Digər idman növləri
132 000 azarkeşin dəstəyi yetərli olmadı

Finalda Hindistanı məğlub edən Avstraliya millisi kriket üzrə dünya çempionu olub.
Final görüşü Hindistanın Əhmədabad şəhərində baş tutub. Qarşılaşmanı 132 min azarkeş izləyib. Görüş 241:240 hesabı ilə yekunlaşıb. Qalib komandanın kapitanına kuboku Avstraliyanin Baş nazirinin müavini Riçard Marles və Hindistanın Baş naziri Narendra Modi təqdim edib.
Növbəti çempionat 2027-ci ildə Namibiya, CAR və Zimbabvedə keçiriləcək.
Hindistan 2 dəfə kubokun sahibi olub. Avstraliyanın isə 6 çempionluğu var. 2019-cu ildə keçirilən son turnirin qalibi isə İngiltərə millisi olmuşdu. Onlardan başqa Pakistan, Şri-Lanka və Qərbi-Hindistanın kuboku qazandığını qeyd etmək lazımdır.
