Bizi izləyin

Ölkə futbolu

Yiyəsiz “Səbail”: “Neftçi”ylə oyuna son anda gələ biliblər

“Səbail”də vəziyyət ən kritik həddədi. Premyer Liqanın autsayderinin bu vəziyyətə düşməsinin əsas səbəbi elə klub rəhbərliyinin biganəliyidi.

Əslində, Bayıl təmsilçisinin rəhbəri yoxdu. Klub AFFA-dan, birbaşa icraçı vitse-prezident Elxan Məmmədov tərəfindən idarə olunur. Onun da idarəçilik bacarığı ümumi Azərbaycan futbolunun durumunda əks olunub. AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu Tamerlan Abdullayevin vaxtında normal vəziyyətdə olan klub onun postundan uzaqlaşdırlmasından sonra yiyəsiz qalıb.

Hazırda “Səbail”ə futbolla yaxından-uzaqdan əlaqəsi olmayan Fərəc Əliyev rəhbərlik edir. Daha doğrusu, Elxan Məmmədovun tapşırıqlarını icra edir, qərar vermək hüququ yoxdu, işi “baş üstə” deməkdən ibarətdi. Bu şəxsin AFFA-dan icazəsiz hətta bazada su kranını açıb əlini yumağa ixtiyarı yoxdu.

“Səbail”ə transfer qadağası qoyulub, 3 əcnəbi limiti yalnız hansısa milli komandanın oyunçusu heyətə cəlb olunduğu halda aşıla bilər. Komandaya yerli oyunçuları oynatmaq tapşırılıb, belə futbolçu isə tapılmır, yaxşılar daha imkanlı klublara gedir, pislər Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov kimi veteranlarla belə rəqabət aparmağı bacarmır. Nəticədə məğlubiyyətlər sıralanır, yetərsiz heyət sonuncu pilləyə enib.

Futbolçu potensialının yetərsizliyi “Səbail”in yeganə problemi deyil. Bayıldakı arenanın durumu hamıya məlumdu. İstifadə müddəti çoxdan bitmiş qazon zədə mənbəyidi. Bura gələn qonaqlar hər matçdan sonra şikayətlənir, “Səbail”lilər isə həm də həftə boyunca burada məşq etməyə məhkumdu. Əzələ yorğunluğu üzündən futbolçuların tez-tez sıradan çıxması təsadüfi sayılmamalıdı.

Bunlar azmış kimi, maliyyə problemləri futbolçuların motivasiyasına ciddi təsir edir. Aylarla maaş görməyən futbolçular narazılığını aşkar bildirdikdən sonra pula əl vura bilir. Bir ara 4 ay məvacib almayan oyunçular yenə eyni durumdadı. Artıq 2 aydı “dənizçilər”in maaşları verilmir. Premyer Liqada ən az büdcəsi olan komanda onunla eyni mənbədən maliyyələşən “Keşlə”nin niyə eyni vəziyyətdə olmamasına təəccüblənir. Hər iki kluba pul AFFA-dan gəlir, lakin beşqat artıq büdcəyə malik “Keşlə”də problem yoxdu, cəmi 1 xal geridə olan “Səbail” isə hər cür məhrumiyyətə məhkum edilib.

Bütün bu sadaladıqlarımız hardasa başadüşülən, müəyyən müddət ərzində yola verilməsi mümkün problemlərdi. Lakin son tur öncəsi yaşananlar Premyer Liqa klubu üçün utandırıcı mənzərə sayılmalıdı, qeyri-peşəkarlıq nümunəsidi. Çox güman ki, belə hal hətta Region Liqası klublarında da görünməyib.

Sizə qəribə gələ bilər, amma “Səbail”  “Neftçi” ilə Premyer Liqa matçına cəmi 25 dəqiqə qalarkən “Bakcell Arena”ya çata bilib. Adətən 2 saat öncədən matçın oynanıldığı məkana gəlməli olan komanda avtobus problemi üzündən şok yaşayıb.

“Səbail” Premyer Liqada nəqliyyat vasitəsi olmayan yeganə klubdu. Bayıllılar hər matç üçün avtobus kirayələyir. “Neftçi” ilə matçdan öncə isə kluba ayrılan avtobus son anda başqa sifariş dalınca gedib və futbolçular 1 saat ayaqüstə nəqliyyat vasitəsi gözləyib. Son anda yeni avtobus təşkil edilib, tıxacda “Bakcell Arena”ya çətinliklə çatan komanda hətta isinmə hərəkətlərini normal etmədən meydana çıxıblar.

Ölkə futbolunun vayına oturan Elxan Məmmədovun idarəetmə sistemi bax, belədir. Premyer Liqa klublarını həvəskar səviyyəyə endirib, indi də İcraiyyə Komitəsinin iclasında İsmayıllı, Qusar, Mingəçevir və Lənkəranın həvəskar klublarına SOCAR-dan maliyyə ayırtdıracaq. Dost-tanışına, qohum-əqrəbasına yedirtmək, bölgə futboluna dəstək verirmiş fonu yaratmaq üçün…

CAVAD

Dünya futbolu2022-01-25 01:01

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı

Dünya futbolu2022-01-24 22:32

Premyer Liqa klubu Ranyerini istefaya göndərdi

Ölkə futbolu2022-01-24 21:29

“Qəbələ”nin zədəlilərindən son xəbər

Ölkə futbolu2022-01-24 21:18

“Toplanışdan razı qaldım” – Elmar Baxşıyev

Ölkə futbolu2022-01-24 21:06

UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırdı

Ölkə futbolu2022-01-24 20:46

“Çatışmazlıqlar çoxdur” – Samir Abasov

Ölkə futbolu2022-01-24 20:00

“Neftçi”dən Polşa komandası üzərində qələbə – VİDEO

Ölkə futbolu2022-01-24 19:31

“Keşlə” Boyoviçlə vidalaşdığını təsdiqlədi

Digər2022-01-24 19:19

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-24 19:00

“Zirə”dən “Breqalniça” ilə heç-heçə

Ölkə futbolu2022-01-24 18:33

“Qəbələ” “Bohemians”a uduzdu

Ölkə futbolu2022-01-24 18:24

“Neftçi” Antalyadakı son sınağından qalib ayrıldı

Ölkə futbolu2022-01-24 17:29

“Keşlə” ilə “Səbail”dən heç-heçə

Ölkə futbolu2022-01-24 16:43

Boyoviç evə qayıdır: “Sənan Qurbanovun qərarları ilə razı olmasam da…”

Ölkə futbolu2022-01-24 16:21

“Neftçi” ilə əla müqavilə imzaladığımı düşünürəm” – Brkiç

Ölkə futbolu2022-01-24 15:54

“Qarabağ”ın rəqibi dəyişdi

Dünya futbolu2022-01-24 15:27

“Bayern” “Barselona”nın futbolçusunu istəyir

Dünya futbolu2022-01-24 14:38

Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

Ölkə futbolu2022-01-24 14:14

“Qarabağ” yenidən Respublika stadionunda oynayacaq

Ölkə futbolu2022-01-24 13:58

“Keşlə” legioneri ilə vidalaşdı

Ölkə futbolu2022-01-24 13:39

“Keşlə” sabah daha bir yoxlama oyunu keçirəcək

Ölkə futbolu2022-01-24 13:15

AFFA-nın növbəti Hesabat Konfransının gündəliyi açıqlandı

Dünya futbolu2022-01-24 12:57

“Napoli”dən Səudiyyə Ərəbistanı klubuna

Dünya futbolu2022-01-24 12:28

“Milan”da İbrahimoviç şoku

Milli komanda2022-01-24 11:59

Azərbaycan millisinə 25 futbolçu dəvət olundu

Dünya futbolu2022-01-24 11:26

Lionel Messidən antirekord

Dünya futbolu2022-01-24 11:01

Benzemaya bir gündə iki şok: həm zədələndi, həm qarət olundu

Milli komanda2022-01-24 10:44

“Hakimlər 2-3 həlledici məqamda səhv qərar verdilər”

Dünya futbolu2022-01-24 09:58

Ronaldoya yaraşmayan göstərici

Dünya futbolu2022-01-24 09:00

“Traktor”dan növbəti xal itkisi

Dünya futbolu2022-01-24 02:27

“Barselona”dan qələbə, “Real”dan xal itkisi

Dünya futbolu2022-01-24 02:09

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2022-01-24 01:48

PSJ-dən darmadağın

Dünya futbolu2022-01-24 01:01

Afrika Millətlər Kuboku: Burkina Faso və Tunis 1/4 finalda

Dünya futbolu2022-01-23 23:36

“Bayern”dən darmadağın

Dünya futbolu2022-01-23 23:09

“Çelsi” “Tottenhem”ə qalib gəldi

Dünya futbolu2022-01-23 22:33

“Qalatasaray” “Trabzonspor”a da uduzdu

Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Gündəm