Dünya futbolu
Ən gənc və ən qoca qolçu – ikisi də Ronaldo
DÇ-2022-nin Portuqaliya – Qana matçı bir sıra maraqlı statistikalara səhnə oldu. Avropalıların 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmaya Bruno Fernandes də damğa vurdu.
Futbolinfo.az xəbər verir ki, Bruno mundiallar tarixində Portuqaliyanın bir oyunda iki məhsuldar ötürmə verən ikinci oyunçusu oldu. İlk dəfə bunu 1966-cı ildə Braziliya ilə oyunda Joze Torriş bacarmışdı.
Kriştianu Ronaldo isə təkcə ardıcıl 5 DÇ-də qol vuran yeganə portuqaliyalı olması ilə fərqlənmədi. O, eyni zamanda millisinin mundiallarda qol vuran ən gənc və ən qoca oyunçusu ünvanlarına birlikdə sahib çıxdı. İvitsa Oliç (Xorvatiya) və Mikael Laudrup (Danmarka) da bu uğuru bacarıb.