Bizi izləyin

Ölkə futbolu

Reynaldonun TELİnə QURBAN!

Malta "Valletta"sını həm səfərdə (1:0), həm də evdə…

blank
Malta "Valletta"sını həm səfərdə (1:0), həm də evdə məğlub edən (4:0) "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində işi çətin görünürdü. Çünki püşkatma Avstriya çempionu, "Barselona" və "Bavariya" kimi dünya nəhənglərini devirən "Zalsburq"u Ağdam klubu ilə üz-üzə qoymuşdu. Çoxu "atlılar"ın "buğalar" qarşısında şansının yüksək olmadığını bildirirdi. Elə dünyanın məhşur bukmeker kontorları da təmsilçimizin evində oynamasına baxmayaraq, "Qarabağ"a hörmətsiz yanaşmışdı. Ancaq baş tutan qarşılaşmanın sonunda məlum oldu ki, Qurban Qurbanovun "atlılar"ı "buğalar"ı "cütə qoşmağı" bacardı.
 
Tofiq Bəhramov adına Respublika stadionuna toplaşmış 32 min azarkeş "Qarabağ"ın 2:1 hesablı qələbəsinin şahidi oldu. Matçın başlanğıcında, 2-ci dəqiqədə Danilo Diasın vurduğu qol rəqibdə şok effekti yaratdı. Bakıya "Red Bull" içib qanadlanaraq gələn komandanın Ağdam çaxırının təsirindən başı gicəlləndi. Ötən mövsümdə Premyer Liqada qol kralı olmuş Reynaldo bunun heç də təsadüf olmadığını dünənki oyunu ilə bir daha sübut etdi. Fərdi ustalığı hesabına rəqib futbolçularının başını gicəlləndirən, meydan boyu 3-4 oyunçunu onun dalınca qaçmağa, onları sözün əsl mənasında dolayaraq sarı və qırmızı vərəqə almağa məcbur edən sambaçı möhtəşəm gecənin ən yaxşısı idi. Və biz hələ də düşünürük: Reynaldonun Azərbaycanda nə işi var axı?
 
Azərbaycan futboluna və "Qarabağ"a Allahın bir lütfü olan Reynaldonun vurduğu qoldan sonra aldığı qırmızı vərəqənin səbəbi isə tamam başqadı: Qarşılaşmanın baş hakimi Sergey Boyko onun sürətinə çata bilmədiyi üçün, matça bütün diqqəti ilə köklənə bilmirdi. Ukraynalı referi təngnəfəs olmuşdu. Meydanın hər tərəfində braziliyalıya yaşıl işıq yanırdı. Ukraynalı referi də onu ancaq "qırmızıda" durdura biləcəyini anladı və bu yolu seçdi.
 
Bundan başqa qarşılaşmanın hakimi Admir Teliyə matçın ilk hissəsində sarını göstərərək, "hazıraş" demişdi. Albaniyalı müdafiəçi isə day-dayı olan cavanlar kimi uşaq səhvi edərək, Boykoya "məni cəzalandır" dedi. Onun ikinci sarıdan sonra meydandan qovulması Qurban Qurbanovun oyun planlarını alt-üst etdi. Əks halda Qurbanov rəqibin azlıqda qalmasından istifadə edib, yetirmələrini növbəti qola səsləyəcəkdi. Admirin qırmızı vərəqə almasına görə gənc çalışdırıcı ikinci hissədə daha çox müdafiəyə önəm verdi. O, Qara Qarayevin yerinə meydana İlqar Qurbanovu buraxdı. O, müdafiədə güclü oyun sərgiləməsə də, matçın sonlarında möhtəşəm reydi sayəsində Reynaldoya qol ötürməsini verərək, ötən illərdən qalan asistlik bacarığını və hansı mövqedə oynamağa layiq olduğunu nümayiş etdirdi.
 
Matçın ən yaxşılarından biri də bosniyalı qapıçı İbrahim Şehiç idi. Təcrübəli qapıçının ara-sıra özünəinam nümayiş etdirərək, topla sərbəst davranması stadiona toplaşanların ürəyini ağzına gətirsə də, bunu daha çox komanda yoldaşlarına əlavə ruh yüksəkliyi vermək üçün atılan addım hesab etmək olardı. Rəqibin dəfələrlə fərqlənməsinə imkan verməyən Şehiç uzun illərdən sonra "Qarabağ"ın transfer etdiyi ən yaxşı qapıçı olduğunu sübut etdi.
 
Dünən gecə meydanda ağıllını dəli, dəlini isə ağıllı edən bir "Qarabağ" var idi. ÇL-in üçüncü təsnifat mərhələsində hələ ki, qələbə qazanan yeganə komanda olan "atlılar" və onun azarkeşləri üçün bu qələbə çox vacib idi. Düzdü, cavab qarşılaşmasında təmsilçimizi həddindən artıq çətin oyun gözləyir. Qurbanovun yetirmələri səfərdən məğlub da qayıda bilər. Sözsüz ki, Admir Telinin, xüsusən də Reynaldonun yoxluğu komandaya baha başa gələcək. Yox əgər təmsilçimiz növbəti mərhələyə adlasa, dünənki oyunda alınan qırmızı vərəqələr Reynaldonun TELİnə QURBAN!
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm