Dünya futbolu
Kuadradonun meneceri “Barselona”nı təsdiqlədi
"Fiorentina"nın yarımmüdafiəçisi Xuan Kuadrad…
"Fiorentina"nın yarımmüdafiəçisi Xuan Kuadradonun meneceri Alessandro Lucci "Barselona"yla danışıqlar apardıqlarını təsdiqləyib. Futbolinfo.az xəbər verir ki, o, bununla yanaşı başqa klublarla da təmasda olduqlarını deyib:
"Digər klublarla olduğu kimi "Barselona"yla da bir neçə müddətdi ki, təmasdayıq. Müxtəlif təkliflər aldığımız demişdim. Ancaq "Barselona" da daxil olmaqla heç bir klubla rəsmi görüşlər olmayıb. "Fiorentina" rəhbər liyilə professional şəkildə əlaqələrimiz var. Gələcəkdə ciddi təkliflər olanda ilk olaraq məhz rəhbərliklə danışacağıq. Həm klubun, həm də bizim xeyrimizə olan qərar vermək istəyirik".
Kuadradonun "bənövşəyilər"lə 2017-ci ilə qədər müqaviləsi var.