Dünya futbolu
114 illik rekorda şərik oldu
Futbol üzrə Şotlandiya çempionatında “Seltik”ə aid olan 114 illik rekord yenidən təkrarlanıb.
Futbolinfo.az xəbər verir ki, buna sözügedən klubun əzəli rəqibi “Reyncers” nail olub.
“Reyncers” Şotlandiya çempionatının yeni mövsümündə 6-cı tur çərçivəsində səfərdə “Hamilton”a 2:0 hesabıyla qalib gəlib. Bununla da sözügedən komanda mövsümün startındakı ardıcıl altıncı oyununda qapısını toxunulmaz saxlamağı bacarıb. Rəqib qapılarından 11 top keçirən “Reyncers” qol buraxmayıb. Bu isə “Seltik”in 1906-cı ildə imza atdığı rekordun təkrarıdır. Sözügedən komanda növbəti turda da qapısını toxunulmaz saxlaya bilsə, yeni rekord müəyyənləşdirmiş olacaq.
6 turdan sonra 16 xala malik “Reyncers” Şotlandiya çempionatının lideridir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu