Bizi izləyin

Müsahibə

Sadıq Sadıqov: "Çixura" nə komandadı axı?"

"Neftçi"nin prezidenti Sadıq Sadıqov Avropa Liqası…

blank
"Neftçi"nin prezidenti Sadıq Sadıqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş Gürcüstan "Çixura"sı ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Oyun barədə fikirlərinizi öyrənmək istərdik?
– İmkanlarımız olacaq ki, futbol oynayaq. Bu, futbol deyil.
 
– Siz həmişə deyirsiz, gərək bizə qarşı addım atıla ki, biz də nəsə edək. Bu gün addım atılmadığı üçün belə oldu?
– Bəli, elə demişəm. Amma bu, elə deyil. "Neftçi" ilk oyunda "Koper"ə uduzanda hamı deyirdi ki, komandamız səfərdə də məğlub olacaq. Deyirdilər ki, orada "Neftçi"yə 4 qol vuracaqlar. Mən komandama inanırdım. Artıq neçə ildi ki, klubdayam. Komandamın gücünə bələdəm. Bilirdik ki, bu komanda kimləri uda bilər. İndi "Koper"di, nə bilim bu gürcülərin klubudu. Adı "Çixura"dı, nədi, bunlar "Neftçi" üçün rəqib deyil. Əsas oyun orada olacaq. Ümid edirik ki, onlar qapanmayacaq. Bilirik ki, "Neftçi" qapalı oyunları sevmir. Ölkə çempionatında da qapalı rəqiblərə qarşı ya heç-heçə edir, ya uduzurduq. "Neftçi" açıq futbolu xoşlayan komandadı. Mən inanıram ki, orada hər şey yaxşı olacaq.  
 
– Bu oyunda gürcü azarkeşlər stadionda təxribatçı pankartlar açdı, mübahisə oldu. Belə hadisəni gözləyirdiz?
– Əlbəttə ki, gözlənilməz oldu. Rəqib təşkilati işləri elə görmüşdü ki, gəlib, hava limanında qalmışdılar. Onlara heç sahib çıxan yoxdu. Bizə polis zəng edib, dedi ki, bunlar gəlib, hava limanında qalıb. Biz öz avtobusumuzu göndərdik. Əməkdaşlarımız orada oldu. Onları hər şeylə təmin etdik. Onlara kömək etdik. Azərbaycan – Gürcüstan münasibətlərinə gəldikdə isə, bu iki dövlət, xalq arasında yaxşı münasibət var. Biz həmişə dost olmuşuq. İndi bu gün pankart çıxarıblar, bayraq çıxarıblar. Biz bunu gözləmirdik. Gürcü azarkeşlər də Azərbaycan xalqının dostu olaraq, gəlib normal azarkeşlik edib, getsəydilər yaxşı olardı. Futbolu siyasiləşdirmək olmaz.
 
– "Çixura" rəsmiləri dedi ki, onlar "Dinamo" komandasının azarkeşləridi və təxribat yaratmaq üçün gəliblər…
– "Dinamo" olsun, yaxud "Çixura". Fərqi yoxdu. Onlar Gürcüstan vətəndaşlarıdı və gürcüləri təmsil edirlər. Açığı belə hadisə gözləmirdim.
 
– Bayaq vitse-prezident dediniz. Kimi nəzərdə tuturduz?
– Vitse-prezident deyərkən, Tahir Süleymanovu nəzərdə tuturdum. İndi yadıma düşdü ki, o, istefa verib. Onun istefası qəbul olunub. Amma yenə kömək edir. "Neftçi" xalqın komandasıdı. Ona hər biriniz kömək edə bilərsiz. Ürəyiniz istədiyi vəzifəni də sizə verərəm. Yenə deyirəm, əsas odu ki, komandamıza kömək edək. Onu da deyim ki, dünən "Qarabağ" möhtəşəm oynadı. Amma bəzi oyunçularının məsuliyyətsizliyini başa düşə bilmirəm. Komanda gözəl oynayarkən, sən dur, heç nə yerdən qırmızı vərəqə al. Növbəti matçda onların bəzi oyunçuları cəza səbəbindən oynamayacaq. Ona – görə də, "Qarabağ" üçün çətin olacaq. "Neftçi" Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanaraq, bu uğuru yaşayıb. Biz həmişə Allahdan möcüzə istəyirik ki, bizi orada yaratsın. İlahi qüvvənin köməyi də başqa şeydi. Oraya düşmək mümkündü.
 
– İlahi qüvvə demişkən, siz "Koper"lə cavab matçından öncə 2:0 hesabı ilə qalib gələcəyinizi demişdiz və dediyiniz də oldu…
– Həqiqətən də, mən onu yuxumda görmüşdüm. Mən münəccim deyiləm, səmimi insanam və nə olur onu da deyirəm. Bəzi jurnalistlər də dedilər ki, güya mən "Koper"lə oyunu almışam. Alası olsam, elə öz futbolçularımızı ruhlandıraram. Elə lazım olan maliyyəni bunlara verərəm, nə istəyirlər onu da edərlər.  
 
– "Çixura" ilə cavab oyunundan nə gözləyirsiniz?
– Vallah, bu, komanda deyil.  
 
– Sizcə hesab neçə olacaq?
– Biz udacağıq. Biz oradan qələbə ilə gələcəyik. Biz oradan ən azı 2:1 hesablı qələbə ilə qayıdacağıq. Özünüz də gördünüz ki, bu gün alınmadı. Komandaya stadiondakı ab-hava da təsir etmiş ola bilər. Bizim çempionat  oyunları azarkeşsiz keçir deyə, belə dolu tribunalar qarşısında oynamaq da futbolçuların üzərində təzyiq yaradır. Biz bu komanda ilə Boluda yoxlama görüşləri keçirtmişik. Həmin vaxt legionerlərimizin də çoxu yox idi. Birinci oyun 1:1 oldu, ikinci oyunda onlar 3:2 hesabı ilə qalib gəldi. Amma bu gün tam qapandılar.  Onu da qeyd edək ki, bugünkü matçda Mirhüseyn Seyidovun, Bruno Bertuçinin, Flavinyonun oyunu da alınmadı. Julios Vobay çalışırdı ki, nəsə etsin. Araz Abdullayev də əvvəlki kimi deyildi. İnanıram ki, Gürcüstanda "Neftçi"dən başqa oyun görəcəksiniz. Çalışacağıq ki, xalqımızı sevindirək və Tofiq Bəhramov adına Respublika stadionunda pley-off oynayaq.

ELMAR VƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm