I Liqa
1-ci divizionun qalibi müəyyənləşdi
Azərbaycan 1-ci divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Qaradağ Lökbatan” 22-ci turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.
Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.
Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.
- Premyer-liqa2024-02-11 15:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-12 09:19
“Qarabağ” üçün yeni liqa – ruslar təklif edir
- Premyer-liqa2024-02-11 22:04
“Bu qədər qol buraxırıqsa, demək, çatışmazlıqlar var” – Qurbanov
- Premyer-liqa2024-02-11 20:59
“Qarabağ”la “Sabah”dan məhsuldar heç-heçə