Bizi izləyin

Ölkə futbolu

Əldən verilən tarixi şans: “Neftçi” daha yaxşı püşkü yalnız arzulaya bilərdi

blank
blank

“Neftçi” bu qədər uğurlu püşkü ancaq arzulaya bilərdi. Sıradan bir komanda olan “Aris”, tarixinin ən bərbad dönəmlərindən birini keçirən “Rapid” və keçilməsi mümkün rəqib olan “Vaduts”…

Konfrans Liqasına düşmək üçün çox əla imkan varkən, əvəzində nə baş verdi? “Aris” min əziyyətlə keçildi. Bu komandanı hər iki oyunda məğlub etmək lazım ikən təmsilçimiz Bakıda yalnız azarkeşlərin inanılmaz dəstəyi sayəsində işin öhdəsindən gəldi. Eyni ssenari “Rapid”lə görüşdə də yaşandı. Amma ev qələbəsi ümumi uğura kifayət etmədi. Son dəqiqələrdə buraxılan qol, fərqin azalması dünənki cavab görüşündə əhəmiyyətini göstərdi. Halbuki Avstriya təmsilçisi də keçilsəydi, pley-offdakı rəqib olan “Vaduts”u üstələmək daha rahat olacaqdı.

“Neftçi” şansını evdəki matçda əldən verdi. Səfərə 2:0 hesablı qələbəylə yollanmaq mümkün olsaydı, Vyanada ümumi uğuru təmin etmək olardı. O zaman “Rapid” daha riskli oynayacaq, müdafiəsində boşluqlar verəcəkdi. Lakin Bakıda son saniyələrdə vurduğu təsəlli qolu rəqibin işinə yaradı. Əsas vaxtda lazım olan qolu vurdular, əlavə vaxtda isə daha bir dəfə fərqləndilər.

Laurentsiu Regekampf pis məşqçi deyil, amma təcrübəsindən irəli gələn hiyləgərliyi daha çox inkişaf edib. Bakıda azarkeş dəstəyi sayəsində qazanılan qələbədən sonra fərqli danışan rumın, bu dəfə konkret oyunçuları hədəf aldı. Matçöncəsi mətbuat konfransında da məsələni futbolçuların həll etməli olduğunu, öz üzərinə düşəni etdiyini demişdi. Dünən yenə futbolçulara “yükləndi”, məsuliyyəti üzərinə götürmədi.

Tipik məşqçi hiyləsi, özünümüdafiə instinktidir. Sözlərində həqiqət də var, amma bu şəkildə danışmaq komandasıyla yumruq olması gərəkən məşqçiyə yaraşmır. Bu, daha çox öz yaxasını kənara çəkməyə, tənqid hədəfi olmamağa yönəlmiş addımdı.

“Neftçi” Vyanada komanda kimi çox pis oynadı. Rəqib məşqçi aparıcı futbolçularımızın gücünü qiymətləndirib onlara qarşı tədbirlər almışdı, Regekampf isə ilk matçı həmkarından pis analiz etmişdi, bu səbəbdən də dueli məğlub bitirdi. “Rapid” qolları lazımi dəqiqələrdə vurub, pley-offa yüksəldi. Halbuki “Neftçi” də əks-plan hazırlamalıydı.

Hələ ilk oyundan sonra “Neftçi”nin heyətinin yetərsiz olduğunu yazmışdıq, dünən bu, bir daha sübut olundu. Əvəzetməyə layiqli ehtiyat qüvvə olmadığından start “11-liy”inə güvənən Rege yalnız qoldan sonra nəyisə dəyişməyə çalışdı, meydana çıxanlar isə potensialına uyğun çıxış edib məğlubiyyətə əngəl ola bilmədi.

Məşqçi təyinatının, oyunçu transferlərinin yubandığını yayboyu yazarkən məhz bugünləri düşünürdük və haqlı idik. Uğursuzluqda məşqçi və futbolçular qədər rəhbərliyin də günahı var. Xüsusilə püşkün nəticələrinə nəzərə alsaq, “Neftçi”nin tarixi şansı qaçırdığını deməliyik. Bu qədər zəif “Rapid” bir də ələ düşməyəcək.

Regekampf rahatdı – “Aris”i keçdi, “Rapid”lə ev oyununda qələbəyə nail oldu və minimum vəzifəni yerinə yetirdi. Təyinatından ötən zamanı nəzərə alsaq, onu çox qınamaq olmur.  Rumın məşqçinin imtahanı ölkə çempionatında olacaq. O, yeni, daha güclü komanda qurmağa məcburdu. Elə bir komanda ki, gələn yay bəhanələrə ehtiyacı olmasın. Lakin bunun üçün heyət mütləq gücləndirilməlidi. İndiki komanda hətta başı Avropaya qarışacaq “Qarabağ”ın əvəzediciləriylə mübarizə aparmağa da yetərli deyil. Bəli, bir neçə yaxşı transfer edilib, amma komandada ciddi çatışmazlıqlar var, rəqabət yoxdu, bəzi mövqelərdə aşkar boşluqlar var.

AĞA

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm