Dünya futbolu
Ən gec vurulan qol, 13 sarı vərəqə

Dünya Çempionatı – 2022-nin ikinci ¼ final matçı xoş olmayan statistika ilə diqqət çəkdi. Niderland – Argentina görüşündə hakim 13 sarı vərəqə göstərdi ki, bu, ən pis 2-ci göstəricidir.
Futbolinfo.az xəbər verir ki, rekord 2002-ci ildə baş tutmuş Kamerun – Almaniya oyununda qeydə alınıb. Həmin matçda hakim 12 sarı, 2 qırmızı vərəqəyə ehtiyac duymuşdu.
Vaut Veqorstun göstəricisi isə yaxşı statistika sayıla bilər. Niderland millisinin üzvü komadasının tarixində oyuna sonradan girib dubl edən ilk futbolçu oldu. Onun ikinci qolu mundialların pley-off mərhələlərində ən gec vurulan qol kimi də tarixə düşdü. Hücumçu əsas vaxta əlavə olunan 11-ci dəqiqədə (100:30) fərqləndi.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi