Ölkə futbolu
Yağış "Simurq"u "Fulhem" ilə oynamaqdan məhrum etdi
"Simurq"un növbəti yoxlama matçı baş tutmayı…
"Simurq"un növbəti yoxlama matçı baş tutmayıb. Futbolinfo.az xəbər verir ki, buna hava şəraiti mane olub.
Avstriyada təlim-məşq toplanışını davam etdirən Zaqatala təmsilçisi dünən İngiltərənin "Fulhem" komandası ilə matçda öz qüvvəsini sınamalı idi. Ancaq havanın yağmurlu olması İngiltərə Premyer Liqasını son mövsümdə tərk etmiş komanda ilə oyunun baş tutmasına mane olub.
Xatırladaq ki, "sarı-qaralar" ilk yoxlama matçında İsrailin "Makkabi" klubuna 0:2 hesabı ilə uduzub. Georgi Çixradzenin yetirmələri daha sonra Albaniyanın "Teuta" komandası ilə oyundan meydandan qolsuz heç-heçə ilə ayrılmışdı. Son qarşılaşmasında isə zaqatalalılar Rusiyanın "Amkar"ı qarşısında aciz qalmışdı – 1:4.