Dünya futbolu
1/4 finalda Madrid derbisi olacaq
İspaniya kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, bu mərhələdə Madrid derbisi baş tutacaq.
Bu raundun püşkatma mərasimində “Real”la “Atletiko” bir-birinə rəqib olub.
Digər iddialı komanda “Barselona” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. “Real” və “Barselona” oyunlarını öz meydanlarında keçirəcəklər. Bundan başqa, “Sevilya” “Osasuna”nın, “Atletik” də “Valensiya”nın qonağı olacaq.
Bir oyundan ibarət olacaq cütlüklərin qalibləri yarımfinala adlayacaqlar. 1/4 final mərhələsinin matçları 24-26 yanvar tarixlərində keçiriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi