Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Yeni layihəyə başlayarkən…

blank

Paylaşıldı

-

blank

Birinci yazı

 

Həvəskar səviyyədə belə idarə olunmayan Azərbaycan futbolunda “akademiya”, “uşaq futbolu” deyə-deyə illər bir-birini əvəzləyir. Araşdırmalar, yerli mühitə, şəraitə, milli və futbol mentalitetinə uyğun praktik/işlək layihələrin hazırlanmaması futbolu uçuruma sürükləyib. Ancaq intriqalar, bütün mümkün vasitələrdən istifadə edib futbol vəzifələrinin qorunması, şəxsi məqsədlər, kağız üzərində 200 min “futbolçu”…

 

Almaniya kimi aparıcı futbol ölkəsində federasiya klubları “yükləyib” “akademiya” deməklə kifayətlənmir. Futbol qurumunun özünün uşaq futbolunun inkişafına dair 12-16 yaş arası xüsusi proqramı var və ölkə üzrə təyin edilmiş məşqçilər yaş qruplarını daimi məşqlərlə təmin edir, şəhərlərdə, regionlarda istedadlar axtarılır. Akademiyalarla yanaşı, bütün mövcud klubların uşaq futbol qrupları da əlavə fəaliyyət göstərir. Təsadüflərə deyil, futbol oynamış, karyerasını bitirmiş insanlara üstünlük verilir. Lippertlər AFFA-da milyonlar qazandı, havadarları ilə birgə heç olmasa, Almaniya uşaq  futbolunun nəzəriyyəsinin nümunələrini Azərbaycan futboluna aşılaya bilmədi.

 

Akademiyaların olması müasir futbolun tələblərindən biridir, lakin uğurun tam təminatçısı deyil. Azərbaycanda, klublarımızda 50 ildən sonra da dünya nəhəngi “Bavariya”nın uşaq-gənclər futboluna yaratdığı imkanlardan yüksək şərait olmayacaq. İki-üç il öncə klub əlavə 70 milyon(!) avro dəyərində  30 hektarlıq sahədə yeni akademiya da inşa etdirib. Buna baxmayaraq, son 10 ildə münhenlilərin əsas heyətində sırf öz yetirməsi olan bir futbolçu əsas heyətdə möhkəmlənib. Ən yaxşı halda 16-17 yaşlı istedadlar kluba cəlb edilərək vəziyyətdən çıxmağa çalışılıb. Bu da futbolçu yetişdirməsindən daha çox, skaut/seleksiya işinin daha üstün olmasının göstəricisidir.

 

Yeniyetmə, gənc yaşlarında özünü göstərən futbolçuların gələcəkdə  parlayacağı kimi bir zəmanət yoxdur. Vaxtilə Xosep Qvardiolanın “Bavariya”da  komandaya cəlb etdiyi bir çox gənc futbolçular indi Almaniya, Avstriyanın 4-cü liqasında çıxış edirlər. Zədə, potensialın açılmaması, inkişaf etməməsi, xarakter, ailə, yaşadığı mühit və digər faktorlar futbolçunun karyerasına öz təsirini göstərir.

 

Futbolda konveyer sistemi mütləqdir. Keyfiyyətli ardıcıllıq təmin edilmədən, klub(lar), milli, ölkə futbolu 3-5 futbolçunun əlində qalmış olur. Rəqabətin olmaması tək səviyyənin yerində sayması, aşağı düşməsi deyil, digər fəsadlara, daxildə qruplaşmalara, yersiz “söz sahibliyi”nə də yol açır.

 

Nə qədər məşq edirsənsə et, futbolçu keyfiyyəti meydanda görünür. Bunun üçünsə yüksək səviyyəli yarışlar olmalı, təşkil edilməlidir. Qeyd olunanların hamısı bir-birinə bağlı, bir-birini tamamlayan məsələlərdir. İnfrastruktur, məşqçi/kadr seçimləri, bacarığı, ümumi təşkilatçılıq, uşaq futbolundan peşəkarlığa kimi sistem ardıcıllığı, hər sahədə, mərhələdə irəliləyişin təmin edilməsi…

 

Əgər Almaniyada, bir vaxtlar yetirmələri ilə öyünən, top-klublardan biri olan “Bavariya”da, hansısa boşluqlar verilərək gələcək nəsil futbolçu problemi, narahatlığı yaşanırsa, Azərbaycanda, son 10 ildə ən çox futbolçu hazırlayan klublardan biri/birincisi olmuş “Bakı”nın stadion-bazası yerlə bir edilirsə, vəziyyətin nə yerdə olduğunu təsəvvür etmək çətin deyil. Azərbaycan futbolu acınacaqlı durumdadır.

 

“Uşaq futbolu” deməklə inkişaf olmur, əməli addımlar atılmalıdır. Ötən illərin uşaq futbolu təhlil edilməlidir ki, sabaha ümid yaransın.

 

15 il öncə Azərbaycan futbolunun gələcəyinə, yəni, bu gününə böyük ümid var idi. Dövlət Proqramı qəbul edilmişdi, stadionlar, bazalar tikilirdi, imkanlı sponsorların, iş adamlarının sayəsində iddialı klublar yaradılırdı – bir çoxu da bölgələrdə…

 

Klublar uşaq futbolu ilə də bağlı böyük işlər görürdü. “Bakı”, “Qəbələ” akademiyaları nümunə idi. “Xəzər Lənkəran”, “İnter”, “MKT-Araz”, “Kəpəz”, “Turan” gələcək nəsilə öz qayğısını əsirgəmirdi. “Neftçi” ənənəvi olaraq istedadları kluba cəlb edirdi. “Simurq”un olması Zaqatalada uşaqların futbola gəlişini təmin edirdi. Digər klublar da geri qalmamağa çalışırdı.

 

AFFA klubların tempi ilə ayaqlaşa bilmirdi. Futboldakı pərakəndəlik komandaların sistemsiz fəaliyyətini şərtləndirirdi. Uşaq futbolundan, yarışlardan danışmağa dəyməzdi. Keçmiş sovetlərdən qalan, dağılmış, yaddan çıxmış mexanizm üzərində qalmışdı uşaq futbolu. Günün tələblərinə cavab verməyən kiçik turnirlərlə kifayətlənilirdi.

 

2005-ci ildə Dövlət Proqramının qəbulu ilə futbolun dirçəlməsi üçün mükəmməl imkanlar yaranmışdı. İnfrastrukturun yaradılması ilə futbolun digər təməl prinsiplərindən olan uşaq futbolunun da qapıları açılmışdı.

 

Assosiasiya yatmışdı. Köhnədən qalanlarla federasiyaya yeni gələnlərin heç bir proqramı yox idi. Bu barədə heç düşünülmürdü. Düşünənlər, yenə AFFA-dan kənarda qalmışdı. Futbol “başsız atlı” kimi öz axarına buraxılmışdı.

 

İllərimizi futbola həsr etsək də, uşaq futbolunu yenidən araşdırdıq. Dəhşətli mənzərə üzə çıxdı. Keyfiyyət bir tərəfə, nazirlik, idman idarələri xətti ilə 14 yaşdan başlayaraq birtəhər yarışlar keçirilirdi, şəraitdən danışmağa dəyməzdi. Komandalar forma, top üzünə həsrət qalmışdılar…

 

Yeniyetmə, keçid yaşına qədər nəzarətsiz qalan uşaq futbolunda “lipa”laşdırma tüğyan edirdi. Qeydiyyat yox, yoxlanış yox. Futbolun/idmanın içində olanlar yaxşı bilir, uşaqlar kişiləşmə dövrünə qədəm qoyanda, fərqli inkişaf mərhələsi keçirlər. Elə uşaq olur 13-14 yaşında iki-üç yaş böyük görünür, bığlarının yeri tərləyir, elələri də olur, əksinə, azyaşlı kimi qalırlar. Yarışların lazımı səviyyədə keçirilməməsini də əlavə etsək, yaşazaltma virusu futbolun iliyinə kimi işləmişdi. 2-3 yaş fərqinin  düzəldilməsi adi hal almışdı.

 

Kiçik yaş qruplarında bir yaşın belə əhəmiyyətli dərəcədə təsir etdiyini hər kəs bilir. Hətta eyni ildə – yanvar və dekabr aylarında dünyaya göz açanlar arasında belə fərq yaranır. Vaxtilə “avqustdan sonra” anlayışı buna görə tətbiq edilirdi.

 

Ölkədə uşaq futbolundakı durumu tam analiz etdikdən sonra yeni bir layihənin hazırlanması zərurəti yaranmışdı. Hər bir incəlik nəzərə alınmaqla yeni bir iş ortaya qoyulmalıydı. AFFA(dakılar) bunu etməyəcəkdi…

 

(davamı olacaq)

 

TAHİR SÜLEYMANOV,

xüsusi olaraq futbolinfo.az üçün

blank
blank

Arxiv

blank
Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

blank
Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

blank
Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

blank
Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

blank
Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

blank
Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

blank
Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

blank
Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

blank
Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

blank
Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

blank
Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

blank
Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

blank
Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

blank
Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

blank
Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

blank
Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

blank
Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

blank
Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

blank
Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

blank
Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

blank
Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

blank
Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

blank
Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

blank
Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

blank
Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

blank
Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

blank
Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

blank
Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

blank
Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

blank
Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

blank
Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

blank
Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

blank
Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

blank
Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

blank
Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

blank
Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

blank
Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

blank
Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

blank
Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

blank
Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

blank
Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

blank
Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

blank
Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

blank
Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

blank
Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

blank
Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

blank
Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

blank
Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

blank
Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm