Connect with us

Ölkə futbolu

Hamı qol vurdu, qonaqlar uduzmadı

-də paylaşıldı

Çempionatda məğlubiyyətsiz yeganə komanda “Qarabağ” və qələbəsiz tək kollektiv “Sabah” – ilk dövrənin bitiş matçına bu statistika ilə çıxan rəqiblərin hansının favorit olduğunu müəyyənləşdirmək çətin deyildi. Nəticə də gözlənildiyi kimi alındı və ağdamlılar vahid lider kimi yoluna davam etdi.

Lakin oyunu izləyənlər rəqiblər arasında böyük səviyyə fərqi görmədi. Bəlkə də “Qarabağ”ın əksər oyunçuları millidən yoğrun döndüyü üçün “Sabah”la oyunda komanda diqtə edən tərəf deyildi. Ərazi üstünlüyü, topa sahibolma baxımından ağdamlılar üstün olsa da, böyük fərqdən danışa bilmərik. Paytaxt təmsilçisinin bir saatdan artıq müddətdə azlıqda oynamasını nəzərə alsaq, 1:2 hesablı məğlubiyyət başadüşüləndi.

Xulio Rodriges yolverilməz səhvdən sonra meydandan qovulunca “Qarabağ” təzyiqi artırdı, fasiləyə kimi hesabı açdı. İkinci hissə başlayan kimi ikinci qol vuruldu, ağdamlılarda təbii arxayınlıq yarandı. Və məhz bundan sonra “Sabah” nisbətən fəallaşdı, fərqi azaltdı, daha bir neçə qol epizodu yaratdı. Təcrübəsi hesabına qələbə hesabını qoruyan “Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırdı. Bu, “Kayrat”la Konfrans Liqası matçı öncəsi əla statistikadı, davam etməsi daha yaxşı olar.

7 oyuna cəmi 1 xal toplayan “Sabah”da durum bəllidi. Hər matçdan sonra baş məşqçi Ramin Quliyevin istefası gündəmə gəlir, hər dəfə də rəhbərliyin ona dəstək verdiyi aydınlaşır. Dünənki matça görə onu qınamağın mənası yoxdu – həm rəqib çox güclü idi, həm də hücumçusu lüzum olmayan epizodda yersiz hərəkət edib yoldaşlarını çətin vəziyyətdə qoydu. Quliyevin əsl sınağı qışa qədər qalan oyunlarda olacaq. Son pillədən qurtulmaq üçün mümkün qədər xal toplanmasa, dəyişiklik qaçılmazdı.

Dünən baş tutan digər oyunda “Neftçi”nin qələbə seriyası bitdi. Bakılılar 3 oyundan sonra Sumqayıtda xal itirdi və liderdən 3 xal geri düşdü. “Sumqayıt”ın qələbəsiz oyunlar seriyası davam etsə də, komanda 422 dəqiqədən sonra qol vurmağ bacardı. Murad Xaçayevin meydan boyu irəliləyib fərqlənməsinə mane ola bilməyən qonaqların müdafiə planında qüsurları aşkar göründüsə, “kimyaçılar”ın da  əks-hücumda necə keyfiyyətli oynadığı aydınlaşdı. Ötən mövsümkü oyunu sərgiləyə bilməyən Ayxan Abbasovun yetirmələrinin Əli Qurbanidən asılılığı nəticələrə təsir göstərir. İranlı forvard həddindən çox zədələnir, dünən də matçı sona çatdıra bilmədi. Əvəzində komanda əsas müdafiəçilərini itirməsinə rəğmən, müdafiə planında yaxşı oynayır.

“Neftçi” buraxdığı qolun şokundan tez ayıldı. Gəl ki, bərabərik qolunu transfer edilən saysız-hesabsız hücumçular yox, ötən mövsümün qəhrəmanlarından olan Sabir Buqrin, həm də fərdi bacarığı hesabına vurdu. Yeni oyunçular hələ ansambla tam uyğunlaşmayıb. Belə büdrəmələr “Qarabağ”la rəqabətdə yolverilməzdi. Bəldə də Samir Abasov dünənki oyundan sonra fərqli mövzulardan danışmaqla xal itkisini unutdurdu, ancaq reallıqda mövsümün taleyi məhz belə matçlarda həll olunur. Meydanda mübarizə, dinamik oyun var idi, rəqiblərin hər ikisi istənilən anda qol vura bilərdi. Lakin yekun nəticə də ədalətli sayılmalıdı.

Son turda hamı qol vurdu və cəmi iki komanda xalsız qaldı. Deməli, rəqiblər arasında ciddi fərq yoxdu, avrokuboklara vəsiqə uğrunda sonadək qızğın mübarizə izləyəcəyik.

AĞA

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Ölkə futbolu2021-12-02 15:29

“Qarabağ”ı gözləyən təhlükə

Ölkə futbolu2021-12-02 15:04

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Ölkə futbolu2021-12-02 14:53

Gəncədə Futbol Akademiyası: Layihə şəkilləri

Ölkə futbolu2021-12-02 14:31

“Səbail”in şikayəti təmin olunmadı

Ölkə futbolu2021-12-02 14:08

1 xallı de Byaziylə davam – AFFA taleyini növbəti 10 aya bağladı

Ölkə futbolu2021-12-02 14:04

VAR sistemi üçün 500 min dollar ayrıldı

Ölkə futbolu2021-12-02 13:55

AFFA Əsgər Abdullayevə iş verdi, “Neftçi” rəsmisini üzvlükdən çıxardı

Ölkə futbolu2021-12-02 13:47

AFFA daha bir akademiya inşa edəcək

Ölkə futbolu2021-12-02 13:35

AFFA “Neftçi”nin sabiq baş məşqçisinə iş verdi

Dünya futbolu2021-12-02 13:14

Qvardiola Mourinyonu geridə qoydu

Ölkə futbolu2021-12-02 12:56

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı – De Byazi postunda qaldı

Ölkə futbolu2021-12-02 12:43

“İdman və Media”nın növbəti buraxılışı – VİDEO

Dünya futbolu2021-12-02 12:34

İki qapıçısı “qırmızı” aldı, penaltilərlə mərhələ adladı – VİDEO

Dünya futbolu2021-12-02 12:07

“Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı”

Dünya futbolu2021-12-02 11:38

Pedri daha bir mükafata layiq görüldü

Dünya futbolu2021-12-02 11:09

Kuman məşqçi karyerasını bitirdi

Dünya futbolu2021-12-02 10:51

“Liverpul”dan yeni rekord

Premyer-liqa2021-12-02 10:35

Məğlubiyyətsiz “Sabah” 2-ci dövrənin ən yaxşısıdı

Milli komanda2021-12-02 10:17

Yığmamıza Rusiyadan 2 futbolçu çağırıldı

Dünya futbolu2021-12-02 10:00

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2021-12-02 09:29

“Beşiktaş”da daha bir ciddi itki

Müsahibə2021-12-02 09:15

Maksim Medvedev: “Qrup oyunları başlamamış bizə 2-ci yer verilsəydi, sevinərdik”

Dünya futbolu2021-12-02 09:00

“Barselona” ona 4 milyon avro təzminat ödəyəcək

Dünya futbolu2021-12-02 02:50

“Real”a qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-12-02 02:30

PSJ xal itirdi, Lion “Olimpik”i uduzdu

Dünya futbolu2021-12-02 02:16

“Liverpul”dan darmadağın, MS və “Çelsi”dən qələbə

Dünya futbolu2021-12-02 01:59

“Napoli” xal itirdi, “Milan”la “İnter” qalib gəldi

Dünya futbolu2021-12-02 01:39

Mahirli “Legiya” Polşa kubokunun 1/4 finalında

Dünya futbolu2021-12-02 00:41

Azarkeş infarkt keçirdi, Premyer Liqa matçı yarımçıq dayandırıldı

Ölkə futbolu2021-12-01 22:10

UEFA Mahiri “Qalatasaray”ın futbolçusu ilə müqayisə etdi

Dünya futbolu2021-12-01 21:31

Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Digər2021-12-01 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-01 19:00

Nuriyev üçün yeni baş məşqçi

Dünya futbolu2021-12-01 18:30

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Gündəm