Dünya futbolu
Kuadrado ingilislərin hədəfində
"Fiorentina"nın futbolçusu Xuan Kuadrado haqqında y…
"Fiorentina"nın futbolçusu Xuan Kuadrado haqqında yeni transfer iddiaları yayılıb. Futbolinfo.az xəbər verir ki, bu dəfə onun karyerasını İngiltərədə davam etdirə biləcəyi deyilir.
Məlumatlara görə, "Mançester Yunayted" və "Çelsi" 26 yaşlı yarımmüdafiəçi uğrunda mübarizə aparır. Kolumbiyalı da bu səbəbdən "bənövşəyilər"lə yeni müqavilənin şərtlərini razılaşdıra bilmir. O hazırda İtaliya klubundakı illik məvacibi 1 milyon funt sterlinqdir.
Qeyd edək ki, Kolumbiya milllisinin üzvü ilə daha öncə "Barselona" da yaxından maraqlanırdı.