Premyer-liqa
“Qarabağ” üçün riyaziyyat dərsi
“Qarabağ” ötən tur səfərdə “Neftçi&…
“Qarabağ” ötən tur səfərdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edərək 3 xalı aktivinə yazmağı bacardı. Qarşılaşmada vurulan ən baxımlı qolun müəllifi isə Ağdam klubunun elə ağdamlı futbolçusu Vüqar Nadirov oldu. O, topu meydanın mərkəzində qəbul edərək 3 rəqib futbolçunun arasıından çıxıb, qapıçını da aldadıb, komandasının 3-cü qolunu vurdu.
Baxımlı qoldan sonra komanda yoldaşları Nadirovun yanına gedərək, futbolçunu təbrik etdilər. Elə bu məqamda “atlılar”ın digər üzvü Namiq Yusifov Vüqara zarafatca, “əə, sən bu qolu nətər vurdun” deyərcəsinə təpik atdı. Əslində, mövzumuz təpik məsələsi deyil. Bu, hər halda başadüşüləndi. Avropa futbolunda da bu cür hallar normal qarşılanır. Əsas məsələ sizə təqdim etdiyimiz foto ilə bağlıdı. Bu təsadüfə bax…