Dünya futbolu
"Qarabağ"ın rəqibi biabır oldu
Futbol üzrə Fransa çempionatında növbəti turun oyu…
Futbol üzrə Fransa çempionatında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyenn" 4-cü tur çərçivəsində səfərdə PSJ ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb. İlk qolu 24-cü dəqiqədə sent-etyennlilərin oyunçusu Stefan Ruflle öz qapısına vurub. 41, 62 və 72-ci dəqiqələrdə Zlatan İbrahimoviç, 64-cü dəqiqədə isə Edinson Kavani qonaqları məyus edib.
Qeyd edək ki, 4 turdan sonra "Sent-Etyenn" 7 xalla 8-ci pillədə qərarlaşıb.