Ölkə futbolu
"Neftçi"nin yoxlama matçının saatı bəlli oldu
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi&…
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" təlim-məşq toplanışını Türkiyədə davam etdirir. Futbolinfo.az xəbər verir ki, Bolu şəhərində hazırlaşan bakılılar bu gün növbəti yoxlama görüşünü keçirəcək.
Paytaxt klubu Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubunu sınağa çəkəcək. Artıq matçın başlama saatı da bəlli olub. Əldə etdiyimiz məlumata görə ərəblərlə oyun Bakı vaxtı ilə 18:30-da start götürəcək.
Qeyd edək ki, paytaxt klubu buna qədər Türkiyədə 2 yoxlama görüşü keçirib. Flaqman hər iki matçda Gürcüstanın “Çixura” klubu ilə qarşılaşıb. İlk matçda 2:3 hesabıyla uduzan "ağ-qaralar" növbəti oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”