Ölkə futbolu
"Qəbələ" daha bir oyunçu ilə yollarını ayırdı
"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayı…
"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, Rail Məlikovun ardından daha bir yerli futbolçu komandadan göndərilib.
Klubdan əldə etdiyimiz məlumata görə yarımmüdafiəçi Nuran Qurbanov "Qəbələ" ilə qarşılıqlı şəkildə müqaviləsini pozub.
Qeyd edək ki, "Qəbələ" bu yay Qurbanovla yanaşı, Yannik Kamanan, Omar Kalabane, Rodriqes Assis, Nikola Valentiç, Marat İzmaylov, Dieqo Kosta, David Petrkeviç, Elmar Baxşiyev , Abdulvahid Afolabi, Lorentso Ebesilio, İbrahima Niasse, Tərzin Cahangirov, Amit Quluzadə, Davron Erqaşev, Leonardo da Silva, Rail Məlikov və Daniel Subotiçlə də yollarını ayırıb.