirib.

Avstriyalı gəldiyi gündən Avropanı gəzə-gəzə, VAR-sız var-gəl edə-edə “UEFA Konvensiyası” deməkdən yorulmur. Havadarlarının dəstəyinə arxalanaraq dilimizə hörmətsizliyi, Azərbaycan futboluna, hakimlik məktəbinə yuxarıdan aşağı baxmağı ilə bağlı dəfələrlə iclaslarda yerində otuzdurulub. Diqqətinə çatdırılıb ki, hakimlik məktəbimiz Tofiq Bəhramov, Eldar Əzimzadə kimi dahilər yetişdirib.

Son belə hal mövsümün sonunda seçiləcək “Ən yaxşı hakim”in  müəyyənləşdirilməsi məqsədi ilə təcrübəli hakimlərdən qurulan, mənim də üzv olduğum komissiyanın toplantısında yaşanıb. Sıravi komissiya üzvü olan Stuxlikə mədəni izah edilib ki, “burada söz sahibi deyilsən və ola da bilməzsən, bir səsin VAR. Komissiyanın sədri hörmətli referimiz, müəllimiz, ağsaqqalımız Rüstəm Rəhimovdur”.

Avropalıya Avropa mədəniyyətini aşılamağımız öz yerində, var-gəl edilən epizodlarda indiki görüntülərlə, VAR-sız belə obyektiv qərarların verilməsi mümkün deyilmi? Birmənalı olaraq mümkündür! Əgər (V)ARsız yanaşma olmasa… Son turda 1-2 epizodu diqqətə çatdırmaq kifayətdir.

VAR sistemi “Neftçi” – “Keşlə” matçında qeydə alınan qolda daha vacib idi. İsmayıl Zürfüqarlının qapıya göndərdiyi topu Tural Axundov başla çıxarmağa cəhd göstərdi. Köməkçi hakim xırda metodiki səhvə yol verib  künc bayrağından 1-2 addım aralı olsa da, qətiyyətli və obyektiv qərarıyla baş hakimə yardım etdi, qol qeydə alındı. Xətt üzərindən, “çərçivə”dən çəkiliş də, “qol-layn” sistemi də yox idi. Təbii, olması daha yaxşıdır, amma hakimlər briqadasının birgə işi, vizual əlaqəsi düzgün olaraq qolun qeydə alınmasını şərtləndirdi. Heç kimin nə VAR, nə də çəkiliş yadına düşmədi. Hakimlər epizodda doğru qərarlarıyla buna imkan vermədilər.

“Qarabağ” – “Sumqayıt” görüşündə Bəhlul Mustafazadənin başla “doqquzluğ”a göndərdiyi topda referi qayda pozuntusunu qeydə aldı –  top vuran müdafiəçinin yox, “Qarabağ”ın digər futbolçusunun. Baxmayaraq ki, ikili mübarizə aparan rəqiblərin top uğrunda mübarizəyə yaxından-uzaqdan əlaqəsi yox idi, Bəhlul topun gəlmə trayektoriyasına uyğun olaraq ikinci mərtəbənin ikinci mərtəbəsinə qalxmışdı. Top oyunda olduğu üçün referi cəriməni qeydə aldı və heç bir narazılıq yaranmadı, VAR sistemi də Stuxlikin yadına düşmədi. Belə toplar İngiltərə liqasında 99% qol kimi qeydə alınır…

“Zirə” – “Sabah” qarşılaşmasında vurulan cavab qolunda Stuxlikin (V)ARsızlığı yenidən yada düşüb. “Neftçi” oyunundakı qol epizodunu nümunə gətirib hakimləri tərifləmək, VAR-sız da hakimlərin meydanda obyektivliyinin təmin olunmasını qeyd etmək əvəzinə, Zirədə çəkilişin yerində olmadığını, havadarlarının istəyinə uyğun olaraq sətiraltı məna ilə VAR sisteminə daha çox pulun xərclənməsinin vacibliyini diqqətə çatdırır…

Avstriyalı özünü “ağıllı” göstərərək Oyun Qaydalarında qapı meydanı ilə bağlı “qapıçılar toxunulmazdır” ifadəsinin olmadığını bildirir. Frits Stuxlikin hakimlik karyerasında onlarla belə epizodlarda qayda pozuntusunu qeydə aldığının çıxarışını etmək olar. İstənilən oyun şablon qaydalarla idarə edilmir, hər bir matçın ağırlıq dərəcəsi, oyun ruhu, hakimlərin qarşılaşmalara obyektiv, psixoloji yanaşma tərzi VAR. Ona görə seminarlar keçirilir, referilərin qaydalardakı boşluqlara uyğun birmənalı yozumları təmin edilməyə çalışılır.

Qol mübahisə doğurmamalıdır – VAR sisteminin tətbiq edilməsinin bir nömrəli səbəbi bundan ibarətdir. Dəfələrlə görüşlərdə şahidlik edilib, nəinki qapı, cərimə meydanı, künc  bayrağı istiqamətdə rəqiblərin topa nəzarət etdiyi zaman müdafiə olunan futbolçulara qarşı xırda təmas belə dərhal cərimə kimi qeydə alınır və müdafiə olunan komandaya üstünlük verilir. Niyə? Xırda da olsa, qayda pozuntusundan sonra təhlükəli vəziyyət yaranmasın, qol qeydə alınmasın deyə. Bunu, hakimlərin belə yanaşmasını bütün komandalar, məşqçilər, azarkeşlər qəbul edirlər. Bu, referinin niyyətinin obyektiv olmasının qəbul edilməsidir.

Matçlarda referi və ya köməkçiləri onlarla xırda səhvə yol veriblər və növbəti epizod(lar)da dərhal obyektivliyi təmin edib xırda səhvlərinə korrektələr edirlər. Belə halları ancaq bu sahənin peşəkarları görür, bilir və çox vaxt nə azarkeşlər, nə də futbolçular, məşqçilər bunu hiss etmirlər. Oyunların ruhunu oxuyaraq belə idarə olunması, hakimlik təcrübəsi, zirvəsi, meydanda göstərilən avtoritetdir.

“Zirə” – “Sabah” görüşündə bir səhv oldu, künc zərbəsi təyin edildi. Olsun, hakim(lər) də insandır, səhv edə bilərlər. Referi dərhal səhvin düzəlməsi üçün top ötürüldüyü zaman, göyün yeddinci qatında olanda artıq rəqiblərin ikili mübarizələrində fit verir və obyektivlik bərpa olunur. Cərimə meydanına toplaşan 10-15 futbolçu bunun üçün ən ideal şərait yaradır…

Epizod mərhələsinin ikinci hissəsində heç səhv künc zərbəsi qərarı verilməyib, qapıçı – rəqib mübarizəsi qayda pozuntusudur. Bunun üçün nə VAR-a, nə də yayım kanalının 15 kamerasına ehtiyac yoxdur. Epizod idarəçilik adına çox asan bir epizoddur. Avstriyalının bu qədər (V)ARsızlığına göz yumulmamalıdır.

Bu gün komitədə kifayət qədər beynəlxalq dərəcəli hakimlərimiz var ki, Stuklixsiz də hakimlərə lazımı səviyyədə rəhbərlik edə bilərlər. Nəvaxta kimi özümüz özümüzə dəyər verməyəcəyik, stuxliklər, lippertlər futbolda təsadüfi olan havadarlarının dəstəyi ilə Bakının mavi gecələrini dolaşıb dövlətin, xalqın milyonlarını yığıb, bölüşdürüb aparacaqlar.

Hakim ilk növbədə pedaqoqdur. Məşqçi də pedaqoqdur. Yeni qaydalara uyğun olaraq məşqçilərə də vərəqə göstərilməsinə icazə verilir. Bu, o demək deyil ki, referilər məşqçilərə futbolçular kimi yanaşsınlar. Son dərəcə psixoloji məqamdır. Səhvi et, məşqçini özündən çıxart, sonra da vərəqə göstər – bu, hansı məntiqə sığır? Təmkinlərin meydanda təmkinli davranmaları üçün referi – məşqçilərin münasibətləri, oyunlara pedaqoji yanaşma ən üst səviyyədə olmalıdır. İlk növbədə məsuliyyət matçları idarə edən referilərin üzərinə düşür.

Epizodlarda səhvə yol verərək, imtiyazlardan istifadə edib baş məşqçiləri də cəzalandırmaq pedaqogikaya, psixologiyaya, futbola, hakim idarəçiliyinə, meydanda müəllim-hocaların bir-biri ilə davranışlarına ziddir. Belədə futbolçulardan meydanda intizamın tələb edilməsi mümkünsüzdür. Stuxlikin bəxti gətirib ki, bölgələrdə onminlərin yığışdığı tribunalar qarşısına çıxmırlar, boş tribunalı açıq “Bakı birinciliyi”dir. Odur ki, avstriyalı (V)ARsızlığa nə qədər az istinad eləsə, bir o qədər faydalı olar…

TAHİR SÜLEYMANOV

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Ölkə futbolu2021-12-02 15:29

“Qarabağ”ı gözləyən təhlükə

Ölkə futbolu2021-12-02 15:04

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Ölkə futbolu2021-12-02 14:53

Gəncədə Futbol Akademiyası: Layihə şəkilləri

Ölkə futbolu2021-12-02 14:31

“Səbail”in şikayəti təmin olunmadı

Ölkə futbolu2021-12-02 14:08

1 xallı de Byaziylə davam – AFFA taleyini növbəti 10 aya bağladı

Ölkə futbolu2021-12-02 14:04

VAR sistemi üçün 500 min dollar ayrıldı

Ölkə futbolu2021-12-02 13:55

AFFA Əsgər Abdullayevə iş verdi, “Neftçi” rəsmisini üzvlükdən çıxardı

Ölkə futbolu2021-12-02 13:47

AFFA daha bir akademiya inşa edəcək

Ölkə futbolu2021-12-02 13:35

AFFA “Neftçi”nin sabiq baş məşqçisinə iş verdi

Dünya futbolu2021-12-02 13:14

Qvardiola Mourinyonu geridə qoydu

Ölkə futbolu2021-12-02 12:56

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı – De Byazi postunda qaldı

Ölkə futbolu2021-12-02 12:43

“İdman və Media”nın növbəti buraxılışı – VİDEO

Dünya futbolu2021-12-02 12:34

İki qapıçısı “qırmızı” aldı, penaltilərlə mərhələ adladı – VİDEO

Dünya futbolu2021-12-02 12:07

“Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı”

Dünya futbolu2021-12-02 11:38

Pedri daha bir mükafata layiq görüldü

Dünya futbolu2021-12-02 11:09

Kuman məşqçi karyerasını bitirdi

Dünya futbolu2021-12-02 10:51

“Liverpul”dan yeni rekord

Premyer-liqa2021-12-02 10:35

Məğlubiyyətsiz “Sabah” 2-ci dövrənin ən yaxşısıdı

Milli komanda2021-12-02 10:17

Yığmamıza Rusiyadan 2 futbolçu çağırıldı

Dünya futbolu2021-12-02 10:00

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2021-12-02 09:29

“Beşiktaş”da daha bir ciddi itki

Müsahibə2021-12-02 09:15

Maksim Medvedev: “Qrup oyunları başlamamış bizə 2-ci yer verilsəydi, sevinərdik”

Dünya futbolu2021-12-02 09:00

“Barselona” ona 4 milyon avro təzminat ödəyəcək

Dünya futbolu2021-12-02 02:50

“Real”a qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-12-02 02:30

PSJ xal itirdi, Lion “Olimpik”i uduzdu

Dünya futbolu2021-12-02 02:16

“Liverpul”dan darmadağın, MS və “Çelsi”dən qələbə

Dünya futbolu2021-12-02 01:59

“Napoli” xal itirdi, “Milan”la “İnter” qalib gəldi

Dünya futbolu2021-12-02 01:39

Mahirli “Legiya” Polşa kubokunun 1/4 finalında

Dünya futbolu2021-12-02 00:41

Azarkeş infarkt keçirdi, Premyer Liqa matçı yarımçıq dayandırıldı

Ölkə futbolu2021-12-01 22:10

UEFA Mahiri “Qalatasaray”ın futbolçusu ilə müqayisə etdi

Dünya futbolu2021-12-01 21:31

Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Digər2021-12-01 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-01 19:00

Nuriyev üçün yeni baş məşqçi

Dünya futbolu2021-12-01 18:30

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Gündəm