Ölkə futbolu
Əliyar Ağayev “Panatinaikos”un oyununu idarə etdi
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı baş hakim “Panatinaikos” və “Aris” komandaları arasında çempionluq qrupunun 6-cı tur oyununda iş başında olub.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. “Panatinaikos”un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə “Aris”in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Qonaqların daha bir futbolçusuna sarı vərəqə göstərən Ağayev, meydan sahiblərinin heyətində də 4 oyunçuya rəsmi xəbərdarlıq edib.
Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik “Aris” isə 4-cü sıraya enib.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”