Dünya futbolu
"Qarabağ"ın rəqibi zədəlilərindən danışdı
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqi…
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Ukrayna "Dnepr"inin baş məşqçisi Miron Markeviç komandasındakı zədəli futbolçuların durumu ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis 4 oyunçusunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Sent-Etyen" matçıda meydana çıxmayacaqlarını bildirib:
"Düşünürəm ki, Yevgeni Şaxov, Yevgeni Konoplyanka, Mateus və Andrey Mazux zədə səbəbində "Sent-Etyen" matçını buraxmalı olacaq. Çalışacağıq ki, onların yerini doldurmaq üçün nəsə edək. Çünk yaxşı oyun göstərmək və qabağa getmək lazımdı".
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri "Dnepr"lə yanaşı, "İnter" (İtaliya) və "Sent-Etyenn"di (Fransa).