Ölkə futbolu
"Qarabağ" üçün qara bazar (VİDEO)
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionla…
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"nu 2:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmanı canlı izləmək azarkeşlərə bir o qədər də asan başa gəlməyib.
Belə ki, hər zaman olduğu kimi bu dəfə də biletlərin satışına nəzarət olmadı. Qara bazarda çalışanlar biletləri kassadan ucuz qiymətə alıb, 3-4 qat baha qiymətə satdılar. Bu cür biabırçılıq biletlər satışa çıxarılan tarixdən oyunun başlama saatına qədər davam edib. Elə ötən gün baş tutan belə bir biabırçılığın videosunu təqdim edirik: