Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Sumqayıt futbolu əvvəlki əzəmətini qaytarmaq istəyir

-də paylaşıldı

Sumqayıt futbol şəhəridi. Eyniadlı klubun oyunlarında dolu tribunaları görmək nəticə çıxarmaq üçün kifayət edir. Bu şəhərin insanları futbolla nəfəs alır, nəticələrinə baxmayaraq, daim sevimli təmsilçilərini izləyir, dəstəkləyir.

 

Azərbaycan futboluna onlarla istedad bəxş edən şəhər ötən əsrin sonunda xüsusilə seçilirdi. Hətta SSRİ-nin müxtəlif gənclər yığmalarına Arif Əsədov kimi qitə və dünya çempionu göndərən Sumqayıtda uşaq futboluna diqqət ən yüksək səviyyədə idi. Nəticədə ölkənin demək olar, bütün komandalarında bu şəhərin təmsilçisi gözə dəyir, medallar uğrunda mübarizə aparanların zərbə qüvvəsini sumqayıtlılar təşkil edirdi. Milli komandalarımızda da eyni vəziyyət idi.

 

Son 10-15 ildə vəziyyət dəyişdi. “Polad”, “Xəzər”, “Vosxod”, “Kimyaçı”, “Gənclərbirliyi” kimi tarixi klublar unuduldu, “Sumqayıt” adlı yeni klub AFFA tərəfindən yaradıldı, maliyyələşdirildi. Təsisçi-himayədarlar qısa müddətdə bu komandanı şəhər sakinləri üçün ögey uşağa çevirə bildi. Almaniya türkləri, dağıstanlılar, iranlılar və daha neçə-neçə fərqli fərqli məkanlardan gətirilən əcnəbilər milliləşdirildi, “sumqayıtlı” kimi təqdim olundu. Nəticədə yerli gənclər diqqətdən kənarda qaldı, yerlərini legionerlər tutdu, şəhər futbolu süniləşdi.

 

“Sumqayıt” indi də bunun əziyyətini çəkir. Vaxtilə yeninəsil yetişdirilmədiyindən, başı milliləşdirməyə qarışanlar uşaq futboluna barmaqarası yanaşdığından klub yerli oyunçular baxımından ciddi əziyyət çəkir. Yalnız indi anlayıblar ki, yerli kadrlara diqqət göstərilməsə, davamlı inkişaf mümkün deyil və müəyyən addımlar atmağa başlayıblar.

 

2010-2011 futbol mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” yarandığı gündən uşaq futboluna diqqət ayırmağa çalışıb. Bəzən səriştəsizlik, fərqli maraqlar hədəfə kilidlənməyə “mane olub”. Lakin insaf naminə, obyektiv səbəblər də var. Belə ki, ilk illərdə dağıdılmış infrastrukturun fəsadları ciddi işlər görməyə mane olub. Xüsusilə meydança problemi olduğundan uşaq futbolunda böyük inkişafdan söhbət belə gedə bilməzdi.

 

Əsas və əvəzedici komanda o qədər də yaxşı vəziyyətdə olmayan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlaşıb oyunlara çıxdığı halda, akademiyanın yaşaması, uşaq qruplarının məşq etməsi üçün demək olar, heç bir şəraiti yox idi. Rəhbərliyin başı milliləşənlərə pul xərcləməyə qarışdığından ən azı kiçik meydanlar salmaq, hansısa ərazini icarəyə götürüb müəyyən şərait yaratmaq yada düşmürdü. Məhz həmin illərdə “Sumqayıt” Futbol Akademiyası sözün həqiqi mənasında çətin günlər keçirirdi.

 

Lakin 2013-cü ilin sentyabrında SOCAR tərəfindən Sumqayıtda yeni idman qurğusu tikilərək klubun ixtiyarına verildi. Məhz həmin vaxtdan bütün yaş qrupları bir meydançada növbələşib hazırlaşmağa başladı. 2017-ci ildə isə “Sumqayıt” FK üçün daha müasir infrastruktur inşa edildi. Belə ki, “Kapital Bank Arena”nın ərazisində oyun keçirilən əsas təbii örtüklü meydançadan başqa məşq üçün bütün standartlara cavab verən 1 təbii, 1 süni örtüklü və 2 kiçik süni örtüklü meydança inşa edilərək klubun ixtiyarına verildi.

 

Elə bunun nəticəsidi ki, artıq milli komandalarımızda sumqayıtlı gənclərin sayı artmağa başlayıb, Xəyal Nəcəfovun timsalında bu şəhərin yetirmələri aparıcı klublara transfer edilir. 10 ildən çox müddət boşa verilməsəydi, cavabdeh şəxslər zamanında işinə peşəkar yanaşsaydı, indi say daha çox olardı, “Sumqayıt” da iranlıların ümidinə qalmazdı.

 

2019-cu ildə “Sumqayıt” Futbol Akademiyası yeni mərhələyə qədəm qoydu. Almaniyada çalışmış türkiyəli mütəxəssis Hakan Sünal akademiyanın koordinatoru təyin edildi. Burada məsələ rəhbərin əcnəbi olması deyil, yeni koordinator özüylə yeni sistem gətirdi və hazırda onun tətbiqiylə məşğuldu. Çatışmazlıqlar olsa da, irəliyə doğru ciddi addımlar atıldığını deyə bilərik. Belə ki, artıq akademiya vahid proqram üzərində çalışır, əvvəlki kimi hər məşqçi istədiyi kimi məşq keçmir, hər kəs eyni sistemlə fəaliyyət göstərir.

 

2019/20 mövsümündən etibarən “Sumqayıt” Futbol Akademiyasında bir sıra yeniliklər edilib. İlk öncə məşqlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə məşqçilərin sayı artırılıb. Ümumilikdə akademiyada çalışan məşqçilərin, inzibati heyətin sayı 20-dən 36-ya yüksəldilib, həmçinin komanda və futbolçu sayı da artıb. Buna əlavə, Avropa təcrübəsinə uyğun olaraq, akademiyaya fitnes məşqçisi gətirilib. Hazırda akademiyanın ixtiyarında olan bir standart ölçülü süni örtüklü meydança, iki mini meydança və bir ədəd “texnika kortu” adlandırdığımız meydança mövcuddur.

 

“Sumqayıt” Futbol Akademiyasında son vaxtlar görülmüş işlərin qisa xülasəsi:

* “Sumqayıt”ın akademiyasında ümumi komanda sayı 9-dan 15-ə qaldırılıb.

* Ötən illərdə akademiyada 160 uşaq var idisə, yeni sistemə əsasən futbolçu sayı 250-yə çatdırılıb.

* “Sumqayıt”ın akademiyasında məşqçi və inzibati heyətin sayı 20-dən 36-ya yüksəldilib.

* Akademiyaya atletika və fitnes məşqçisi dəvət edilib.

* Klubun futbol məktəbi yaradılıb, ora 4 yaşından 9 yaşına qədər futbolçular qatılır.

* Ümumilikdə “Sumqayıt” Futbol Akademiyası 3 qrup əsasında fəaliyyət göstərir: “Təməl qrup”, “Orta qrup”, “Performans qrup”.

* Məşqçilərlə mütəmadi olaraq həftə ərzində 2 dəfə olmaqla iclaslar, dərslər keçirilir.

* Akademiya olaraq, Sumqayıtda fəaliyyət göstərən futbol məktəbləri ilə iş birliyi aparılır.

* Akademiyada elit-məşqlər, fitness məşqləri də keçirilir.

 

“Sumqayıt” 2019-cu ildə uşaq futbolunun inkişafı yolunda daha bir yeniliklə yadda qalıb. Belə ki, klubun futzal məktəbi rəsmən fəaliyyətə başlayıb. Futzalda hər komandada 5 nəfər olur və oyunçunun topla təması böyük futboldakından daha çox olur. Futzalda texnika üzərində də daha çox çalışmaq lazımdır ki, rahat driblinq edib, rəqiblərini geridə qoyasan. Futzalda yetişən uşaqların bir neçə il sonra texniki keyfiyyətlərinin daha yüksək olacağı gözləniləndi. Akademiyanın bəzi uşaqları məhz texnikanın artırılması məqsədi ilə bəzən xüsusi proqramlar çərçivəsində futzal məşqlərinə də yönləndirilir.

 

2020-ci ildə “Sumqayıt” Futbol Akademiyası daha bir layihəyə start verib. Belə ki, akademiyanın nəzdində 4-8 yaş arası qrupların yığımına başlanıb. Bu proses futbolçuların daha erkən yaşda topla tanış olması məqsədi güdür. İlk vaxtlarda “Futbol Məktəbi” adlanan layihəyə 10 nəfərlə start verilmişdi, hazırda isə bu qruplarda 100-ə yaxın uşaq futbolun sirlərini öyrənir.

 

Bundan başqa, “Sumqayıt” Futbol Akademiyasının məşqçiləri 2017/2018 mövsümündə Türkiyənin ən güclü akademiyaları sırasında göstərilən “Altınordu”nun düşərgəsində təcrübə də keçiblər. Belə ki, klubun 6 məşqçisi bu proqram çərçivəsində 1 həftə İzmirdə olub. Bunun davamlı olacağına ümid edirik.

 

“Sumqayıt”ın əsas komandasına baş məşqçi təyin olunduqdan sonra daim gənc futbolçuların inkişafına çalışan Ayxan Abbasov da ümumi işlərin gedişinə biganə deyil. O, cari mövsümdən etibarən akademiyadakı gənc və perspektiv vəd edən uşaqları nəzarətə götürüb. Belə ki, akademiyada diqqət mərkəzində olan 15-ə yaxın futbolçu Abbasovun nəzarəti altında əsas komanda ilə məşqlərə qatılmaqla yanaşı, fərdi məşqlərdə də iştirak edir. Belə ki, əsas komandanın fiziki hazırlıq üzrə çalışdırıcısının hazırladığı xüsusi proqram əsasında onlar həftəlik məşqlərdə iştirak etməkdədi. Abbasov ötən mövsüm ümumi olaraq akademiyanın 30-dan artıq üzvünü mütəmadi olaraq əsas komanda ilə məşqlərə qatıb, indi onların bəziləri heyət üzvüdü, hər an Premyer Liqada oynamaq üçün şans gözləyir.

 

Əsas odur, Sumqayıtda futbola münasibət dəyişib. 10 ildən çox müddət boşa verilsə də, indi ənənələri olan şəhərdə top oyununa münasibət başqadı, səhvlərdən nəticə çıxarılıb, keçmiş günlərdəki əzəmətin təkrarına, daha yaxşısına cəhd edirlər.

 

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Dünya futbolu2021-12-03 13:33

Ələskərovun komandası Super Liqa təmsilçisinə rəqib oldu

Dünya futbolu2021-12-03 13:02

“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Dünya futbolu2021-12-03 12:53

“Milan”ın futbolçusu üçün mövsüm bitdi?

Ölkə futbolu2021-12-03 12:32

“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

Milli komanda2021-12-03 12:11

AFFA-nın gizlətdiyi təyinat: U-19 Velebitə tapşırılıb

Dünya futbolu2021-12-03 11:50

Çexiya klubu Mahir Emrelini istəyir

Dünya futbolu2021-12-03 11:23

“Mançester Yunayted”də daha bir ayrılıq

Dünya futbolu2021-12-03 11:00

Braziliyada çempion bəlli oldu

Milli komanda2021-12-03 10:47

Daha az maaşa daha yaxşı nəticə: ona inanmaq olarmı?

Müsahibə2021-12-03 10:26

Vüsal Əsgərov: “Bu hisslərin sözlə ifadəsi yoxdur”

Ölkə futbolu2021-12-03 09:51

VAR sistemi: Ukraynada 240 min avro, Azərbaycanda 500 min dollar

Dünya futbolu2021-12-03 09:27

Ronaldo karyerasında 800-cü qolunu vurdu

Ölkə futbolu2021-12-03 09:00

İslahata İcraiyyə Komitəsindən başlamalı

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Ölkə futbolu2021-12-02 15:29

“Qarabağ”ı gözləyən təhlükə

Ölkə futbolu2021-12-02 15:04

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Gündəm