Ölkə futbolu
Kyellini Suaresi “alçaq” adlandırdı
İtaliya yığmasının müdafiəçisi Corcio Kyellini Uruqv…
İtaliya yığmasının müdafiəçisi Corcio Kyellini Uruqvaya məğlub olaraq DÇ-2014-dən uzaqlaşdıqları matç haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, komandalarının pley-offa layiq olduğunu qeyd edib:
"Bu, biabırçılıqdı. Nəticəni hakimlər müəyyənləşdirdilər. Markizionun qovulması və Suaresin cəzasız qalması nəticəyə təsir göstərdi. İlk hissədə də hakim epizodları fərqli şəkildə qiymətləndirirdi. Tam heyətlə olanda oyuna nəzarət edirdik. Uruqvayın heç bir imkanı yox idi. Qırmızı vərəqədən sonra isə hər şey çətinləşdi. Suares əsl alçaqdı. Cəzadan da qaça bildi. Hakim dişləmənin yerini gördü, amma heç nə etmədi”.
FİFA Luis Suareslə Corcio Kyellini arasında baş verən insidentə baxacağını açıqlayıb. Qurum insidenti araşdırarkən televiziya görüntülərindən də yararlanacağını bildirib.