Ölkə futbolu
"Simurq" üçün "Zarya"
Son mövsümü 7-ci pillədə tamamlayan "Simurq"…
Son mövsümü 7-ci pillədə tamamlayan "Simurq" iyunun 27-dən növbəti çempionatın hazırlıqlarına start verəcək. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu iyunun 26-da Bakıdan birbaşa reyslə Vyanaya yola düşəcək.
Zaqatalalılar buradan avtobusla Sloveniyaya keçəcək. "Sarı-qaralar" hazırlığın ilk mərhələsini burada keçdikdən sonra iyulun 17-də Avstriyada təlim-məşq toplanışın ikinci mərhələsinə start verəcək.
Buna qədər komanda Sloveniyada 4 yoxlama matçı keçirəcək. Georgi Çixradzenin yetirmələri ilk olaraq Ukraynanın "Zarya" klubu ilə qarşılaşacaq. Bu barədə "Zarya"nın rəsmi saytı məlumat yayıb. Matç iyunun 30-da baş tutacaq. Bundan başqa zaqatalalılar iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşləri keçirməyi planlaşdırır.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq