Dünya futbolu
Əliyev “Arsenal”ın qələbəsinə qolla töhfə verdi
Futbol üzrə Rusiya Birinci Liqasında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar-2” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Kamran bu matçın 55-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ilk qolunu da 65-ci dəqiqədə məhz Əliyev vurub.
“Arsenal” 18 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə