Milli komanda
“Ən ədalətli nəticə bərabərlik idi”
“Son oyunlarda uğurlu seriyamız vardı. Qol buraxmadan ardıcıl qələbələr qazanırdıq. Bu oyunda uğurlu seriyanı davam etdirmək istəyirdik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Komandam xal qazanmaq üçün hər şey etdi. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Ən ədalətli nəticə bərabərlik idi. Təəssüf ki, ani diqqətsizlikdən 90+4-cü dəqiqədə qol buraxdıq. Əldə etdiyimiz qol imkanlarını dəyərləndirsəydik, hesab fərqli olacaqdı. Məğlub olmağımıza baxmayaraq, komandamın mübarizə əzmi, nümayiş etdirdiyi futbol, ortaya qoyduğu xarakter məni qane etdi”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”