Ölkə futbolu
Avropa Liqasında üçüncü təsnifat mərhələsi: ilk oyunların bütün nəticələri
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhə…
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə keçirilmiş "Neftçi" – "Çixura" matçı ilə yanaşı daha 28 qarşılaşma baş tutub.
Bu turnirdə çıxışını davam etdirən yeganə təmsilçimiz Gürcüstan klubu ilə ev oyununda sülhə razılaşdı.
"İnter"i ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış İsveç "Elfsborq"u İslandiya "Hafnarfyordur"u ilə ilk oyunda darmadağınla qalib gəlib.
Türkiyə "Karabükspor"u Norveçin "Rusenburq" komandası ilə qarşılaşmadan "Neftçi" kimi, qolsuz heç-heçə ilə ayrılıb.
Bütün nəticələrlə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyunlar)
31 iyul
Şaxtyor (Qazaxıstan) – Hayduk (Xorvatiya) – 4:2
Astana (Qazaxıstan) – AİK (İsveç) – 1:1
Neftçi (Azərbaycan) – Çixura (Gürcüstan) – 0:0
Elfsborq (İsveç) – Hafnarfyordur (İslandiya) – 4:1
Astra (Rumıniya) – Slovan (Çexiya) – 3:0
Rux (Polşa) – Esbyerq (Danimarka) – 0:0
Dinamo (Moskva, Rusiya) – Hapoel (Kiryat-Şmona-İsrail) – 1:1
Omoniya (Kipr) – Metallurq (Makedoniya) – 3:0
Brommapoykarna (İsveç) – Torino (İtaliya) – 0:3
PSV (Hollandiya) – Pölten (Avstriya) – 1:0
Karabükspor (Türkiyə) – Rusenburq (Norveç) – 0:0
Mlada Boleslav (Çexiya) – Olimpik (Lion, Fransa) – 1:4
Trençin (Slovakiya) – Hall Siti (İngiltərə) – 0:0
Göteborq (İsveç) – Rio Ave (Portuqaliya) – 0:1
Dinamo (Minsk, Belarus) – ÇFR Kluj (Rumıniya) – 1:0
Zarya (Ukrayna) – Molde (Norveç) – 1:1
Yanq Boyz (İsveçrə) – Ermis (Kipr) – 1:0
Petrolul (Rumıniya) – Viktoriya (Çexiya) – 1:1
Vikinqur (Farer adaları) – Riyeka (Xorvatiya) – 1:5
Sulte-Varegem (Belçika) – Şaxtyor (Belarus) – 2:5
Split (Xorvatiya) – Çernomorets (Ukrayna) – 2:0
Styarnan (İslandiya) – Lex (Polşa) – 1:0
Maynts (Almaniya) – Asteras (Yunanıstan) – 1:0
Diosqyor (Macarsıtan) – Krasnodar (Rusiya) – 1:5
Brügge (Belçika) – Brondbü (Danimarka) – 3:0
Sarayevo (Bosniya və Herseqovina) – Atromitos (Yunanıstan) – 1:2
Real Sosyedad (İspaniya) – Aberdin (Şotlandiya) – 2:0
Sent Conston (Şotlandiya) – Spartak (Slovakiya) – 1:2
Qrödiq (Avstriya) – Zimbru (Moldova) – 1:2
Qeyd edək ki, Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları avqustun 7-də keçiriləcək.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- Ölkə futbolu2023-09-02 08:00
“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq
- Ölkə futbolu2023-09-02 11:32
Avroliqa: “Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu