Dünya futbolu
Çezare Prandelli: “Ona görə ayrıldım ki…”
İtaliya millisinin çalışdırıcı Çezare Prandelli Ur…
İtaliya millisinin çalışdırıcı Çezare Prandelli Uruqvayla oyundan sonra verdiyi istefa qərarını izah edib. Futbolinfo.az xəbər verir ki, o, ədalətsizliyə dözümü olmadığını dilə gətirib:
"Oyundan sonra mən futbol federasiyasının prezidentilə danışdım və uğursuzluğun səbəbkarının mən olduğumu başa düşdüm. Nə vaxt ki, komanda lazımi nəticələr qazanmır, bu, məşqçinin səhvi olur. Biz müqavilə yeniləyəndə italyan futbolunun problemlərini aradan qaldırmağı qarşımıza məqsəd qoymuşduq. Ancaq bilmirəm nə baş verdi ki, biz ölkənin pulunu oğurlamağa çalışan siyasətçilər kimi qələmə verildik. Heç vaxt heç kimsədən nəsə oğurlamamışam. Həmişə vergimi ödəmişəm və başı yuxarı gəzmişəm. Mənə böhtan atılmasını istəmirəm".