Bizi izləyin

Müsahibə

Xəqani Məmmədov: "Qarabağ"ın UEFA-ya şikayət etməsi mənasızdı"

AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun futbolinfo.az …

blank
AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
– Polşada təşkil olunmuş təlim-məşq toplanışınız necə keçdi?
– Hazırlığımız çox yaxşı keçdi. Proqram üzrə nə planlaşdırmışdıqsa, onu da həyata keçirə bildik. Hazırlığın gedişindən razıyam.
 
– Qışda Antaliyaya, bu dəfə isə Polşya üz tutdunuz. Bu iki təlim-məşq arasında nə kimi fərqlər oldu?
– Antalyada yaz havası olduğu üçün bütün Avropa ora axışır. Yayda isə Avropa sərin olur. Biz də Polşanı seçdik. Bizim üçün ideal şərait yaradılmışdı. İstər meydan, istərsə də konfrans üçün zallar, yemək və digər məsələlər yüksək səviyyədə idi. Yayda Bakıda heç bir klub qalmır. Əsas odu ki, orada oyunları da idarə edirik. Hakim yaranan fasilədə mütləq oyun idarə etməlidi.
 
– Qışdakı təlim-məşq toplanışında hakimlərimiz Antalyada çox oyun idarə etmişdi. Ancaq bu dəfə Polşada fərqli olub. Hakimlərin oyunlara az təyinat almasının səbəbi nə oldu?
– Yayda hər zaman oyun az olur. Biz təşkilarçılarla müqavilə imzalayanda minimum 12 oyun tələb edirik. Yayda komandalar müxtəlif ölkələrə üz tutduğundan oyun az olur. Elə komandalar da var ki, hazırlığı öz ölkəsində keçir. Biz 14 oyun idarə etdik. 4-5 oyun isə leysan yağdığına görə baş tutmadı.
 
– 14 oyunu hakimlər arasında necə bölüşdürə bildiniz?
– Bizdə 19 referi var idi. Həmin oyunlarda təcrübəli hakimlərə həvalə etmədik. Əsasən gənc və avrokuboklara hazırlaşan hakimlərə üstünlük verdik. Əlyar Ağayev və Anar Salmanov səviyyəli komandaların oyunlarını idarə etdi.
 
– Hansı hakimlərin idarəçiliyindən narazı qaldınız?
– Fiziki və nəzəri hazırlıq baxımından heç birindən narazı qalmadım. Yalnız iki nəfər fiziki hazırlıq üzrə testlərin öhdəsindən gələ bilmədi. Bunlar da zədə ilə bağlıdı. Elvin Əsgərovla Ramil Diniyevə bir daha şans verəcəyik.
 
– Ramil Əhmədov, Vüsal Əliyev və Rauf Cabbarov Polşadakı təlim-məşq toplanışına aparılmadı. Onların hazırlıqdan kənar qalması çempionatdakı çıxışına təsir etməyəcək?
– Qətiyyən! Çünki onlar da nəzəriyyə və fiziki hazırlıqdan test imtahanı verəcəklər. Onlar imtahanı verdikdən sonra Premyer Liqa oyunlarını idarə edə biləcəklər. Burada problemli bir şey yoxdu. Düzdü, toplanışda olsaydılar, daha yaxşı olardı. Ancaq fərdi olaraq Bakıda hazırlaşıblar. Vüsal Əliyev anasını İrana həkimə aparmışdı. Rauf Cabbarov gözləyir, ola bilsin ki, uzun müddətli oxumağa getsin. Ramil Əhmədov da ola bilsin ki, təhsilini artırmağa yollansın.
 
– Rauf Cabbarov təhsil almağa getsə, hakimliklə birdəfəlik vidalaşacaq?
– Rauf Cabbarovun təhsil müddəti 8-9 aydı. Qayıdandan sonra işini davam etdirəcək. Hər halda peşakar işi ilə bağlı perepektivli iş olduğundan düz edir. Əgər alınsa, yaxşı şeydi.
 
– İki işi bir arda görmək çətin olmayacaq?
– İş burasındadı ki, heç bir hakim peşəkar hakim deyil. Hər birinin öz iş yeri var. Misal üçün Fariz Yusifov Polis Akademiyasında, Ramil Əhmədov AZAL-da çalışır. Hakimlik ictimai əsaslarladı. Biz nə zaman peşəkar əsaslara keçsək, onlar bizim nəzarətimizdə olacaq. Ancaq belə təyinat aldığı oyundan imtina edə bilər. Heç biri hakim kimi peşəkar deyil. Bir çox dünya ölkələrində belədi. 5-6 ölkə var ki, yalnız orada sırf hakimliklə məşğul olurlar.
 
– Gözləmək olarmı ki, Polşaya aparılmayan üç hakim Premyer Liqanın ilk turlarına təyinat almasın?
– Hər şey ola bilər. Biz daha çox gözümüzün qarşısında olanlara şans verəcəyik. Normativlərdən, imtahanlardan sonra buradakı hakimlər də təyinat alacaqlar.
 
– "Qarabağ" – "Zalsburq" matçına baxdız?
– Baxdım.
 
– Hakimin idarəçiliyini necə qiymətləndirirsiz?
– Normal.
 
– Bəs qırmızı vərəqələrə necə şərh verərdiz?
– Olar, mən buna şərh verməyim?
 
– Hakimlər Komitəsinin sədri kimi sizin fikriniz hər kəsə maraqlıdı…
– Bunu mətbuat üçün yox, sizin üçün deyə bilərəm.
 
– Bu, hər kəs üçün maraqlıdı. Misal üçün Reynaldoya verilən qırmızı vərəqə şübhəli görünür…
– Sizin və mənim üçün şübhəli görünə bilər. Ancaq hakim üçün şübhəli deyil. Çünki hakim epizoda daha yaxın idi. "Qarabağ" səhv etmirəmsə UEFA-ya şikayət edəcək. O da mənasız bir şeydi. UEFA bir halda qırmızı ləğv edə bilər. O da qaydanı pozana yox, başqa birisinə qırmızı vərəqə göstərildiyi halda. Ancaq UEFA bunu dəyişməyəcək. Boş şeydi.
 
– Hakimlik dövrünüzdə belə bir epizodla qarşılaşsaydız, Reynaldoya qırmızı vərəqə verərdiz?
– Siz də, mən də epizodu uzaqdan görmüşük. Biz həmin epizodda nə baş verdiyini bilə bilmərik. Hakim epizodu 8-10 metr yaxınlıqdan görür və protokola Reynaldonun rəqibə dirsəklə zərbə vurduğunu yazıb. Yəni havada top uğurunda mübarizədən sonra yerə enəndə rəqibə dirsək zərbəsi vurub. Ancaq biz onu dəqiq görməmişik.
 
– Yenə də hakim səhv edə bilər fikrinizdə qalırsız?
– Hakim istənilən oyunda səhv edə bilər. Səhvsiz hakim yoxdu. Nə qədər futbol var, bu, belə də olacaq. Məsələn, Suaresin rəqibini dişləməsi. Ümumiyyətlə, futbolda, qaydalarda belə bir şey yoxdu. Harada yazılıb ki, futbolçu rəqibini dişləsin? Ancaq bunu aqressiv hərəkət kimi qeyd edib, qırmızı vərəqə göstərilir.
 
– FİFA-nın son dünya çempionatında tədbiq etdiyi qərarlardan hansı birini Aazərbaycan çempionatında istifadə edəcəksiz?
– Biz artıq neçə vaxtdı bununla məşğuluq. Bu məsələnin reallaşmasının geci-tezi var. Yalandan durum deyim ki, ilk turdan tədbiq edəcəyik, yox düz olmaz. Biz spreydən istifadə etmək istəyirik. Bəzi şirkətlərlə də yazışmalar gedir. O, çox yaxşı eksperementdi. Ondan mütləq istifadə etmək lazımdı.
 
– Ötən mövsümün son turunda, "Rəvan" – "Bakı" oyununda  Rəşad Əhmədov dördüncü hakim kimi təyinat almışdı. Növbəti mövsümdə Əhmədovu əsas hakim kimi görə biləcəyik?
– Onun Premyer Liqa oyunlarına təyinatı ilə bağlı hələ fikirləşməmişik. Ancaq birinci divizion və əvəzedicilərin çempionatında baş hakim kimi çıxış edir. Ola bilsin ki, onu da nə vaxtsa elitaya cəlb edək. Gənc və perespektivli hakimlərimizdən biridi.
 
– 2014/15 mövsümündə yeni simalar görə biləcəyik?
– Ötən mövsümü kimlərlə başa vurmuşuqsa, qarşıdakı çempionatda da onlarla davam edəcəyik. Ancaq ola bilsin ki, çempionatın gedişində 2-3 hakim debüt etsin. Adlarını açıqlamaq istəmirəm.
 
– Yenə turun əsas oyunlarını Əliyar Ağayevlə Rəhim Həsənova həvalə edəcəksiz?
– Mən belə hesab edirəm ki, bütün hakimlərimiz əla formadadı.
 
EMİN SƏFƏROV
Reklam

Reklam

Reklam


Ölkə futbolu2022-12-09 23:57

Tite qovuldu

blank
Dünya futbolu2022-12-09 23:45

DÇ-2022: Argentina Niderlanda qalib gəlir – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-09 23:25

“Real” transfer dəftərini bağladı – yaya kimi

blank
I Divizion2022-12-09 23:07

Gənclərə örnək olan qəhrəman müdafiəçi – VİDEO

blank
Dünya futbolu2022-12-09 22:50

Bastoni “Tottenhem”ə getmədiyi üçün peşman deyil

blank
Dünya futbolu2022-12-09 22:35

Livakoviçdən 120 dəqiqəyə 11 qurtarış

blank
Dünya futbolu2022-12-09 22:26

DÇ-2022: Pelenin rekorduna şərik oldu – 60 il sonra

blank
Dünya futbolu2022-12-09 22:19

Braziliya 6 oyundur avropalıları uda bilmir, xorvatlar isə

blank
Layihə2022-12-09 20:32

Naxçıvan futbolunun ciddi problemləri: vəziyyəti dəyişmək mümkündürmü?

blank
Ölkə kuboku2022-12-09 20:28

“Səbail” – “Sabah” matçında 5 qol – VİDEO

blank
Dünya futbolu2022-12-09 20:17

Joao Feliks: “İndi transfer barədə danışmağın zamanı deyil”

blank
Ölkə kuboku2022-12-09 20:03

“Bu mövsümkü ən yaxşı oyunumuz idi” – Mahmud Qurbanov

blank
Dünya futbolu2022-12-09 19:53

Dalota yeni müqavilə təklifi

blank
Ölkə kuboku2022-12-09 19:45

Murad Musayev: “Səbail”ə qarşı oynamaq çətindir”

blank
Ölkə futbolu2022-12-09 19:17

İsnik Alimi: “Qarabağ”la oyunda belə nəticəni özümüz də gözləmirdik”

blank
Ölkə futbolu2022-12-09 19:10

Adil Şükürov: “Maliyyə ilə bağlı problemlər mövcuddur”

blank
Ölkə kuboku2022-12-09 19:02

“Kəpəz” evdə, “Sabah” səfərdə uduzdu

blank
Digər2022-12-09 18:32

“Media savadlılığı” konfransı keçirildi

blank
Digər idman növləri2022-12-09 18:26

Azərbaycanlı gimnast Rusiyada “qızıl” qazandı

blank
Ölkə kuboku2022-12-09 17:43

“Turu keçməyə çalışacağıq” – Ayxan Abbasov

blank
Ölkə kuboku2022-12-09 17:23

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə kuboku2022-12-09 17:03

Tərlan Əhmədov: “Kəpəz”də yeni nəfəs olmalıdır”

blank
Ölkə futbolu2022-12-09 16:44

UEFA-dan Azərbaycan klubları üçün ödəniş

blank
Ölkə futbolu2022-12-09 16:25

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2022-12-09 16:03

“Səbail”dən kapitana simvolik hədiyyə

blank
Ölkə futbolu2022-12-09 15:44

Anatoli Banişevskinin xatirəsi yad olundu

blank
Dünya futbolu2022-12-09 15:33

“Zirə”nin legioneri: “Kimliyimizi tapmışıq”

blank
I Divizion2022-12-09 15:21

Divizion klubları polisə, təcili yardıma və xərəkdaşıyanlara görə cərimələndi

blank
Premyer-liqa2022-12-09 15:05

Azarkeşləri “Qarabağ”la “Neftçi”ni ziyana saldı

blank
Dünya futbolu2022-12-09 14:46

DÇ-2022: Braziliya millisinin zədəli futbolçusu sıraya döndü

blank
Ölkə kuboku2022-12-09 20:28

“Səbail” – “Sabah” matçında 5 qol – VİDEO

blank
Ölkə kuboku2022-12-09 17:23

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-08 23:40

“Qarabağ” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Ölkə kuboku2022-12-08 20:39

“Neftçi” “Zirə”yə ilk oyunda məğlub oldu – VİDEO

blank
Dünya futbolu2022-12-06 14:16

Eto Qətərdə azarkeşi döydü – VİDEO

blank
Digər idman növləri2022-12-06 13:46

Həsənov Ermənistan karateçisinə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2022-12-05 13:42

Azərbaycan derbisi PFL-in obyektivində – VİDEO

blank
Ölkə futbolu2022-12-05 12:26

“Karvan”ın növbəti qələbəsi – VİDEO

blank
Premyer-liqa2022-12-04 20:13

“Zirə” “Turan Tovuz”u belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2022-12-04 19:54

“Nəticə istədiyimiz kimi oldu” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-12-04 18:05

Samir Abasov: “Ofisdə gördüyümüz işlər meydançadakını ötüb keçib” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:35

Tərlan Əhmədov: “Hərdən enməlisən ki, qalxa biləsən” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:18

“Kəpəz” “Sumqayıt”da doğma meydanda uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 20:15

“Şamaxı” “Sabah”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-12-03 17:16

“Səbail” “Qəbələ”yə də uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

Facebook

Gündəm