Bizi izləyin

Müsahibə

“Qarabağ” adının qrupda olması Azərbaycan üçün tarixi məsələdi"

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun k…

blank
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, Sadıqov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.
 
– “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsindədi. “Qarabağ”ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq…
– “Valletta”ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. “Zalsburq”la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk oyunda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz “Tvente” təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa  çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.
 
– “Qarabağ” bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırmışdı. İndiki “Qarabağ” öncəki “Qarabağ”ı hansı məqamlarda üstələyib, qrupa düşdü?
– Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, “Qarabağ” adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti “Qarabağ” adı ilə maraqlanacaq və bir daha əmin olacaqlar ki, “Qarabağ” Azərbaycanındı. “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdi.
 
– Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. “Qarabağ”ın bu səddi aşmaq ehtimalı varmı?
– “Qarabağ” futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq. “Valletta” və “Zalsburq”la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, “Tvente” ilə oyunlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir oyuna maksimum dərəcədə köklənək və nəticə əldə edək.
 
– Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa “Qarabağ”ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidi?
– “Qarabağ”ın heyəti yetərlidi. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldı. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdı. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.
 
– Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Topaz Premyer Liqası, Azərbaycan Kuboku, Superkubok. “Qarabağ” üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdı.
– Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının oyunları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.
 
– Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?
– Karyeramın yaxşı mərhələsidi. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdı. Amma yenə də irəli getmək istəyirəm.
Reklam

Reklam


blank
Premyer-liqa2024-01-21 08:28

Fasiləyə Masazırda yekun vurulur: “Neftçi” “Sabah”a qarşı

blank
Dünya futbolu2024-01-21 02:16

“Atletik” uduzdu, “Real Sosyedad” qalib gəldi

blank
Dünya futbolu2024-01-21 01:59

“Milan”dan səfər qələbəsi

blank
Dünya futbolu2024-01-21 00:06

“Bayer”in qələbə seriyası davam edir

blank
Dünya futbolu2024-01-20 23:40

“Arsenal”dan darmadağın

blank
Dünya futbolu2024-01-20 23:23

“Napoli”də yeni hücumçu

blank
Dünya futbolu2024-01-20 23:01

Şeydayevin debütü sonraya qaldı, komandası…

blank
Dünya futbolu2024-01-20 22:40

Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-01-20 22:31

“Beşiktaş”dan “Sivasspor”a

blank
Dünya futbolu2024-01-20 22:16

“Atletiko”da ciddi itki

blank
Digər idman növləri2024-01-20 22:00

Formula 1-də ən böyük sponsor razılaşmaları

blank
Digər idman növləri2024-01-20 21:41

Noskova lideri mübarizədən kənarlaşdırdı

blank
Digər idman növləri2024-01-20 21:00

Azərbaycan atleti lisenziya xarakterli turnirdə 3-cü oldu

blank
Dünya futbolu2024-01-20 19:57

İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi

blank
Dünya futbolu2024-01-20 19:00

İspaniya klubunda baş məşqçi istefası

blank
Digər idman növləri2024-01-20 18:00

Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-01-20 17:00

Dadaşovlu “Hatayspor” səfərdə darmadağına üzüldü

blank
Ölkə futbolu2024-01-20 16:14

“Qarabağ” müdafiəçisi ilə belə vidalaşdı

blank
Dünya futbolu2024-01-20 15:58

Ronaldo Çempionlar Liqasında favoritlərini açıqlayıb

blank
Ölkə futbolu2024-01-20 14:52

Məmmədovun Polşa klubuna keçidi rəsmiləşdi

blank
Ölkə futbolu2024-01-20 14:43

Rumıniyalı qapıçı “Neftçi” və “Atletiko”nun hədəfində

blank
Digər idman növləri2024-01-20 14:22

Üç atletimiz olimpiadaya lisenziya xarakterli yarışın final mərhələsində

blank
Dünya futbolu2024-01-20 14:00

“Real” Halandı transfer etmək üçün xüsusi plan hazırladı

blank
I Liqa2024-01-20 13:40

“Mingəçevir” fasilədə nə edir?

blank
Digər idman növləri2024-01-20 13:22

Maks Ferstappen nüfuzlu yarışda iştirak edəcək

blank
Digər idman növləri2024-01-20 13:05

“Real” da böyük hesabla məğlub oldu, “Fənərbağça” da

blank
Dünya futbolu2024-01-20 12:50

Salah millinin bir neçə oyununu buraxacaq

blank
Digər idman növləri2024-01-20 12:34

“Boston Seltiks” bir ildən sonra məğlub oldu

blank
Dünya futbolu2024-01-20 12:19

İlin yaxşı məşqçisi məlum oldu

blank
Premyer-liqa2024-01-20 12:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm