Dünya futbolu
Ərəblər indi də “Çelsi”nin futbolçusunu istəyirlər

Səudiyyə Ərəbistanı klubları “Çelsi”nin müdafiəçisi Tiaqo Silva ilə maraqlanır.
Futbolinfo.az “Football.London”-a istinadən xəbər verir ki, hazırda 38 yaşlı futbolçunu heyətində görmək istəyən klubların adları açıqlanmır.
Onun “zadəganlar”la müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir. London təmsilçisində baş tutacaq məşqçi dəyişikliyindən sonra braziliyalının forma şansı qazanıb-qazanmayacağı bilinmir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ötən ilin dekabrında portuqaliyalı hücumçu Kriştiano Ronaldonu transfer edib. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Silva 2020-ci ilin avqustundan paytaxt klubunda forma geyinir. O, cari mövsümdə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”