Ölkə futbolu
Əliyar Ağayevə Yunanıstandan növbəti təyinat
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanda futbol matçına təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Yunanıstanın 2-ci Super Liqasının final oyununu idarə edəcək.
35 yaşlı baş hakim “Levadiakos” və “Veriya” komandaları arasındakı cavab matçında söz sahibi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qarşılaşma mayın 15-də keçiriləcək. “Veriya”nın meydanında baş tutan ilk oyunda “Levadiakos” 1:0 hesablı qələbə qazanıb. Qalib komanda Super Liqaya vəsiqə qazanacaq.
- Premyer-liqa2024-02-01 20:39
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”
- Dünya futbolu2024-02-01 15:47
Berdıyev lider komandanı “Sabah”a görə tərk edib?