Dünya futbolu
Türklər “Çelsi”yə sponsor oldu
Türkiyənin "Turkish Airlines" aviaşirkəti daha bir m…
Türkiyənin "Turkish Airlines" aviaşirkəti daha bir məşhur klubla əməkdaşlığa balayıb. Futbolinfo.az xəbər verir ki, söhbət İngiltərə nəhəngi "Çelsi"dən gedir.
Belə ki, şirkət “zadəganlar”ın yeni sponsoru olacaq. Bu haqda "Turkish Airlines"in "Twitter" hesabı xəbər yayıb. Hələ ki sazişin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, hazırda London klubunun titul sponsoru "Samsung" şirkətidir. Amma 2005-ci ildən Cənubi Koreya şirkəti ilə olan anlaşma mövsümün sonunda bitir.