Ölkə futbolu
"Neftçi"nin yeni kapitanı bəlli oldu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını dava…
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda yeni mövsümdə “Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub.
Müzakirələrdən sonra artıq 5-ci mövsümdü ki, flaqmanın heyətində çıxış edən braziliyalı Flavinyo komandanın kapitanı seçilib. Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq. (klub saytı)