Ölkə futbolu
"Qəbələ" "Herenven"ə məğlub oldu
Yeni mövsümə Hollandiyada hazırlaşan "Qəbələ&…
Yeni mövsümə Hollandiyada hazırlaşan "Qəbələ" sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu – dördüncü yoxlama matçını keçirib. Futbolinfo.az xəbər verir ki, Dorinel Muntyanu yetirmələrinin gücünü bu dəfə Hollandiyanın "Herenveen" klubu ilə oyunda sınayıb.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Qəbələ" Hollandiyadakı ilk sınaq matçında yerli "Arnem"ə 4:0 hesabıyla qalib gəlmiş, arından "AZ Alkmaar"a məğlub olmuşdu – 0:2. Türkiyənin "Konyaspor" klubu ilə qarşılaşmada isə 2:0 hesablı qələbə qeydə alınmışdı.
Yoxlama oyunu
26 iyul
Qəbələ – Herenven – 0:1 (0:0)
Qol: Van der Berq, 48 (0:1).
"Qəbələ" oyuna bu heyətlə çıxıb: Anar Nəzirov, Nizami Hacıyev, Viktor Mendi, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Tağızadə, Markinyos, Adrian Ropotan, Pavol Farkaş, Ürfan Abbasov, Aleksandru Benqa.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”