Dünya futbolu
“Real”ın sabiq oyunçusu London klubunda
Madrid “Real”ının sabiq futbolçusu Lassana Diarra…
Madrid “Real”ının sabiq futbolçusu Lassana Diarra hazırki komandası “Lokomotiv”i tərk edib. Futbolinfo.az xəbər verir ki, o, karyerasını İngiltərənin KPR klubunda davam etdirəcək. Bu gün fransız futbolçu London klubunun bazasında tibbi müayinədən keçəcək.
Xatırladaq ki, 29 yaşlı futbolçu Moskva klubuyla birgə məşqlərə çıxmaqdan imtina etmişdi.
Diarra 2009-12-ci illərdə "Real"dakı çıxışıyla məşhurlaşıb.