Connect with us

Ölkə futbolu

Vəkil Aslan İsmayılovun AFFA-ya ünvanladığı 11 sual

-də paylaşıldı

AFFA-nın vəkil Aslan İsmayılovu quruma böhtan atmaqda günahlandıraraq məhkəməyə verdiyini xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, AFFA rəsmiləri məhkəmə vasitəsi ilə İsmayılovun üzr istəməsini və 10 min manat məbləğində cərimə ödəməsini tələb edirlər.

Aslan İsmayılov AFFA ilə qarşıdurma ilə bağlı “feysbuk” hesabında paylaşım edib. O, paylaşımında AFFA-ya ünvanladığı sualları qeyd edib:

“Guya böhtan atdığıma görə AFFA məhkəmə qaydasında cəzalandırılmağımı tələb edir. Həqiqəti sübut etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-ya ünvanladığım 11 bənddən ibarət sualları olduğu kimi paylaşıram:

Ə R İ Z Ə (müvafiq sənədlərin istənilməsinə dair)

Sizin mənə qarşı (Səbail Rayon Məhkəməsində baxılan) iddianız üzrə obyektiv nəticənin əldə edilməsi üçün aşağıdakı sualların tərəfinizdən cavablandırılıb (cavabların əsasını təşkil edən sənədlərin surətini sübut qismində əlavə etməklə) bizə təqdim etməyinizi xahiş edirəm.

  1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsini, ölkədəki futbol klublarının Nizamnamə və ya əsasnamələrini (eləcə də fəaliyyət istiqamətlərini formalaşdıran digər sənədlər);
  2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (bundan sonra AFFA-ya):

2.1. Son 10 il ərizində Azərbaycan dövlət büdcəsindən hər il üçün ayrılan pul vəsaitinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.2. Son 10 il ərzində FİFA-dan (AFFA-ya) hansı məbləğdə pul vəsaitinin ayrılmasına dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.3 Son 10 ildə hər il üçün ayrılıqda reklamlardan əldə edilən (daxil olan) vəsaitlərə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.4. Son 10 ildə futbol oyunlarının yayımlarından hər il üçün ayrılıqda əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.5. Son 10 ildə futbol oyunlarının bilet satışından hər il üçün əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.6. Son 10 ildə ümumilikdə hər il üçün nə qədər və kimlər (hansı hüquqi və fiziki şəxslər, eləcə də digər sponsorlar) tərəfindən ianələr edilməsinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

  1. AFFA-nın son 10 ildə bu müraciətin 2-ci maddəsində göstərilən əsaslarla (eləcə də varsa, digər əsaslarla) əldə edilmiş bütün vəsaitlərin hara (hansı istiqamətlərdə) dəqiq məbləği və təyinatları göstərilməklə xərclənməsinə dair detallı məlumatları (sübut edən sənədlərlə);
  2. Ümumilikdə Azərbaycanda neçə futbol (kişi, qadınlar, uşaqlar, eləcə də çimərlik olmaqla) klubunun olması barədə məlumatları;
  3. Mövcud olan bütün klublara son 10 ildə (hər il üçün məbləğlər göstərilməklə) hər birini ayrı, təyinatı göstərməklə ayrılan vəsaitlərə dair məlumatları;
  4. AFFA-nın Almaniyada yaratdığı Futbol Məktəbinə yarandığı gündən bu günədək hansı məbləğdə pul vəsaitinin ayrılması və həmin futbol məktəbinin hazırda balansında hansı əmlakların olması barədə məlumatları;
  5. Son 10 ildə (milli və klublar üzrə) hansı baş məşqçilər, məşqçilər və mütəxəssislərlə müqavilələrin bağlanması (əməkdaşlıq edilməsi) və onlara illik hansı məbləğdə pul vəsaitinin ödənilməsinə dair (onlarla bağlanmış müqavilələri və pul vəsaitinin ödənilməsini təsdiq edən sənədləri əlavə etməklə) məlumatları;
  6. Son 10 ildə hansı (adları, soyadları göstərilməklə, eləcə də bu cavab məktubuna müvafiq müqavilələri əlavə etməklə) legioner futbolçuların alınması və onların hər birinə ödənilmiş vəsaitlərə dair məlumatları;
  7. Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş (naturallaşdırılmış) əcnəbi futbolçular və onlara sərf olunan vəsaitlər (konkret adlar və xərclənmiş vəsaitlər göstərilməklə) barədə məlumatları;
  8. Son 10 ildə İran İslam Respublikasından ölkəyə gətirilmiş futbolçular (legionerlər və milliləşdirilmişlər daxil olmaqla) və onlara xərclənmiş vəsaitlər barədə məlumatları;
  9. Son 10 ildə hər il üçün keçirilmiş Audit rəylərinin təsdiq edilmiş surətlərini.

Göstərilən sualların cavablandırılması və sənədlərin bizə təcili verilməsi məhkəmədə mübahisənin ədalətli araşdırılması üçün vacib və qaçılmazdır”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-12-01 22:10

UEFA Mahiri “Qalatasaray”ın futbolçusu ilə müqayisə etdi

Dünya futbolu2021-12-01 21:31

Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Digər2021-12-01 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-01 19:00

Nuriyev üçün yeni baş məşqçi

Dünya futbolu2021-12-01 18:30

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Dünya futbolu2021-12-01 17:50

Millimizin üzvü noyabrın ən yaxşısı adına namizəd oldu

Dünya futbolu2021-12-01 17:23

Ələskərovun klubu qovduğu futbolçunu geri qaytardı

Dünya futbolu2021-12-01 16:45

Mahir Emreli yenə ayın ən zəif futbolçusu seçildi

Digər2021-12-01 16:24

1xBet La Liqa matçlarında reklam üçün media hüquqlarını 2024-cü ilə qədər uzadıb

I Divizion2021-12-01 16:04

“Kəpəz”in oyununda 4 qol, “Turan Tovuz” xal itirdi

Digər2021-12-01 15:44

Qayıbovun növbəti ayıbı

Dünya futbolu2021-12-01 15:27

“Arsenal”ın futbolçusu hücuma məruz qaldı

Dünya futbolu2021-12-01 14:57

Mahir Emrelinin klubunda yeni idman direktoru

Milli komanda2021-12-01 14:24

“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirə yola düşür

Ölkə futbolu2021-12-01 14:03

“Azərbaycan millisindən gələn təklifi qəbul etmədim”- “Qarabağ”ın sabiq legioneri

Dünya futbolu2021-12-01 13:46

Venesuela millisində 72 yaşlı baş məşqçi

Ölkə futbolu2021-12-01 13:31

Aleksey İsayevdən “Sabah”ın U-13 komandasına sürpriz – VİDEO

Ölkə futbolu2021-12-01 13:17

Yiyəsiz “Səbail”: “Neftçi”ylə oyuna son anda gələ biliblər

Digər2021-12-01 13:00

Gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri məlum oldu

Premyer-liqa2021-12-01 12:45

Premyer Liqanın 13-cü turu rəqəmlərin gözü ilə

Ölkə futbolu2021-12-01 12:31

Rusiya Futbol İttifaqının rəsmisi AFFA-da

Dünya futbolu2021-12-01 12:16

“Liverpul”un sabiq futbolçusu vəfat etdi

Dünya futbolu2021-12-01 12:00

“Qarabağ”la matç finala bərabər olacaq” – “Bazel”in prezidenti

Dünya futbolu2021-12-01 11:46

“Roma”nın üç futbolçusunun koronavirus testi pozitiv çıxdı

Müsahibə2021-12-01 11:34

Zenqa “Futbolinfo”ya danışdı: “Neftçi” barədə məlumatım var”

Dünya futbolu2021-12-01 11:17

İlin ən yaxşı klub baş məşqçisi bəlli oldu

Ölkə futbolu2021-12-01 11:00

Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı

Dünya futbolu2021-12-01 10:46

“Mançester Yunayted”i “Arsenal”la matça da Karrik çıxaracaq

Ölkə futbolu2021-12-01 10:31

Harramiz “Neftçi”dən gedir – oynamamasından narazıdı

Milli komanda2021-12-01 10:15

De Byazi ilə davam?!

Dünya futbolu2021-12-01 10:00

Messinin səhhətində problem yarandı, məşqə çıxmadı

Dünya futbolu2021-12-01 09:44

Liqa 1 klubunun baş məşqçisində koronavirus aşkarlandı

Dünya futbolu2021-12-01 09:30

“Traktor” səfərdən heç-heçə ilə döndü

Ölkə futbolu2021-12-01 09:15

Ülvi İsgəndərov: “Hakimin səhv etməsi normaldır”

Ölkə futbolu2021-12-01 09:00

Hər aya bir transfer: “Keşlə” indi də Reza Aliyarini gətirdi

Dünya futbolu2021-12-01 02:18

“Lids”ə bir qol bəs etdi

Dünya futbolu2021-12-01 01:53

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2021-11-30 23:32

Federasiyası prezidenti saxlanıldı, məsələyə UEFA qarışdı

Milli komanda2021-11-30 21:19

“Azərbaycan millisi yaxşı müdafiə olundu”

Milli komanda2021-11-30 21:07

“Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək”

Milli komanda2021-11-30 20:52

Millimizdən BƏƏ ilə heç-heçə

Milli komanda2021-11-30 20:30

Yığmamız Monteneqroya qalib gəldi

Dünya futbolu2021-11-30 19:39

“Ümid edirəm ki, Mahir qarşıdakı matçlarda tilsimi qıracaq” – “Legiya”nın baş məşqçisi

Dünya futbolu2021-11-30 18:57

Namiq Ələsgərovun komandası Türkiyə Kubokunda mərhələ adladı

Dünya futbolu2021-11-30 18:02

“Neftçi”nin sabiq baş məşqçisi Moldova millisindən ayrıldı

Digər2021-11-30 17:32

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-11-30 17:19

Premyer Liqada 13-cü turun oyunları sükutla başlayacaq

Milli komanda2021-11-30 16:39

Millimizin dünya reytinqindəki mövqeyi açıqlandı

I Divizion2021-11-30 16:10

“Qarabağ” xal itirdi, “Sumqayıt” böyük hesabla uduzdu

Ölkə futbolu2021-11-30 15:38

“Sabah”ın qış hazırlıq planı bəlli oldu

Gündəm